ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
ilqar | 27 İyun 2013 10:54
salam doktor.men yasamaq istiyende birinci her sey yaxsi olur sonra nedense hevesim olmur yarimciq dayaniram xais edirem deyesiniz bu neden bele olur.
Dr.Orxan Agabəyov | 28 İyun 2013 05:21
Salam İlqar.  Sizdə, həm potensiyanın zəifləməsi halları var. Potensiyanın zəifləməsi səbəbləri  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər.  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
elvin | 27 İyun 2013 09:56
salam hekim.spermanin faizi 38%,hereketsizliyi 42% di,ureplazma infeksiyasinnan mualice almisam 3 hefte ,indi mikrobu yoxlatdiriram negativ cixir,hereketsizliyin sebebi duzgun mualice almamagimnan ola biler?dopler etdirmiwem problem cixmayib,spermanin hereketsizliyine infeksiya sebeb ola biler?evvelce den tewekkurler
Dr.Orxan Agabəyov | 28 İyun 2013 05:16
Salam Elvin. Bəli, cinsi infeksiyalarda spermoqrmmanın göstəricilərinə mənfi təsir göstərə bilər. Düzgün müalicədən sonra, göstəricilər artmalıdır. Uğurlar.
Akif | 27 İyun 2013 09:52
Həkim salam məndə birinci cinsi əlaqədən sonra Halsızlıq baş verir,ikinci mümkün olmur.Xahiş ediəm bunun səbəblərini izah edəsiniz.Qabaqcadan təşəkkür edirəm.
Dr.Orxan Agabəyov | 28 İyun 2013 05:24
Salam Akif. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.).Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
cefer | 27 İyun 2013 09:31
salam hekim suallari cavablandirdiginiz ucun cox teshekkurlar.sualimsa beladi yadiniza dushursa men size yazmishdim men subayam maraga getdim spermaqramma analizi verdim ver her shey sifir cixdi sizde ve men bunan sora buna ciddi yanashamga bashalmisham acigi birazda qorxuram menim xayamin sag payinda xayaya bitishik shish kimi nese var ela bilki xayamin yaninda xayanin yarsi boyda xaya var bu arada mene agri verir ve bilmak isdeyiram ki etrafli melumat yazasiz cox xaish eliyiram .men sonsuzam yoxsa bunun elaci var ? cox sagolun hekim
Dr.Orxan Agabəyov | 28 İyun 2013 05:12
Salam Cefer. Birinci növbədə, bu problemin səbəblərinin müəyyənləşdirmək lazımmdır və xayaların doppler müayinəsindən keçərək, xayalarda hansı problemin olduğunu biləcəksiniz. Uğurlar.
namiq | 27 İyun 2013 09:12
salam.orxan hekim mende son zamanlar cinsi elaqede olanda pensinde mohkemlik zeif olur.sebeb nedir.bunun qarshisini nece almaq olar.
Dr.Orxan Agabəyov | 28 İyun 2013 05:09
Salam Namiq. Sizdə ereksiya problemləri var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.).Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Elvin | 27 İyun 2013 08:59
Salam hekim sizden cox xahis edirem menim sualimi etrafli cavablandirin. men dopler aparatinda xayalarimi yoxlatdirdim solda 3-cu dereceli varukasel sagda ise 1-ci dereceli cixdi side bu emelyatin sagnan solun qiymeti ayri hesaplanir? ve ya ferqiyodurmu? bes men emeliyat olunandan sonra ne qeder cinsi elaqede ola bilmeyecem?. hemin gunu eve cixa bileremmi? spermanin fayizleri nece muddete duzelir? TESEKKURLER
Dr.Orxan Agabəyov | 28 İyun 2013 05:31
Salam Elvin. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Kamale Huseynova | 27 İyun 2013 07:17
Salam doktor! menim pralaktinim yuksekdir 20.0.dowumdende sud gelir.bunun nece qarwisin ala bilerem Birde pralaktinin yuksek olnasinin aybawiya 1tesiri varmi? Onceden tewekkurler....
Dr.Orxan Agabəyov | 28 İyun 2013 05:03
Salam Kamale. Bu sual sırf qinekoloji sualdır. Qinekoloqa müraciət edin və müalicə kursu keçin. Uğurlar.
Nazim | 27 İyun 2013 06:26
Həkim, salam. Zəhmət olmasa, ilkin müayinin qiymətləri bardə məlumat verməyinizi sizdən xahiş edirəm.
Dr.Orxan Agabəyov | 28 İyun 2013 04:57
Salam Nazim. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Taleh | 27 İyun 2013 04:43
salam hekim menim varikoz genislenme kimi prablemim var ve menim sperma faizim 0-dir bu varikoz genislenme den ola bilermi men varikoz genislenmeden xilas olmaq ucun emiliyyat olunmaq isteyirem.
Dr.Orxan Agabəyov | 28 İyun 2013 05:00
Salam Taleh. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
cemil | 26 İyun 2013 19:28
salam doktor.doktor kisi cinsi elaqede zamani normalda nece deqiqeye qurtarmalidi?evvelceden cox saq olun.
Dr.Orxan Agabəyov | 27 İyun 2013 06:51
Salam Cemil. Kişilərdə, cinsi əlaqənin i 7-8 dəqiqəlik müddəti normaya uyğun sayılır. Uğurlar.