ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Qurban | 28 İyun 2013 16:12
Salam hekim.Bagislayin men ehtiras haqqinda fikirlesende yaxud danisanda penis tam durmamis ag seffaf sire gelir.Bagislayin neden ola biler?
Dr.Orxan Agabəyov | 30 İyun 2013 04:25
Salam Qurban. Bu şirə, çox güman ki, Kuper vəzilərinin ifraz etdiyi şirədi və hansısa xəstəliyin əlaməti deyil. Bu şirə, sürtgü(smazka) funksiyasını yerinə yetirir və cinsi əlaqənin komfortlu(rahat) keçməyi üçündür. Uğurlar.
reshid | 28 İyun 2013 15:11
tez qurtarmanin sebebi nedi?urekle elaqesi var ?urek doyuntulerimin sayi artanda tez qurtariram sonra lap coxalir urek doyuntuleri.bunun ucun ne meslehet gorersiz
Dr.Orxan Agabəyov | 30 İyun 2013 04:25
Salam Reshid. Ürək döyüntülərinin artması, erkən boşalma probleminə aidiyyatı yoxdur. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
Mustafa | 28 İyun 2013 12:33
Salam Hekim. Men bu gun spermoqramma analiz verdim. Neticeleri size yaziram miqdar - 0.8 ml rengi - agimtil PH - 7.9 Durulasma vaxti - 50 deq Konsistensiya - 1.4 sm 1 ml-de spermatozoidlerin miqdari - 40 mln/ml Spermatozoidlerin umumi miqdari - 32 mln Aktiv duz istiqametli hereket - 0 Passiv duz istiqametli hereket - 4% Kefkirvari oz oxu etrafinda hereket - 26% Hereketsiz - 70% Normal spermatozoidler - 58% Deqenerativ formalar - 42% bas hissesinde - 6% boyun hissesinde - 22% quyruq hissesinde - 14% Spermatogenez huceyreleri - 0.8% Leskositleri - 3-5g/s Eritrositler - 4-6g/s Epiteli - 1-2g/s Spermaqlyutinasiya - Gobelek - yox Bakteriya - yox Bir de qeyd edim ki mende 1ci derece varikosel var. Bu gostericilerle men ovlad sahibi ola bileremmi? Mualiceye ehtiyac var? Mualiceyle duzeler ya nece? Xahis edirem sualimi cavablandirasiz. Evvelceden cox tesekkur edirem
Dr.Orxan Agabəyov | 30 İyun 2013 04:31
Salam Mustafa. Sizdə göstəricilər çox aşağıdır, səbəbləri aydınlaşdırıb ciddi müalicə kursu keçməlisiz. Əgər düzgüm müalicə təyin olunsa, şanslar var. Uğurlar.
elxann | 28 İyun 2013 11:38
salam hekim xaiw sualimi cavab vererdiniz de. Tez tez sidiye gedirem .qiwda daha cox gedirem hekim ne meslehet gorursunuz
Dr.Orxan Agabəyov | 30 İyun 2013 04:24
Salam Elxann. Bu çox güman ki, sidik kisəsinin iltihabının(sistit) əlamətidir. Dəqiqləşdirib, müalicə kursu keçmək məsləhətdir. Uğurlar.
bahadir | 28 İyun 2013 04:38
salam hekim.sualima gore uzur isteyirem cinsiyyet organim qaldigi halda yani intimli hal beynimde dusunduyum halda elim organima deymemis biraz sire axintisi olur bu xestelikdir yoxsa tebbi haldir ?xahis edirem sualima cavab verin yani xestelik olsa mualeiceisi ne qeder vaxt teleb edir
Dr.Orxan Agabəyov | 30 İyun 2013 04:20
Salam Bahadir. Bu şirə, çox güman ki, Kuper vəzilərinin ifraz etdiyi şirədi və hansısa xəstəliyin əlaməti deyil. Bu şirə, sürtgü(smazka) funksiyasını yerinə yetirir və cinsi əlaqənin komfortlu(rahat) keçməyi üçündür. Uğurlar.
Xanım | 27 İyun 2013 23:28
Salam,Doktor!Spermaqqlütinasiyanın müsbət olması nə deməkdir?Sonsuzlugun səbəbi ola bilərmi?
Dr.Orxan Agabəyov | 30 İyun 2013 04:20
Salam Xanim. Spermaqqlütinasiya - spermotozoidlərin bir-birinə yapışması prosessidir. Bu halda, əsas göstərici, hərəkətlilk faizləridir - yəni əgər faizlər normaya uyğundursa, narahat olmayın. Uğurlar.
Raul | 27 İyun 2013 19:55
Hekim salam,Liqamentotomiyanin qiymetini bilmek isterdim zehmet olmasa.
Dr.Orxan Agabəyov | 30 İyun 2013 04:18
Salam Raul. Bu məsələlər konsultasiya zamanı, müzakirəı olunur. Uğurlar.
Amin | 27 İyun 2013 19:51
Salam , Idmanla mesgul olarken elnen (sperma getirmeyin) ziyeni varmirdir (varsa nedir?) ve gucu aparirmi (azaldirmi?)
Dr.Orxan Agabəyov | 30 İyun 2013 04:16
Salam Amin. Əgər ifrat dərəcəyə çatmırsa, gücə bir o qədər təsir etmir. Uğurlar.
gulay m.m | 27 İyun 2013 14:24
slm hekim.menim yoldasimda 1ci dereceli damargenislenmesi var sperma faizi 35idi mualice etdi 25faiz oldu sizce emeliyat vacibdi? hamilelikde ola bilmez?
Dr.Orxan Agabəyov | 28 İyun 2013 05:37
Salam Gulay. Adətən birinci dərəcəli varikoseledə, əməliyyat aparılmır. Spermaya təsir göstərən başqa səbəblərdə yoxlanılmalıdır və əgər aşkar olunursa -müalicə olunmalıdır. Uğurlar.
Nergiz | 27 İyun 2013 13:48
Salam hekim menim 21 yashim var bir ildi aileliyem amma yoldasimnan munasibet gura bilmirem gorxuram bir ildi ki bakireliyim pozulmayib men neyleyim doxdur mene bir derman adi verersiniz?
Dr.Orxan Agabəyov | 28 İyun 2013 05:35
Salam Nergiz. Sizdə  vaqinizm xəstəliyinin əlamətləri var. Bu problemi aradan qaldırmaq üçün psixoterapiya və xüsusi cihazlardan istifadə olunur. Uğurlar.