ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
semistan | 29 İyun 2013 18:07
hekim salam uzun mudet babasilden eziyet cekmiwem onun nese cinsi elaqeye ziyani var
Dr.Orxan Agabəyov | 30 İyun 2013 06:55
Salam Semistan. Babasil xəstəliyinin, cinsi problemlərə birbaşa aidiyyatı yoxdur. Uğurlar.
Orxan | 29 İyun 2013 16:10
Salam hekim ! men 10 il idmanla mesgul olmusam ve yarislara cixanda bedene naqruzka verib ceki salmisam ve beden demek olar ki inkisafdan dayanib indi hal hazirda 20 yasim var uzde tuklenme getmir boyum 15 yasimda 1.72 idi cekimde 63kg 15 yasimnan indiyene kimi ne boyda artim olmadi nede cekimde bu hormonlari catismamazligindan ola biler? bedenimin inkisafini bu yasdan sonra berpa ede bilerem? hem boy hem ceki ? evvelceden minnetdarligimi bildirirem..
Dr.Orxan Agabəyov | 30 İyun 2013 06:51
Salam Orxan. Belə bir ehtimal var, amma bu Sizin individual xüsusiyyətinizdə ola bilər. Yəni elə insanlar var ki, 15 yaşdan sonra boy artımı olmur, amma heç bir xəstəlikdə yoxdur. 20 yaşdan sonra, Siz çəkinizi artıra bilərsiz, amma boy artımı qeyri-realdı. Uğurlar.
kenan | 29 İyun 2013 14:30
salam doktor.mende diuriya zamani sidik kanalinda yandirci hiss olur.men sidiyin analizini verdim.mende trixomona cixib analizlerde.derman mualicesi aliram.bu tamam temizlenib gedecey?yoxsa omurluk qalir bu bedende?mene s-l.t-l.t-l kimi dermanlar yazilib.bu dermanlar effektiv mualice verecey?>
Dr.Orxan Agabəyov | 30 İyun 2013 06:42
Salam Kenan. 1.Əgər düzgün müalicə təyin edilirsə, trixomonada birdəfəlik müalicə olunur. 2.Başqa həkimin təyin etdiyi müalicəyə rəy bildirmək, etik cəhətdən düz deyil. Uğurlar.
Rami | 29 İyun 2013 14:05
Добрый день, док. Если у супруги воспаление есть и она лечится антибиотиком, может ли мне что-то перейти? Ее врач сказала, чтобы я принял противогрибковое тоже, который она ей прописала после анибиотиков. Я просто не понимаю почему я должен их принять, ведь я антибиотики не принимал. Спасибо
Dr.Orxan Agabəyov | 30 İyun 2013 06:36
Здраствуйте Rami. 1. Воспалительный процесс не может передаться половым путем. 2. Вы абсолютно правильно рассуждаете - если Вы не принимали антибиотики, то и противогрибковый препарат ненужен. Удачи.
Eli | 29 İyun 2013 13:34
salam Doctor.men erken bowalma tez baw verir.ele olubki eks cinsin numayendesini gorende cinsiyet orqanlarim oyanmir ama uz usde uzananda elimi vuranda oyanir
Dr.Orxan Agabəyov | 30 İyun 2013 06:48
Salam Eli. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
kenan | 29 İyun 2013 13:31
Hakim salam man ne edimki erken bosalmanin qarsisin alim umumiyyetle bela dermanlar varmi
Dr.Orxan Agabəyov | 30 İyun 2013 06:20
Salam Kenan. Bəli, erkən boşalmanın effektiv müalicəsi var. Bu problemin səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Rufet-05 | 29 İyun 2013 10:47
Salam. Hekim men evveller gec bosalirdim son 3 ildirki tez bosaliram bu ise meni cox narahat edir bunun sebebi nedir
Dr.Orxan Agabəyov | 30 İyun 2013 06:19
Salam Rufet-05. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
Anonim | 29 İyun 2013 07:21
Salam hekim analiz vermishem mualiceden qabaq gostericiler bu cur olub:Miqdar3,PH-7,5,durulma vaxti 40,hərəkətlilik 35%,hərəkətsiz 50%,leykosidler orta,eritrosidler yox,spermoaqulitansiya yox,qatılılıgı N sizce bu gostericilerle evlilikde ovlad problemi yaüanmaz? bu analizden sonra her etimala qarwi 1 kursda mualice goturdum.indi analize birde ehtiyac var problemin yaranmamas; ucun tam arxeyn olmaq isteyrem hekim.Qabaqcadan minnetdaram
Dr.Orxan Agabəyov | 30 İyun 2013 06:40
Salam Anonim. Hər halda təkrar spermoqramma analizindən keçin və əgər göstəricilər normaya uyğundursa, narahat olmayın. Uğurlar.
azer | 28 İyun 2013 21:38
cinsiyeti boyutmek olarmi ve nece
Dr.Orxan Agabəyov | 30 İyun 2013 06:19
Salam Azer. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
vidadi zeynalov . | 28 İyun 2013 19:52
salam hekim . v-a ve ya k-n istifade etmek olarmi organizme ziyan vurmurki. hemde zehmet olmasa mene cinsi orqanin aktiv islemesi ucun hansi dermanlar almaq ve ya mualice olunmaq olar .hormetle vidadi zeynalov
Dr.Orxan Agabəyov | 30 İyun 2013 06:19
Salam Vidadi. Bu tip preparatların istifadəsi, psixoloji asıllıq yarada bilər. Düzgün müalicə təyin etmək üçün, bu problemin səbəblərini müəyylənləşdirmək lazımdır. Uğurlar.