Mehemmed | 1 İyul 2013 07:18
Salam hekim bagislayin narahat edirem...Sualima gore xanimlar uzurlu saysin..Hekim pensimin uzerinde xirda ag sepkiler emele gelib.nu ne ola biler?internetden aldigim melumata gore herpes yadaki papliloma ola biler.Mualicesi mumkundu?.nese bir qorxusu var???zehemet olmasa cvb yazardiz.
Dr.Orxan Agabəyov | 2 İyul 2013 05:18
Salam Mehemmed. Birinci növbədə dəqiqləşdirmək lazımdır, Sizdə hansı xəstəlikdir, sonra isə müalicə etmək. Yəni dediyiniz hər 2 cinsi infeksiya ola bilər, müalicə mümkündür, amma hər 2 infeksiya residiv verə bilir, yəni təkrar əlamət verə bilər. Uğurlar.
Elçin | 1 İyul 2013 03:55
Salam hekim. sizdən xahiş edirəm suallarımı cavablandırın. Men axırıncı defe 1 ay bundan evvel cinsi elaqede olmuşam.bir nece gundu boyreyimde kut agrilar var idi ve 5-6 gundur ki sidiye gederken goyneme baş verir. sizce bu ne ilə əlaqədardır. xestelik tutmuşam yoxsa soyuq olub
Dr.Orxan Agabəyov | 2 İyul 2013 05:18
Salam Elçin. Bu daha çox iltihabın əlamətidir, amma mütləq dəqiqləşdirmək lazımdır. Yəni cinsi infeksiyada ola bilər. Uğurlar.
hatem | 30 İyun 2013 11:13
salam hekim.menim bir sualim var.laboratoriyaya analiz verdim,analizin cavabi bunlardir.1ml-de spermatozoidlerin miqdari 200 eded,hereketli spermatozoidlerin faizi 1%,-a sinifi(suretli) 0%,-b sinifi(orta suretli) 0%,-c sinifi(zeif)1%,-a b sinifi(suretli ve orta suretli) 0%,- d sinifi(hereketsiz),patoloji formali spermatozoidlerin faizi- neqativ,a)bas-neqativ,b)quyruq-neqativ,c)beden-neqativ,spermaaqlutinasiya,a)quyruq-quyruqa-neqativ,b)bas basa-neqativ,c)qarisiq-neqativ,epitel huceyreler-tek tek,leykopsitler-3-5,eritrositler-tek tek,lesitin deneleri 0,selik cox miq,maya gobeleyi-tek tek.bilmek isteyerdim ki,yene bizim uwaqimiz ola biler ya yox .bir 6 yawli qizimiz var.
Dr.Orxan Agabəyov | 2 İyul 2013 05:18
Salam Hatem. Sizdə olan göstəricilər çox zəifdir, yəni normal(aktiv) spermotozoid yoxdur. Normada 1 ml-də spermotozoidlərin sayı 15 milyondan az olmamalıdır, Sizdə isə cəmi 200 ədəddir. Yəni bu problemin səbəblərini araşdırıb, müalicə almalısınız. Uğurlar.
Anonim | 30 İyun 2013 10:46
salam,40-50 yashli diabet olan ksihi uchun cinsi heyati normaya salmaqchun zerersiz derman varmi?varsa zehmet olmasa adini deyerdiz,onceden teshekkurler,
Dr.Orxan Agabəyov | 2 İyul 2013 05:09
Salam Anonim. Diabet cinsi zəiflik yaradan xəstəlikdir, ona görədə birinci növbədə, diabet daim nəzarətdə olmalıdır. Cinsi aktivliyi artırmaq üçün müalicə isə, cinsiyyət sistemində olan problemlərin araşdırılmasından sonra təyin edilir. Uğurlar.
Ziko | 30 İyun 2013 09:52
salam,hekim.2aya yaxindirki cinsi elaqede ola bilmirem 3ildir evliyem,sidiyin ve qanin umumi analizin verdim,qanim temiz.boyreyimde das,kristallasma,kobudlasma askarlandi.uzide oldum prostat vezinde deyisiklik yoxdu.qeyd edimki analiz verene qeder 4gun temp qalxdi,sidiye gedende goyneme hallari olurdu.butun bu sadaladiqlarimin cinsi elaqeye nederecede tesiri var.cinsi zeyflii aradan qalirmaqcun hansi analizleri vermeliyem/
Dr.Orxan Agabəyov | 2 İyul 2013 05:09
Salam Ziko. Prostat vəzidə problemlərin olmaması, yaxşı haldır. Ümumiyyətlə, hansı müayinələrin lazım olduğu, konsultasiya zamanı təyin edilir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Gulshan | 30 İyun 2013 09:03
Salam hekim eger yoldawimla elaqe zamani sperma iceri axitmasa ayagima ve her hansi yaxin e bolgeye deymiwse bununla hamilelik ehtimali varmi?
Dr.Orxan Agabəyov | 2 İyul 2013 05:08
Salam Gulshan. Belə ehtimal, demək olar ki yoxdur. Yəni hamiləlik üçün, sperma mütləq uşaqlıq yoluna düçməlidir. Uğurlar.
ruslan | 30 İyun 2013 08:48
salam aleykum.uzr isteyirem
hekim prastatda olan agrilar gec-gec cinsi yaxinliqda olmaqdan ola bilermi
Dr.Orxan Agabəyov | 2 İyul 2013 05:03
Salam Ruslan. Bəli, belə bir ehtimal var. Cinsi həyatda böyük fasilələr olduqda, prostat vəzidə durğunluq yarana bilər. Uğurlar.
Emin | 29 İyun 2013 21:03
Salam Hekim . Idmanla mesgul olarken masturbasiya etmeyin ziyani varmi ve gucu aparirimi?
Dr.Orxan Agabəyov | 30 İyun 2013 06:59
Salam Emin. Əgər ifrat dərəcəyə çatmırsa, gücə bir o qədər təsir etmir. Uğurlar.
Khalida | 29 İyun 2013 20:34
Salam.Menstruasiyanın 9-cu günü USM müayinədən keçdim. USAQLIQ: Ölçüləri:N, Anteflexio, Miometriya strukturası: homogen, Nodul(düyün) yoxdur.ENDOMETRİYA:M-exo-qalınlığı=7mm. Uşaqlıq boşluğu genişlənmiyib. Uşaqlıq boynu: N, Duqlosda maye-az vardır. Borular genişlənmiyib. YUMURTALIQLAR. SAĞ: 37*20mm. Struktura homogen. Follikullar vardır, maksimal 9 mm. SOL YUMURTALIQDA 34*21 mm nazik arakəsmələr olan maye kista qeyd olunur.(yumurtalığın intakt toxuması izlənir) Sol yumurtalıqda 9mm qatı maye tərkibli törəmə vardır- (endometriod kista ??.) Xahis edirem mene deyin bu gostəricilər ilə hamilə qalmaq mümkündümü? 24 yasim var, 7 aydı ailəliyəm,qeyd edim ki 4-5 həftəlik hamiləlikdə düşüyüm olub. Endometriod kista sübhəsi var amma fakt hamiləliyim olub! Münasibət bildirin xahis edirəm hamilə qalmağa mane olarmı bu kist mənə?
Dr.Orxan Agabəyov | 30 İyun 2013 07:00
Salam Khalida. Bu sual androji deyil, qinekoloji(mən qinekoloq deyiləm) sualdır. Bu sualla qinekoloqa müraciət edin. Uğurlar.
Teymur | 29 İyun 2013 18:39
Salam hekim.Menim 2 sualim var. Xahis edirem cavablandirasiz. 1.Men ilk defe bir qadinla cinsi elaqede oldum. Daha dogrusu ola bilmedim. Penisim sertesmeden bosaldim. Bu ilk defe oldugu ucun ola biler? 2.Deyesen basqasinin istifade etdiyi prezervatifden istifade etmisem. Bu yolla HIV virusu yoluxa biler mene? Evvelceden tesekkur.
Dr.Orxan Agabəyov | 30 İyun 2013 07:03
Salam Teymur. 1. Ola bilər Sizdə həyəcan həddən artıq olub, ona görə alınmayıb, amma əgər yenə alınmasa, yoxlanmaq lazım olacaq. 2. Belə bir nəzəri ehtimal var, amma çox azdır. Uğurlar.