ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
azer | 2 İyul 2013 08:01
salam hekim sizin klinikada cinsi organi uzadmag olur ve olursa bunun giymeti negederdi zehmet olmasa yazasiz birde tez boshalmagin mualicesi zehmet olmasa cavab yazardizda
Dr.Orxan Agabəyov | 3 İyul 2013 04:14
Salam Azer. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Umud | 2 İyul 2013 06:32
Salam hekim.1men bilmek isteyirem ki 10-11 sm olan penisle qizliq perdesi acmaq olar.2 emeliyatsiz adi usulla penisi uzatmaq olar bu neceye bawa geler.tez cavab yazin xahiw edirem.tewekur
Dr.Orxan Agabəyov | 3 İyul 2013 04:14
Salam Umud. Bəli mümkündür, toy gecəsi, penisin ölçülərindən daha vacib faktor - ereksiyanın keyfiyyətidir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
azer005 | 2 İyul 2013 03:24
salam hekim. imunneti guclendirmek ucun ne etmeliyem? ve neden hekim bilerki menim immunetim zeifdi?
Dr.Orxan Agabəyov | 3 İyul 2013 04:13
Salam Azer005. Əgər tez-tez xəstələnirsizsə, deməli immunitet zəifdir. İmmuniteti gücləndirmək üçün, orqanizmdə xroniki infeksiya mənbələri müalicə etmək və sağlam həyat tərzi yaşamaq lazımdır. Uğular.
Rasim | 1 İyul 2013 23:16
salam hekim men 6-7 ci sinifden variosel idim 1 terefli sonra 2 terefli oldu ve men indi 2 ci kursda oxuyuram 7 ci sinifden variokselem emeliyyati geciktirmek menim ucun cox ziyanli olar yoxsa yox.evelceden tesekkurler
Dr.Orxan Agabəyov | 3 İyul 2013 04:11
Salam Rasim. Belə bir ehtimal var, birinci növbədə, spermoqramma verin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. Uğurlar.
serif | 1 İyul 2013 19:28
Salam doktormen bilmek isterdim penis pompasi vasitesile penisi uzatmaq mumkundur yoxsa bu gereksizdir?!twk
Dr.Orxan Agabəyov | 2 İyul 2013 05:51
Salam Serif. Pompa ilə penisi uzatmaq mümkün deyil, pompanı istifadə etdikdə sadəcə penisə daha çox qan gəlir, bunun hesabına penis müvəqqəti olaraq daha iri görünə bilər. Uğurlar.
Seymur | 1 İyul 2013 18:42
salam heki suallarimizi cavablandirdiginiz ucun twk.edirem.hekim men 2.6aydi evliyem ovladim olmur mende sperma anlizi normaldi yalniz akyiv hereketli 40%.mene kecen ay muailice aldim f-x tablet yazdi bu ayda analiz almadan bu dermanlari yazib c-t ve s-n birde iyne yazib sizden xahisim budur bir hekim kimi bu dermanlarin tezlikle neticesini gore bilerikmi qabacadan twk edirem vaxtinizi aldim.
Dr.Orxan Agabəyov | 2 İyul 2013 05:58
Salam Seymur. 1. Müalicə yazmadan öncə, təyin etmək lazımdır - spermanın keyfiyyətin hansı faktor aşağı salır? Yəni müalicə təkcə spermoqramma əsasında yazılmamalıdır, mane olan səbəb aradan qaldırılmalıdır. 2. Başqa həkimin müalicəsinə rəy bildirmək, tibbi etikaya uyğun deyil. Uğurlar.
Orxan | 1 İyul 2013 17:45
Salam hekim. Evvelceden size minnetdarligimi bildirirem. Men 2006 ci ilde varikosele emeliyati olunmuwam. Yeniden mende sol xayamda damar gozle gorsenir ve agrilar olur tez tez en coxda ayaq usde duranda ayaq nayihemde agri olur. Arada sol teref xayamdada agri olur. Spermaqramma analizi vermemiwem. Bu sperma faizine tesir edirmi. Eger sperma faizi asagi olarsa faizi nece yukseltmek olar?
Dr.Orxan Agabəyov | 2 İyul 2013 05:51
Salam Orxan. Birinci növbədə xayaların doppler müayinəsindən keçin, varikoselenin olub olmamasını öyrənin. Birdə, spermoqramma verin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. Uğurlar.
lakes | 1 İyul 2013 15:59
salam hekim necesiz?xais edirem menim sualima cavab veresiz 3 dereceli varkosel var mende sol terefde men onu emeliyat eletdirenden sonra onun funksiyasi itir?evvelceden tesekkur edirem
Dr.Orxan Agabəyov | 2 İyul 2013 05:32
Salam Lakes. Xeyr, xayalar funksiyarını itirmir, sadəcə genişlənmiş damarlar kəsilir. Amma birinci növbədə, spermoqramma verin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. Uğurlar.
Sukur | 1 İyul 2013 14:38
Hekim mende cinsi elaqe zamani erken bosalma olur . Amma isterdim ki hec olmasa 15-20 deqiqe ceksin. Ne etmek meslehetdir ?
Dr.Orxan Agabəyov | 2 İyul 2013 05:32
Salam Sukur. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
kamal | 1 İyul 2013 08:59
salam hekim.2 il bundan evvel.varikoselden emeliyyat oldum her 2 de 3-cu derece idi.indi yeniden varikosel yaranib.solda 3-cu sagda 1-ci derece.emeliyyat etmesem mualiceyle faiz qalxib ata ola bilerem?yoxsa bununla faiz qalxa bilmez?
Dr.Orxan Agabəyov | 2 İyul 2013 05:32
Salam Kamal. Birinci növbədə spermoqramma vein və göstəricilərin normaya uyğun olub-olmamasını öyrənin. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var.  Uğurlar.