ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Mustafa | 3 İyul 2013 10:22
Salam hörmətli Dr.Orxan Ağabəyov! Masturbasiya çox etməyin ziyanları varmı?
Dr.Orxan Agabəyov | 4 İyul 2013 04:42
Salam Mustafa. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
elcin | 3 İyul 2013 09:59
salam hekim menim ehtirasim cox guclu oldugundan qarsi terefden erken bosaliram bunun ucunde aramizda naraziciliq bas verir bunu bilmek isterdim mendedirmi problem yoxsa qarsi terefde?
Dr.Orxan Agabəyov | 4 İyul 2013 04:42
Salam Elcin. Erkən boşalma problemi, ehtirasın çox güclü olduğundan deyil, boşalmaya nəzarət qabiliyyətinin olmamasından irəli gəlir. Və bu kişinin problemidir. Normada, kişidə cinsi əlaqə 7-8 dəqiqədən az olmayaraq davam etməlidir. Əgər belə deyilsə, bu problemin səbəbləri araşdırılıb, müalicə kursu təyin olunur. Uğurlar.
Qasim | 3 İyul 2013 08:36
Salam hekim. Men sizden meslehet almag isteyirem. Menim bir problemim var, ama bilmirem nece muailice edim, neden bashliyim. Men masturbasiya zamani eseblerim sakit olur, terlemirem, bedenim titremir, lakin cinsi elaqe zamani heyecanlanma yawayiram, istiliy yashayiram, elim-ayagim titreyir ozumnen asilli olmayaraq. Mende esebiliy de var, elimin ichinin terlemeyi, heyecenlanmag. Bunnan ola bilermi? Eger bunnandisa bunu nece muailice etmey olar, umumiyyetle muailicesi varmi bunun?
Dr.Orxan Agabəyov | 4 İyul 2013 04:42
Salam Qasım. Sizdə yaranan bu əlamətlər, psixoloji səbəblərlə bağlıdır. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, yazdığınız əlamətlərə gətirib çıxarır, və hətta ereksiyanın normal mexanizmlərini poza bilər. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Uğurlar.
Mehriban | 3 İyul 2013 04:51
Salam hekim.Men yoldawimla bagli size sual vermek isterdim.Biz 3aydi aile heyati qurmuwug.Analiz verib yoldawim.Spermanin sayi 1ml-de 58mln.Butun eyakulyatdaki 232mln.Hereketsiz 38%.hereketlilik 62%.Normaldi bu netice? Onda 3 ay evvel trixomonas mikrobu cixmiwdi.Bu netice ile yene mikrobdan analiz vermeye ehtiyac var? Onceden tewekkurler.
Dr.Orxan Agabəyov | 4 İyul 2013 04:36
Salam Mehriban. Bu göstəricilər, normaya uyğundur, narahat olmayın Əgər trixomoniaz yoldaşınızda aşkarlanıbsa, həm Siz həm yoldaşınız müalicə almalısız, müalicə bitəndən sonra isə hər ikiniz təkrar müayinə olunmalısız, bunun spermoqrammaya aidiyyatı yoxdur. Uğurlar.
ELSHEN | 2 İyul 2013 20:55
salam hekim .mende cinsi elaqe zamani her sey normaldi ancaq yungul ehtiras olsa bele seffaf sperma az miqdarda gelir ozumnen asli olmur bu yaxin gunlerde olub hekime muraciyet etmemisem .bu ne ile bagli olar? tesekkur
Dr.Orxan Agabəyov | 3 İyul 2013 04:33
Salam Elshen. Bu şirə, çox güman ki, Kuper vəzilərinin ifraz etdiyi şirədi və hansısa xəstəliyin əlaməti deyil. Bu şirə, sürtgü(smazka) funksiyasını yerinə yetirir və cinsi əlaqənin komfortlu(rahat) keçməyi üçündür. Uğurlar.
Elmar | 2 İyul 2013 19:32
Salam Hekim men bir soz soruwmaq isteyirem mende spermanun rengi niye ag deyil wire kimi gelir?
Dr.Orxan Agabəyov | 3 İyul 2013 04:35
Salam Elmar. Ola bilər,  prostat vəzinin iltihabının(prostatitin) əlaməti olsun. Uğurlar.
Anar | 2 İyul 2013 18:05
Salam hekim! İlk önce size tesekkür edirem bele bir serait yaratmisiniz! cinsi orqanin kicik olmasina ne sebeb olub ki, kicik olub ve böyüdülmesi nece mümkündür? Böyüdülerse nekimi fesadlari ola biler?
Dr.Orxan Agabəyov | 3 İyul 2013 04:35
Salam Anar. Bu anadangəlmə və hormonal pozğunluq nəticəsində ola bilər. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
Maya | 2 İyul 2013 11:09
Salam doktor.men prolaktin hormonunu normaya salmaq ucun d-s qebul edirem.artiq 3aydir.indi ginekoloqum mezuniyyetdedir,onunla elaqe saxlaya bilmediyim ucun bilmirem dermani davam edim ya yox.davam etsem ziyani olmaz ki mene?onceden tesekkur.
Dr.Orxan Agabəyov | 3 İyul 2013 04:35
Salam Maya. Bu androloji sual deyil, qinekoloji sualdır və bu sualla qinekoloqa müraciət edin(başqa bir qinekoloqa). Bircə onu deyə bilərəm ki, bu tip dərmanları həkimin nəzarəti olmadan, qəbul etmək. düzgün deyil. Uğurlar.
ziya | 2 İyul 2013 08:55
Здаствуйте я лечился от простати масажем и уколами и так пил лекарство в россии недавно но у меня давно уже слабость в эрекции и так не провыселась спасибо
Dr.Orxan Agabəyov | 3 İyul 2013 04:36
Здраствуйте Ziya. Простатит, не единственная причина нарушения эрекции, возможно у Вас другие причины. Только при точной диагностике, выявившей причины нарушений, можно назначить эффективное лечение. Удачи.
Ceyhun | 2 İyul 2013 08:02
salam hekim baqiwlayin bir qadinla gorwurem amma onda ehtiras hissleri umimiyetle yoxdur hetta aileside bu sebebden bununla ayrilib deyirler kiwilerde olduqu kimi qadinlardada ehtiras yaradan derman var ve xahiw edirem adini yazardiz .Saqolun
Dr.Orxan Agabəyov | 3 İyul 2013 04:14
Salam Ceyhun. Belə bir effektiv preparat, mövcud deyil. Uğurlar.