ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
ilkin | 9 Noyabr 2014 12:31
salam hekim sualima gore evvelceden uzur isteyirem cinsi elaqeden bir gun sonra ya hemen gun cinsi orqanin zedelenmesi bezende qasinmasi bunlar neyin elametleridi birde tez bosalma olmasi ikinci defede olmaq istememek xahis sualima cavab veresiniz indiden cox sagolun
Dr.Orxan Agabəyov | 10 Noyabr 2014 07:21
Salam İlkin. Yazdığınız əlamətlər fərqli xəstəliklərin əlamətidir. 1. Qaşınma və dərinin soyulması - göbələk infeksiyası ilə əlaqəli ola bilər. 2. Potensiyanın zəifləməsi(cinsi istəyin azalması) səbəbləri  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər. 3. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bütün bu problemləri dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Lalə | 9 Noyabr 2014 12:29
salam həkim.spermaqrammada aktiv hərəkət o -dı.Müalicəynən düzələ bilər?
Dr.Orxan Agabəyov | 10 Noyabr 2014 06:56
Salam Lalə. Spermoqrammanın göstəricilərinin sıfıra bərabər olması, cinsiyyət sistemində olan ciddi problemlərdən xəbər verir. Bu problemlərin səbəbləri araşdırıldıqdan sonra, müalicənin proqnozu və müddətini dəqiqləşdirmək olar. Hər halda hərəkətlilik faizlərin başqa da vacib göstəricilər var, məsələn 1 ml-də spermotozoidlərin sayı - proqnoz  bu göstəricidən çox asılıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
rewad | 9 Noyabr 2014 10:00
salam doktor.mende xayalar balacadi.birdeki birincini erken bowaliram.hemdeki sperma cox duru haldadi.bu nelerle baglidi?
Dr.Orxan Agabəyov | 10 Noyabr 2014 06:55
Salam Rewad. Çox gümn ki, bütün bu problemlərin səbəbi - hormonal çatışmazlıqdır. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
huseyn | 8 Noyabr 2014 22:47
salam doktor bir nece ay bundan qabaq uroplasma mikrobundan ve prostatdan mualice aldim indi tez bosalma problemim var bu problemi hell etmek mumkundurmu?
Dr.Orxan Agabəyov | 10 Noyabr 2014 07:19
Salam Huseyn. Bəli, erkən boşalma probleminin effektiv müalicəsi mümkündür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
İlkin | 8 Noyabr 2014 22:28
Salam, doktor. Mənim 37 yaşım var. Mən cinsi əlaqədə demək olar ki, hər gün oluram, buna baxmayaraq tez boşalma baş verir. Bundan başqa neçə deyim, eytirasa gələn zaman cinsi orqanım cox bərk olmur. Bunların müaliçəsi varmı? cinsi orqanın bərk olması üçün krem yaxud dərman varmı, və hansını məsləhət görərsiz. Təşəkkür edirəm.
Dr.Orxan Agabəyov | 10 Noyabr 2014 07:19
Salam İlkin. Əgər bu qədər ağır problemlər, hansısa bir dərman və ya kremlə həll olunursa - bu problemlərin müalicəsi ilə məşğul olan həkimlər və ya elm (androloogiya) nəyə lazımdır??? Yəni bu problemlərdə düzgün müalicə kursu təyin etmək asan deyil və mütəxəssis tərəfindən aparılır. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər.  Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ebilfez haciyev | 8 Noyabr 2014 22:00
salam hekim spermadan analiz vermishem analizin cavabi 1.rengi (aciq boz) 2.miqdari (3ml)3. qatiliqi ( normal) 4. ph ( 7.8) 5. sayi ( 85) 6. eyakulatda sayi ( 255) 7. hrektli( 20 %) 8. az hereketli (23%) 9. hereketsiz( 57%) 10. normal( 28%) 11. qeyri norma(72%) 12. amrof( 12%)13. yumuru baw (7%) 14.iki bawli(2%) 15.sancaq bawli(14%) 16. neheng bawli(10%) 17.boyun patalogiyalari(18%) 19. burulmuw quyruqlar(6%) 20.qisa quyruqlu(3%) 21.spermatogenez huceyreleri(2-3g\s) 22. aqlusinatlar (cox) 23 baw bawa ( ) 23. quyruq quyruqa( ) 24.qariwiq( )25.epiteli( tek tek) 26. wbc leykosit ( 6-8 g\s). sizden xahish edirem bu analizin cavabini deyesiz . 5
Dr.Orxan Agabəyov | 10 Noyabr 2014 07:20
Salam Ebifez. Spermoqrammanın əsas göstəricilərindən olan, irəli hərəkətli spermotozidlərin faizi normadan azdır. Səbəblərini dəqiqləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
adil | 8 Noyabr 2014 20:21
Salam. Uretral yaxmanin neticesimde leykositlerin sayi 30-40 gosterir.. buna sebeb ne ola biler?
Dr.Orxan Agabəyov | 10 Noyabr 2014 07:20
Salam Adil. Bu cinsi yolla keçən infeksiyanın və ya sidik-cinsiyyət sistemində olan iltihabın əlamətidir. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Tahir | 8 Noyabr 2014 20:17
salam doktor. cinsi orqanin boynunda birde xayada tumurcuq gul wekilinde bir hefte olar nese cixib bu ne demekdi bilmek olar?twk
Dr.Orxan Agabəyov | 10 Noyabr 2014 07:20
Salam Tahir. Ola bilər herpes virusu olsun, amma dəri problemlərinin dəqiq  qiyabi diaqnostikası mümkün deyil. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elmeddin | 8 Noyabr 2014 08:06
Salam hekim.mende cinsiyyet orqanin kenarinda ziyile oxsar qabariciqlar movcuddur,diyesen hapiloma virusuna yoluxmusam,cinsi zeiflik var,birde mende bagirsaq gobeliyi kandida var,mene komek etmeyinizi xais edirem bunun mualicesi varmi?eger varsa ne etmeliyem zehmet olmasa deyerdiz
Dr.Orxan Agabəyov | 10 Noyabr 2014 07:52
Salam Elmeddin. Bəli, dəqiqləşdirilib müalicə təyin edilə bilər,  055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.
Elgun | 8 Noyabr 2014 06:56
Salam hekim cinsi infeksya olduqda o qanda cixir yoxsa yox
Dr.Orxan Agabəyov | 10 Noyabr 2014 07:52
Salam Elgun. Elə cinsi infeksiyalar var ki, qanda təyin edilir, elə də var ki sidik kanalından yaxma vasitəsi ilə yoxlanılır.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.