ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
konul | 4 İyul 2013 18:06
Salam hekim.Menim yoldasimda uzun muddetdi varikosel var hekim baxib 3-cu derece deyib 29 yasi var.Bu problemin usaq olmaya tesiri varmi? Spermoqramma gostericileri beledir: miqdari 1 ml-de 34 mln. butun eyakulyatda 108 . rengi sarimtil. aktiv duz hereketli 28 %. hereketsiz 36 %. Bu neticeler necedi? Evvelceden cox sagolun minnetdaram.
Dr.Orxan Agabəyov | 6 İyul 2013 06:14
Salam Konul. Hal hazırda, spermoqrammanın göstəriciləri, normaya yaxındır. Bir müddət gözləyin, əgər hamiləlik olmasa, bir dəfədə spermoqramma verilsin, əgər göstəricilərdə mənfi dinamika varsa, əməliyyat haqda düşünmək olar. Uğurlar.
Ali | 4 İyul 2013 16:53
Hekim salam. men oz dogma emeim qiziyla aile qursam gelecekde usaqlarda bir problem olmaz. bunu nece bilerem olar ya olmaz qan analizinden bilmek olar?
Dr.Orxan Agabəyov | 6 İyul 2013 06:14
Salam Ali. Belə bir ehtimal var. Dəqiqləşdirmək üçün, müəyyən genetik xəstəliklər qanda təyin edilir. Yoxlamanı genetik edir. Uğurlar.
ceyhun | 4 İyul 2013 11:47
Salam hekim dostumun sag xayasin , emeliyatla goturulub, eyer aile qurarsa uwag ola biler ???
Dr.Orxan Agabəyov | 6 İyul 2013 05:32
Salam Ceyhun. Bunu yalnız spermoqramma analizindən sonra, dəqiq demək olar. Uğurlar.
ilqar | 4 İyul 2013 08:28
Salam hekim. Men sualima gore cox uzr isteyirem.Sualim beledir...Men cinsi elaqe zamani ucunu qoyan kimi bowaliram ve sora hevesden duwurem..Grek en azi 10 deq kecsin ki yeniden cinsi elaqeye girim...Ne edim ki bu hezzi cox yawayim...Hem dee seher tezden duranda penisim durmuw veziyyetde olur...Hem de geceler qeyri iradi olaraq bowaliram yuxuda.,. Yeri gelmiwken deyim 26 yawim var...Evvelceden oz tewekkurumu bildirirem
Dr.Orxan Agabəyov | 6 İyul 2013 05:32
Salam İlqar. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
samir | 4 İyul 2013 07:48
Salam Hekim! Хочу создать семью и проверить свой орган от и до сделав выводы смогу ли я иметь детей нормально ли работает орган. Сколько обойдеться? И еще для все го этого нужно в спицу в орган сувать? Заранее спасибо,простите если что!
Dr.Orxan Agabəyov | 6 İyul 2013 05:32
Здраствуйте Samir. Если Вы не хотите проверять половые инфекции, то мазок(совать спицу) необьязателен. Для более подробной информации, можете связаться со мной по телефонам, 050 363 83 86 и 055 655 00 66. Удачи.
shukran | 4 İyul 2013 07:38
Salam. Doktok mende prastat vezde daş var bu negeder tehlükelidi ve bunu eritmek mümkundumu?
Dr.Orxan Agabəyov | 6 İyul 2013 05:05
Salam Shukran. Xeyr, adətən prostat vəzinin daşlarını əritmək olmur. Müalicə, prostat vəzidəki iltihabı prosessi, aradan qaldırmaq üçün, təyin edilir. Uğurlar.
Zaur | 4 İyul 2013 07:25
Salam hekim.Mende cinsiyyet orqani kanalinda qawinmalar olur...Herden sakitlewir,sidiye getdikden sonra artir...bunun sebebi ne ola biler??
Dr.Orxan Agabəyov | 6 İyul 2013 05:05
Salam Zaur. Bu qaşınmalar, ya cinsi infeksiyanın əlaməti, yada sidik kanalının iltihabının əlamətidir. Dəqiqləşdirib, müalicə kursu keçmək məsləhətdir. Uğurlar.
Seyran | 4 İyul 2013 07:03
Salam. Doktor normal penisin ölçüsü neçə sm olmalıdır?
Dr.Orxan Agabəyov | 6 İyul 2013 05:05
Salam Seyran. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Uğurlar.
Ramil | 4 İyul 2013 06:46
Salam.Doktor necəsiz?sizinlə görüşmək olar ?
Dr.Orxan Agabəyov | 6 İyul 2013 05:05
Salam Ramil. Qəbul vaxtını dəqiqləşdirmək üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Kamal | 4 İyul 2013 06:37
Salam! Spermatazoidlərin 1 ml-də miqdarı 14 (norma 15-dən çox). Bununla qadin hamilə qala bilər? Sizə spermoqrammanı göndərmək istərdim, amma burda mümkün deyil.
Dr.Orxan Agabəyov | 6 İyul 2013 04:59
Salam Kamal. 14 və ya 15, böyük rol oynamır, sadəcə bilmək lazımdır, hansı səbəbdən toxumyaranma normal deyil, yəni bu səbəb aradan qaldırılmasa, rəqəmlər getdikcə düşə bilər. Uğurlar.