ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
esed | 5 İyul 2013 14:14
salam hekim men atmaqi(tokmeki) terkide bilmirem 3-4 gundenbi atiram bunun gelecekde uwaqim olmasina bir ziyani var ve yaxutda basqa bir ziyani var? Xaiw edirem cavablandirin.
Dr.Orxan Agabəyov | 6 İyul 2013 05:46
Salam Esed. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
Nicat Əliyev | 5 İyul 2013 06:16
salam men de bir problem ondadiki menim ayaglarimda əsmə var cox esebiyem evvel 3-4 dəfə rahat gurtarirdim indi problemerde coxalib nedendi bilmirem erreksiyam zeyifliyib 1 defe gurtara bilirem nervipotoluga gettim omeyi olmadi nece komey eliye bilersiz?androluga gedim??ya tebii vasitelerle ??ayagimin agrizini esmesini nece kese bilerem komey eliyin mene
Dr.Orxan Agabəyov | 6 İyul 2013 06:02
Salam Nicat. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
samir | 5 İyul 2013 06:09
salam doktor,,mende 2ci dereceli velikoz damar geniwlenmesi var .operaciya lazimdi?bir cox hekim operaciyaya meslehet gormedi
Dr.Orxan Agabəyov | 6 İyul 2013 06:02
Salam Samir. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Amma birinci növbədə, spermoqramma verin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. Uğurlar.
Perviz | 5 İyul 2013 05:44
Salam hekim.Men cinsi elaqe zamani cox tez bosaliram bunu nece etmek olar.Sag ol.
Dr.Orxan Agabəyov | 6 İyul 2013 05:55
Salam Perviz. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
serif | 5 İyul 2013 00:35
doktor bes hekim gosteriwinin altinda 20-21 yawda derman qebul etmeyle penis uzanar?
Dr.Orxan Agabəyov | 6 İyul 2013 05:55
Salam Serif. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Penisin ölçülərinə heç bir dərman vasitəsi, təsir etmir. Uğurlar.
Əli | 4 İyul 2013 22:34
salam doktor.varikosel sonsuzluğa sebeb olarmı?Təşəkkür
Dr.Orxan Agabəyov | 6 İyul 2013 06:02
Salam Əli. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Uğurlar.
SADiQ | 4 İyul 2013 22:22
salam doxdur menim 16 yawim var cinsi elagede olanda sperma tez gelir 2 deqiqiye ve cox qelyan cekirem ziyani var?xais edirem cavablandirasiniz
Dr.Orxan Agabəyov | 6 İyul 2013 06:14
Salam Sadiq. 16 yaşında, bu problemlər haqda düşünmək hələ tezdir. Qəlyan çəkmək, sağlamlıq üçün ziyanlıdır. Uğurlar.
orxan | 4 İyul 2013 20:56
Salam həkim mənim cinsi əlaqəyə girməyə heç həvəsim yoxdur.34 yaşım var bilirəm ki bu normal deyil yoldaşımın həkimi demişdi ki hormonlardan analiz verim mən vermədim bundan əvvəl bir çox həkimlərin yanında olmuşam analiz vermişəm deyiblər ki stresdəndir.Xahiş edirəm nə etməli olduöumu mənə bildirəsiz
Dr.Orxan Agabəyov | 6 İyul 2013 06:03
Salam Orxan. Bu problem,  hormonal pozğunluq nəticəsində yarana bilər, həmdə sterss və daimi gərginlik nəticəsində də. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Vuqar alisov | 4 İyul 2013 20:22
salam doktor, eylence ucun qizla birge olarken, tez qurtarmamaq ucun, yani proseduru bir az uzun etmek ucun saglamliga zerer etmemek meqsedile hansi preparat meslehet gorerdiz ve zehmet olmasa adini yazardiz alim aptekden, tesekkur edirem, sag olun
Dr.Orxan Agabəyov | 6 İyul 2013 06:14
Salam Vuqar. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
Zaur | 4 İyul 2013 18:55
salam. ginseng bitkisi testesteron seviyesini qaldirirmi? testesteron seviyesini qaldiran hansi bitkiler var ve nece gune oz effektini gosderir?
Dr.Orxan Agabəyov | 6 İyul 2013 06:14
Salam Zaur. Jenşen testosteronun sintezini artırmır. Başqa bitkilər var ki, testesteronun sintezini artırsın, amma birinci növbədə testesteronun səviyyəsi yoxlanmalıdır, sonra isə sintezi əngəlləyən faktorlar aradan qaldırılmalıdır. Uğurlar.