ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Samir | 6 İyul 2013 16:37
Salam Doktor. size bir sualim var men qadinla cinsi elaqede olmag istesem ve olub icine boshalsam nece qoruna bilerik ki, qadin hamile qalmasin qoruyucudan bashaqa bir variyantlar var ? qabagcadan minnetdarligimi bildirirem
Dr.Orxan Agabəyov | 7 İyul 2013 10:27
Salam Samir. Bu situasiyada, qadın kontraseptivlərdən(xüsusi həmiləliyi əngəlləyən preparatlardan) istifadə edə bilər. Uğurlar.
Rauf | 6 İyul 2013 14:39
Salam hekim. men cinsi elaqe zamani tez bowaliram ve en pisi budur ki, sonra elaqede olmaq arzum olsada penisim sozume baxmir yalniz 15 20 deqiqe vaxt kecdikden sonra mumkun ola bilir. biliyiniz ve tecrubenizden yararlanmaq isderdim mene komek edin. tesekkurler!
Dr.Orxan Agabəyov | 7 İyul 2013 10:02
Salam Rauf. 15-20 dəqiqəlik fasilə, tamamilə normaya uyğundur. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Kamal | 6 İyul 2013 11:18
Salam doktor. Sizi bir sual ilə narahat edəcəm: Belə ki mənim 19 yaşım var. Artıq uzun müddətdir ki (təxmini 45-50 gün) mən ciddi problemlə rastlaşmışam. Belə ki cinsi akt zamanı məndə sperma ifrazı demək olar sıfır dərəcəsindədir. Amma əvvəllər bu kimi halla rast gəlməmişəm, hər şey normal olub. Deməli hardasa 2 ay əvvəl mənim böyrək nahiyəmdə ağrılar olurdu, bununla əlagədar olaraq uroloqda müalicə alırdım, dərman preparatları gəbul edirdim. mənim şüphələrimə əsasən bu ondan irəli gələn bir problemdir. Sizcə diaqnozun düzgün qoyulmamağı və dərman preparatlarının düzgün məsləhət görülməməsi məndə olan bu problemin meydana gəlməsinə zəmin yarada bilərmi? Bu problem məni ciddi narahat edir. Sizdən artıq dərəcədə xahiş edirəm mənə bu barədə köməklik edəsiniz. Diqqətinizə görə çox sağolun!
Dr.Orxan Agabəyov | 7 İyul 2013 10:18
Salam Kamal. Sizdə olan problem müxtəlif səbəblərdən yarana bilər - orqanik və psixoloji. Təyin edilən dərmanların adını yazmamısınız, ona görədə keçirdiyiniz xəstəliklə və ya müalicə ilə bağlılığını, demək olmur. Hər halda, diaqnostika keçib yaranmış problemi araşdırıb, müalicə kursu keçin. Uğurlar.
konul | 6 İyul 2013 09:27
Salam hekim diqqetinize gore minnetdaram. Bir ile yaxindir evliyik ve hec bir hamilelik bas vermeyib.Mende problem yoxdur. Bir muddet gozleyin deyirsiz sizce varikosel sebeb deyilmi emeliyyat olsa bele usaq olmama ehtimali varmi ,vaxtinda emeliyyat olmayib deye? Sac tokulmesi,cox ariqliq kimi kimi hormonal deyisiklikler de var. Sagolun.
Dr.Orxan Agabəyov | 7 İyul 2013 10:02
Salam Konul. Birinci növbədə yanaşı problemlər(hormonal pozğunluq) araşdırılıb, müalicə olunmalıdır. Əgər spermanın göstəriciləri düşürsə, əməliyyat etmək məsləhətdir. Əməliyyatdan sonra, göstəricilərin qalxma ehtimalı yüksəkdir. Uğurlar.
Samir | 6 İyul 2013 06:14
Salam hekim.Mende xayamin biri şişşib birde guc edende şire axir sidiye cixandada sidiyin terkibinde spermaya oxşar maye gelir .sidiye cixandan sonra ele bilki tam boüalmamiü kimi hissn edirem yeniden yene getmek isteyirem tek tuk hallarda sidiye cixanda acişir..meslehetinizi bilmek isterdim .Teşekkurler
Dr.Orxan Agabəyov | 7 İyul 2013 10:02
Salam Samir. Sizdə olan əlamətlər, prostat vəzinin iltihabı(prostatit) əlamətləridir. Xaya şişkinliyi müxtəlif səbələrdən ola bilər, məsələn hidrosele. Hər halda, dəqiqləşdirib, müalicə kursu keçmək məsləhətdir. Uğurlar.
samir | 6 İyul 2013 05:23
salam hekim prostatin mualicesi zamani istenilen prostat elyhine olan derman preparatindan istifade elemek olar?
Dr.Orxan Agabəyov | 7 İyul 2013 10:02
Salam Samir. Xeyr, əlbəttə ki bu belə deyil. Yalnız diaqnostika edib, prostat vəzidəki problemi tam araşdırıb, düzgün müalicə təyin etmək olar. Uğurlar.
seymur | 5 İyul 2013 20:15
salam hekim.Masturbasiyanin idmana(tirnajorda beden yigmaga) ziyani varmi? varsada heftede(ayda) nece defe masturbasiya edimki hec bir ziyan olmasin
Dr.Orxan Agabəyov | 7 İyul 2013 10:02
Salam Seymur. Əgər Sizin qidalanma normaldırsa və masturbasiya ifrat dərəcədə deyilsə, problem olmaz. Ən əsası məşq günü masturbasiya etməyin. Uğurlar.
Vuqar | 5 İyul 2013 19:56
Salam aleykum. Qohumda toy olmuş və toy gecəsi xanımda olan (aybaşı) məsələsinə görə yaşamamışlar. 5 gün sonra ilk gecələri zamanı qız qorxmuş və yaşaya bilməmişlər. həmin günunu səhərsi qızda qorxu həyacan keçmiş. Aralarında normal münasibət yaranmış lakin oğianda son anda haq-hesab ölmüş və olmaq yaşamaq alınmamışdır. Ancaq qızdada həyacan tam keçməmişdir. Demək olar ki, hər gecə və yaxud olmaq istədikləri vaxt oğlanda həmin hal təkrarlanır. Sadəcə başqa vaxt və səhərlər, qızla mazaqlaşma vaxtları hər şey normaldır yəni (durur). Sizin köməyinizə məsləhətinizə ehtiyac var zəhmət olmasa köməklik göstərərdiniz. Nə etmək lazımdır? Cavabınızı gözləyəcəyik. Əvvəlcədən minnətdarlıqımızı bildiririk.
Dr.Orxan Agabəyov | 6 İyul 2013 05:46
Salam Vuqar. Bu situasiyanın əsasında, kişidə psixoqen erektil disfunksiya, qadında isə vaqinizm xəstəliyi durur. Bu problemləri aradan qaldırandan sonra, cinsi həyat normal başlayacaq. 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
Tural | 5 İyul 2013 17:31
Hekim salam menim problemim erken bosalmayla baqlidi bir heftelik mualice etmisem hekimin dediyi qaydada ama yene fergi yoxduu mualiceni bitirdikde hekim dedi artiq ozunden asilidi her sey oz dusuncelerinden ama hec bir sey duzelmeib mene ne ede bilerem deye bilersizmi.?
Dr.Orxan Agabəyov | 6 İyul 2013 05:52
Salam Tural. Erkən boşalmanın müalicəsi bir həftə deyil, 1,5-2 ay çəkir. Partnyoruda dəyişməyə ehtiyac yoxdur, sadəcə düzgün müalicə aparılmalıdır. 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.
ILKIN | 5 İyul 2013 16:11
Evvelceden tewekkurler. Doktor penisi nece boyutmek olar hansi yollarnan bunu elemek mumkundur??????
Dr.Orxan Agabəyov | 6 İyul 2013 05:54
Salam İlkin. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.