ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
mahir | 8 İyul 2013 05:10
Həkim salam. Məndə problem ondan ibarətdir ki, fiziki hərəkət də olanda , qaçış, padyoma qalxma və adi vaxtlarda penisim içəri dartınır uzunluğu 2 sm olur. özümü narahat hiss edirəm elə bir oksigen çatışmır penisimdə. aktiv vaxtı 12-14 sm olur bu nə ilə əlaqəlidir. yaş 34 çəki 109kq boy, 180 sm onuda qeyd edim ki məndə proststit var bununla əlaqəli ola bilərmi.
Dr.Orxan Agabəyov | 9 İyul 2013 05:32
Salam Mahir. Adi həyatda, penisin ölçülərinin heç bir əhəmiyyəti yoxdur, yalnız ereksiya vaxtı ölçülər önəm daşıyır, narahat olmayın. Uğurlar.
Vusal | 8 İyul 2013 03:16
hekim menim xayamın biri qasıqdadı ushaqlıqdan ele olub 26 yashım var, bu veziyetde evladım ola biler menim?
Dr.Orxan Agabəyov | 9 İyul 2013 05:11
Salam Vusal. Bu suala cavab vermək üçün, spermoqramma analizindən keçin. Əgər göstəricilər, normaya uyğundursa, narahat olmayın. Uğurlar.
vusal | 7 İyul 2013 20:12
salam doktor.doktor mende heves varr ,isteyirem olam ama alinmir.?ama uje sohbet catanda iceri salmaqa menimki olur,bilmirem neyneyimm
Dr.Orxan Agabəyov | 9 İyul 2013 05:11
Salam Vusal. Bu daha çox, psixoloji səbəbləri olan problemdir. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Uğurlar.
ferid heyderov | 7 İyul 2013 18:02
salam hekim .men cinsi elaqe zamani tam bosala bilmirem/bu ne ile elaqedar ola biler xahis eliyirem cavablandirasiniz..evvelceden tesekkur edirem
Dr.Orxan Agabəyov | 9 İyul 2013 05:10
Salam Ferid. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər.  Uğurlar.
Elvin Memmedov | 7 İyul 2013 16:43
Salam Hekim... Men coxdandi cinsi elaqede olmurdum... Yalniz ozum masturbsiya olurdum... Qadinla cinsi elaqede oldum birinci defede erken bosaldim, 2 defede ise texminen 2-4 deqiqe erzinde... bu Ne ile bagli ola biler erken bosalma? Birdeki hekimi qoruyucudan istifade ederek bosalmaqin bir ziyani yoxdur... Ewellceden tskler ve ugurlar...
Dr.Orxan Agabəyov | 9 İyul 2013 05:10
Salam Elvin. 1. Erkən boşalma, cinsi həyadta böyük fasilələrlə bağlı ola bilər. 2. Qoruyuculardan istifasə etməyin, heç bir ziyanı yoxdur. Uğurlar.
nicat | 7 İyul 2013 10:11
salam hekim mende spermanin aktivliyinde problem var analizlerde 0 gosterir hemcinin xayada problem var .sag xaya inkisafdan qalib inkisaf etmeyib . testesteronun seviyesi evvelce 3,6 olub sonra ise sifira enib LH ve FSH qalxib . mumkundurmu tebii usullarla faizi artirmaq spermanin hereketliyi sifirdi. ne meslehet gorerdiz
Dr.Orxan Agabəyov | 9 İyul 2013 05:10
Salam Nicat. Əgər sol xaya normal inkişaf edibsə, ola bilər bir nəticə olsun. Uğurlar.
İsmayil | 7 İyul 2013 10:08
Salam hekim, mende varikosel var idi, emeliyyat olundum, emeliyyatdan 10 gün sonra her şey normal idi. amma 3,4 günden sonra yene eyni şey, yeni ki impotensiya, bu neden ola biler??Evvelceden teşekkür edirem
Dr.Orxan Agabəyov | 9 İyul 2013 05:10
Salam İsmayil. 1. Varikosele əmliyyatından sonra 1 ay ərzində cinsi əlaqədə olmaq, məsləhət görülmür. Bunu Sizin həkim deməmişdi? 2. Varikoselenin impotensiyayay heç bir aidiyyatı yoxdur, yəni varikosele impotensiyanın səbəbi deyil. Səbəbləri  araşdırıb, düzgün müalicə təyin etmək olar. Uğurlar.
amil | 7 İyul 2013 03:58
salam hekim men bir defe xlamidiya tutmusdum mualice aldim amma yene ureyimde qalib oz hekimim deyir bir sey yoxdu amma ureyimi rahatlatmagcun hansi hekime gedim analiz verim
Dr.Orxan Agabəyov | 9 İyul 2013 05:10
Salam Amil. Buyurun bizim klinikada analizdən keçin. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
azar | 6 İyul 2013 18:20
salam menim sag xayamda agri var agri ayagimada vurur bilmek isteyirem bu neden ola biler mumkunse etrafli cavab yazin doctor
Dr.Orxan Agabəyov | 7 İyul 2013 10:18
Salam Azar. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(dama genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Uğurlar.
aqil | 6 İyul 2013 18:07
salam hekim.mende varikoz emele gelib.bir terefde 3 bir terefde 1 dereceli.analiz verdim.spermoqrammanin cvb bele olduku,100faizden aktif hereketli sperma 18 faiz cixdi.hekim deyir bununla hamile qalmaq mumkun deyil.aktif hereket 50 olmalidir.mualice ile qalxa biler yoxsa emeliyyat olumki,faiz qalxsin.birde esitmisemki emeliyyat olunandan sonra butun faiz sifira dusur.neyleyim?hazirda mualice aliram
Dr.Orxan Agabəyov | 7 İyul 2013 10:18
Salam Aqil. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var.  Əgər spermanın göstəriciləri, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. Bəli, varikosele əməliyyatından sonra, spermanın göstəriciləri sıfıra enir, sonra 3-6 ay ərzində artır. Uğurlar.