Anar | 8 İyul 2013 19:50
Salam Hekim, Men guclu ehtiras zamani mueyyen muddetden sonram penisin basinda mende sperma gelir ( texmini 2 damci)...bu normaldimi?
Dr.Orxan Agabəyov | 10 İyul 2013 04:28
Salam Anar. Çox güman ki, bu sperma deyil, şirədir və bu şirə, Kuper vəzilərinin ifraz etdiyi şirədi və hansısa xəstəliyin əlaməti deyil. Bu şirə, sürtgü(smazka) funksiyasını yerinə yetirir və cinsi əlaqənin komfortlu(rahat) keçməyi üçündür. Uğurlar.
Azər | 8 İyul 2013 19:03
Salam doktor. Məndə cinsi akt çox tez başa çatır. Bəzən heç başlamamış qurtarıram. Bir dəfə həkimin qəbulunda oldum, UZİ-dən sonra mənə prostat iltihabı diaqnozu qoydu, antibiotik dərmanlar yazdı, mualicənin I etapı başa çatandan sonra mənə prostatit, F-s tabletkalari və şam istifadə etməyi tapşırdı. Bunları da etdim, amma heç bir dəyişiklik yoxdur. Siz nə məsləhət görürsünüz, buna əlac tapılacaqmı?
Dr.Orxan Agabəyov | 10 İyul 2013 04:28
Salam Azər. Erkən boşalma, yalnız prostat vəzidə olan iltihabla bağlı deyil. Yəni, ola bilər Sizdə tamamilə başqa səbəbdənn yaranıb bu problem və həmin səbəb aşkarlanıb, müalicə olunmadığına görədə, problem həll olunmur. Düzgün diaqnostika və müalicə kursu keçin. Uğurlar.
samir | 8 İyul 2013 18:16
Salam menim penisime qizartilar var bilmirem nedi qawinir.bir az qawiyiram sulanir hemde coxalir. ne meslehet gorursuz.Qawimiwam yara olub .Indide sagalmir
Dr.Orxan Agabəyov | 9 İyul 2013 11:27
Salam Samir. Ola bilər, Sizdə herpes virusunun əlaməti var. Dəqiqləşdirib, müalicə kursu keçmək, məsləhətdir. Uğurlar.
tural | 8 İyul 2013 13:12
salam həkim orqazmı gecikdirən krem və ya dərman adı yazmağınızı xahiş edirəm. birdə ki belə dərmanların hər hansı ziyanı var?
Dr.Orxan Agabəyov | 9 İyul 2013 11:27
Salam Tural. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
Ümid | 8 İyul 2013 10:50
Salam hekim men cinsi elaqede olarken spermam çox az cıxir bunu türkeçare yolu ile ve ya derman yolu ile nece çoxalda bilerem? xahiw edirem sualimi cavablayasiz
Dr.Orxan Agabəyov | 9 İyul 2013 11:28
Salam Ümid. Spermanın həcminin azalması, prostat vəzidə iltihabi prosesslə əlaqəli ola bilər. Dəqiqləşdirib, dərman preparatları ilə, müalicə kursu keçə bilərsiz. Uğurlar.
emin | 8 İyul 2013 09:41
salam hekim menim xayamin alti agrayir boşalanan sora agri kesir
Dr.Orxan Agabəyov | 9 İyul 2013 11:28
Salam Emin. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(dama genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Uğurlar.
nihad m | 8 İyul 2013 09:06
salam doktor .sizi mingecevirden narahad edirem . 33yasim var ozumde zaiflamar his edirem.tez bosalmalar xayamda sagda agrilar gobayimin altl terefinde agrilar en esasida 2gundan sora urayim isdiyir.burada bu barede basi cixan hekim yoxdu isdiyirem sizin yaninizagelem gelmeye imkan yoxdu xahis edirem mene bir care edin imkan olsa derman yazardiz. cox sag olun
Dr.Orxan Agabəyov | 9 İyul 2013 11:47
Salam Nihad. Sizdə olann problemlər, ciddi müalicə tələb edir. Amma hələlik, potensiyanın gücləndirilməsi məqaləsində olan tövsiyyələrə riayət edin. Uğurlar.
nurana | 8 İyul 2013 06:44
salam hekim heyat yoldasim bir xayadan emeliyyat olunub sebebi ise inkisafdan qaldigi ucun cixarilib emeliyyatdan qabaq sperma % idi hal hazirda dermanlarla mualice olunur bil;mek isteyiremki mualicenin komeyile faiz arta bilermi?onu da qeyd edimki qebul etdiyi dermanlar guclendiricidir sizce nese bir deyisiklik ola bilermi?onceden tesekkurler
Dr.Orxan Agabəyov | 9 İyul 2013 05:30
Salam Nurana. Bu situasiyada hormonlar vacib rol oynayır. Əgər hormonların səviyyəsi, normaya uyğundursa, effekt ola bilər. Uğurlar.
elnur | 8 İyul 2013 06:42
Salam hekim necesiniz? Men evlenmemisden evvel muayineden kecmek isteyirem. Yani ki evlilik muddetinde problem olmasin deye. Bunun ucun ne etmeliyem, hara muraciet etmeliyem? Ve mumkunse bu muayine mene nece AZN-e basha gele biler? Xahis edirem mumkunse bu haqda meneetrafli yazasiniz. Evvelceden tesekkurler. Cox sag olun.
Dr.Orxan Agabəyov | 9 İyul 2013 05:25
Salam Elnur. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
xelil | 8 İyul 2013 05:44
salam hekim .27 yasim var evliyem bir ovladim var.sertlesmede evvelki illere nisbeten zeifleme hiss edirem teqriben 15%. bezen ise erken bosalma olur.ay erzinde 2-3 defe bele olur.bir de ki nizamli olaraq cinsi heyati davam etdire bilmirem.evvelki illerde istediyim vaxt olurdusa indi heftede iki defe olanda cox taqetsiz oluram.orgazmi tam hiss ede bilmirem .qis aylarinda ve ya soyuq layanda ise sidiye tez tez gedirem.ne meslehet gorursunuz ?tesekkurler!
Dr.Orxan Agabəyov | 9 İyul 2013 05:35
Salam Xelil. Bu situasiyanın səbəbləri - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.