ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
asad | 10 İyul 2013 11:34
salam hekim.13 yasindaki usaqin penisi durmuw hali ne uzunluqunda olmalidir?
Dr.Orxan Agabəyov | 11 İyul 2013 08:39
Salam Asad. Bu yaşda ölçülər individualdır, cinsi yütişkənlik tempindən aslıdır, adətən 8 sm-dən az olmur. Uğurlar.
Aslan | 10 İyul 2013 08:38
Salam Hekim!!Mende Herpes virusu var,onu nece ve harda effektli mualice ede bilerem.artiq bir ildi ki bu beledi,mualicesi varmi??
Dr.Orxan Agabəyov | 11 İyul 2013 08:31
Salam Aslan. Herpes virusunun birdəfəlik müalicəsi yoxdur, əgər uzunmüddətli remissiya dövrü(əlamətsiz dövr) olursa, bu yaxşı müalicə sayılır. Herpes virusunun müalicəsi ilə, mən məşğul oluram. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
nurana | 10 İyul 2013 05:06
salam hekim men size sual vermisdim siz ise qeyd etdiniz ki harmonlarin seviyyesi normaya uygundursa effekt ola biler hekim yoldasim emeliyyata girmemisden once harmonlardan yeni FSH LH analiz verdi hamisi qaydasinda idi hekim sizce emeliyyatdan sonra mualice ile spermada artim ola bilermi?harmonlar normasindadir xahis edirem melumat bildirerdiniz sagolun
Dr.Orxan Agabəyov | 11 İyul 2013 08:32
Salam Nurana. Əgər hormonların səviyyəsi normaldırsa, spermanın keyfiyyətinə artım ola bilər. Uğurlar.
ozcan | 9 İyul 2013 20:11
salam hekim. xayanin biri olmadigda ve o biri xayada normal olsa istenilen vaxt evlenmek olar? yoxsa mueyyen bir yas seddi var?
Dr.Orxan Agabəyov | 11 İyul 2013 08:18
Salam Ozcan. Xayanın birinin olmaması, spermanın keyfiyyətinı təsir edir, ona görədə spermoqramma vermək məsləhətdir. Evlənmək isə, istənilən yaşda olar. Uğurlar.
mehdi | 9 İyul 2013 19:20
salam hekim. uzun zamandir xayalarimin alt hissesinde qat qat damarlar toplusu var. bu normaldirmi? normal deyilse ne ile elaqedar bu hala dusub. mualicesi varmi? bezen cinsi orqanlarla bagli hekime shexsen muraciet etmek cetin olur, ona gorede online xidmete gore tesekkur edirem. hormetle
Dr.Orxan Agabəyov | 10 İyul 2013 05:29
Salam Mehdi. Bu hal, varikosele(damar genişlənməsi) ilə bağlı ola bilər. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək məsləhətdir. Uğurlar.
Polad | 9 İyul 2013 15:18
Salam Mende varikosel var, amma artıq iki aydır ki ereksiya baş vermir, sperma keyfiyyeti de aşağı düşüb, xahiş edirem meslehet verin. urolog deyir ki varikoseli emeliyyat etmek lazimdir, bunlar varikoselden ola biler Çox sağ olun
Dr.Orxan Agabəyov | 10 İyul 2013 05:29
Salam Polad. Spermanın keyfiyyətinin düşməsi, varikosele ilə bağlı ola bilər. Amma ereksiya problemləri, birbaşa varikosele ilə bağlı deyil. yəni başqa səbəbləri var. Uğurlar.
Zaur | 9 İyul 2013 10:10
Salam hekim .men sizden bunu sorusmaq isterdim. qadinda cinsi hevesi nece oyatmaq olar ki o ozu sene yaxinlassin bunun ucun bir yol var? ve ya hansisa bitgi. hevesi ele artirsin ki o ozu istesin
Dr.Orxan Agabəyov | 10 İyul 2013 04:42
Salam Zaur. Xeyr, bu tip təsir göstərən, effektiv dərman preparatı mövcud deyil. Uğurlar.
Samir | 9 İyul 2013 07:34
Salam .Hekim menim penisimde qawinmalar olur.qawidim indi de yara olub hemde ki sagalmayir.Ne ola biler ki .meslehet vererdiz.Evvelceden cox sagolumu bildirirem size
Dr.Orxan Agabəyov | 10 İyul 2013 04:41
Salam Samir. Ola bilər, Sizdə herpes virusunun əlaməti var. Dəqiqləşdirib, müalicə kursu keçmək, məsləhətdir. Uğurlar.
Kamran | 9 İyul 2013 04:57
salam həkim. Təxminən 1 il əvvəl cinsi orqanların müayinəsi zamanı xayalarımda şişkinlik yarandığı məlum olmuşdu. Buna da Vezikulit diaqnozu qoydular. Qısa müddət ərzində həmin problem müalicəsiz həll olundu. Amma hal-hazırda yenə həmin şişkinlik və ağrılar, yəqin ki bunun da təsirindən cinsi əlaqə zamanı erkən boşalmalar baş verir. Xahiş edirəm deyin görüm bu problemin birdəfəlik həlli yolu varmı? Həm də cinsi zəifliklə bağlı problemlərin tam araşdırılması üçün tələb olunan analizlər, verəcəyiniz məsləhətlər və müayinələrə təxminən nə qədər pul lazım olacaq? Əvvəlcədən təşəkkür edirəm!
Dr.Orxan Agabəyov | 10 İyul 2013 04:37
Salam Kamran. Vezikulit - xaya şişkinliyinə aidiyyatı olmayan diaqnozdur. Xaya şişkinliyi, başqa səbəblərlə, məsələn hidrosele ilə bağlı ola bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
deyanet | 9 İyul 2013 02:52
salam hekim.men iki aydir aile qurmusam ve cox tez bosaliram en coxu .1.5deqiqe cekir.bunun ucun muayine etmeden dermanlardan isdifade ede bilerem?umuniyyetce bele dermanlar keylesdiricilerin bir ziyani var?
Dr.Orxan Agabəyov | 10 İyul 2013 04:35
Salam Deyanet. Effektiv müalicə kursu keçmək üçün, bu problemin səbəblərini müəyyənləşdirməlisiniz, sonra isə müalicə təyin edilir. Əgər dərman preparatları düzgün seçilibsə, orqanizmə heç bir ziyan vermir. Uğurlar.