ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Merahim | 11 İyul 2013 14:23
salam,mende spermada aktiv hereketli 17%,zeif duzune hereketli 26%, hereketsizler ise 37%,umumi spermatazoidlerin sayi 262 min-dir.xatirladim ki,1-ci dereceli varikosele var.9 aydir evliyem,ovladim yoxdur.Mene meslehetiniz.
Dr.Orxan Agabəyov | 12 İyul 2013 08:09
Salam Merahim. Bu situasiyada, spermatogenez stimulyasiyası(spermanın keyfiyyətinin artırılması) kursuna ehtiyac var. Uğurlar.
Xaqani | 11 İyul 2013 14:11
Salam hekim. Mende erektil disfunksiya var. 30 yasim var. Qadina yanina geden olmamisam. 2005 ya da 2006 ci ilde bir neferle az bir muddetli munasibetim olub ve ilk munasibetde oldugum da o olub. o zaman gordum nese alinmadiqin..ama bir iki defeden sonra alindi ereksiya. ama erken bosalma olurdu. mualice olundum. qadinla munasibet yasamirdim deye neticesin bilmirdim.sonra rayonumuzda hekim dedi ki sende psixolojidi. cunki butun analizlerim temiz cixirdi. men 2001.de isleyirem muxtelif yerlerde.en cox isim komputerle olub.yazi isleri. gerginlik yorgunluq.sonra da berkimenin alinmadinin gorende bu menim eseblerime cox pis tesir edir... butun fikrim ordadi.. hami da deyir sende psixolojidi..anlamiram bunu..2010.da evlendim. problemler yasadim.,mene duzelecek demisdiler..duzelmedi. 2012.de ayrilmisam. 2012 avqustunda naftalanda mualice goturmusem,.hiss etdim ki xeyri oldu.cunki yasadim bir qadinla..ama ondan sonra yasamisam...ne edim ki bu problem duzelsin mende?
Dr.Orxan Agabəyov | 12 İyul 2013 08:20
Salam Xaqani. Ən sadə cavab - bu problemlərin səbəblərini müəyyənləşdirib, müalicə kursu keçin. Uğurlar.
ali | 11 İyul 2013 12:55
Salam hekim mende texminen fevral ayinda elaqede oldugum zamandan sonra cardanella mikrobu tapilmisdi ve men mualice olundum sonra analiz verdim ve analizin cavabi yaxsi cixdi , sonradan yene de elaqelerim oldu bir nece defe indi mende kanalda goyneme sancma kimi agri olur sizce bu neden ola biler hekime muraciet etmek lazimdirmi ?
Dr.Orxan Agabəyov | 12 İyul 2013 08:09
Salam Ali. Əgər belə şikayətlər varsa, cinsi infeksiyaları yoxlamaq, məsləhət olar. Uğurlar.
natiq | 11 İyul 2013 12:28
salam həkim mənim arabir xayalarım azca ağrıyır xüsusi ilə gec gec cinsi əlaqədə olanda. bu bir xəstəlik ola bilərmi? birdə orqazmı gecikdirən dərmanların ziyanı varmı? məsləhət gördüyünüz hansıdı? təşəkkürlər
Dr.Orxan Agabəyov | 12 İyul 2013 08:07
Salam Natiq. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(dama genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Kenan | 11 İyul 2013 11:47
Salam Hekim.. Size bele bir sualim var. Heddinden artiq cox narahat insan olduqum ucun saqlamliqima tam emin olmaq ucun hansi analizleri vermeliyem.? tekce Qan analizi ile her seyin normal olasini bilmek olar? Birde cinsi organim evveler cox hamar idi amma indi bir qeder qirisiq olub hrden cinsi organimda narahatciliq hiss edirem... cavabiniza gore coxsaqolun.
Dr.Orxan Agabəyov | 12 İyul 2013 08:04
Salam Kenan. Hər bir orqanın funksiyalarını yoxlamaq üçün, müxtəlif analizlər mövcuddur. Cinsiyyət sistemin yoxlamaq üçün də, müəyyən analiz paketləri mövcuddur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
vugar | 11 İyul 2013 10:25
hekim salam menim sikayetim hem erken bosalmag hemdeki birinci bosalmadan sora zeyiflik yeni hecne hiss etmirem birinci oldum vessalam cox heyecan var zehmet olmasa komek edin dermandan istifade edim yoxsa ne meslehet edirsiz tesekkurler
Dr.Orxan Agabəyov | 12 İyul 2013 08:01
Salam Vugar. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər.  Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
fuad | 11 İyul 2013 08:05
salam hekim menim sualim testosteron ile baglidir,qadin 0.26-1.22;kisi 2.0-6.9;netice 8.0 dir.vahidi ise ng/ml gosterilmisdir,sizce bu normaldirmi,tesekkurler evvelceden
Dr.Orxan Agabəyov | 12 İyul 2013 08:01
Salam Fuad. Sizin göstərici, bu normativlərə görə, normadan artıqdır. Uğurlar.
Tural | 10 İyul 2013 17:33
Salam hekim. Mende bele bir problem var.bir defe bosalandan sonra penis o deqe yatir isteyirem 2-ci defe ve ya 3-cu defe olun hec vaxt olmur ele bil menden asili olmur.ne meslehet verersiz.
Dr.Orxan Agabəyov | 11 İyul 2013 08:40
Salam Tural. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Ayxan | 10 İyul 2013 12:17
Salam Hekim. Men Cinsi Elaqede olanda erken bowaliram. Bunun Ucun Viaqra dermaninda Isdifade elemk olarmi? Yeni Viaqra dermani erken bowalmanin Qarwisini Alirmi?
Dr.Orxan Agabəyov | 11 İyul 2013 08:39
Salam Ayxan. Xeyr, bu tip preparatlar erkən boşalma probleminin müalicəsində istifadı olunmur. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Nicat | 10 İyul 2013 11:59
Salam hekim.mende 2-ci dereceli varikosele var.spermanin faizi ashagi idi.ama emeliyyatsiz mualice aldim indi faiz normaya dushub.ama hamilelik yene bash vermir.yoldashimda ovulyasiya bash verir.ola biler ki men emeliyyat olmaliyam yoxsa hansisa infeksiya var qoymur hamileliye?
Dr.Orxan Agabəyov | 11 İyul 2013 08:39
Salam Nicat. Əgər spermanın göstəriciləri normaya uyğundursa, narahat olmayın, bu situasiyada səbəbi qadın orqanizmində axtarmaq lazımdır. Uğurlar.