ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
emil | 13 İyul 2013 09:09
salam hekim menim size bir sualim var men yeni aile heyati qurmusam bir iki sualim var cinsi elaqe zamani spermanin qadinin icine tokulmesi ucun penisin minimal olcusu ne qeder olmalidir ve qiz nece defe cinsi elaqeden sonra hamile qala biler
Dr.Orxan Agabəyov | 14 İyul 2013 07:46
Salam Emil. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır.  Hamilə qalmaq cinsi əlaqələrin sayından deyil, kişi spermasının keyfiyyətindən birdə qadının cinsi sağlamlığından asılıdır. Uğurlar.
F A K O | 12 İyul 2013 16:10
hekim salam..bilmek isteyerdim ki,normal cinsi heyat yoxdursa,heftede 3 defe masturbaciya etmek zeruri ve vacib fikri dogrudurmu??
Dr.Orxan Agabəyov | 14 İyul 2013 07:38
Salam Fako. Masturbasiya üçün normativlər mövcud deyil. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
hesret. | 12 İyul 2013 12:40
salam, hekim men 6aydir aileliyem ama cinsi elaqede olmamiwiq. yoldawimda cinsi zeiflik var. hemde hevessizdi. hec elaqede olmaq istemir.bir sozle depresiyaya duwub. hekime bele getmir. mene komeklik edin xaiw edirem.
Dr.Orxan Agabəyov | 14 İyul 2013 07:24
Salam Hesret. Əgər bu qədər müddət, toy gecəsi olmayıbsa, mütləq həki konsultasiyası lazımdır. Ən yaxşı məsləhət - həkimə gedib. müalicə almaq olar. İnanın bu problem - həll olunan problemdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Shahsuvar | 12 İyul 2013 10:25
salam hekim.24 yasim var. hekim evveller yungul cole yeni sidiye gedende mende ara bir her defesinde yox gec gece gozleme olurdu hardasa 3 4 san ama son 2 3 aydiki demek olarki her defe olur en azi 4 5san gozleyirem bu neyin elameti ola biler hekim?nese cox narahatam.kisi sonsuzluguna sebeb ola biler?nisanliyam az vaxta aile heyati qurasiyam.nese bu problem menden el cekmir,xai edirem mene komek olun. indiden tewekkurumu bildirirem
Dr.Orxan Agabəyov | 14 İyul 2013 07:24
Salam Shahsuvar. Bu problem müxtəlif səbəblərlə bağlı ola bilər -prostat vəziin xəstəlikləri, sidik kisənin və kanalın xəstəlikləri. Hər halda, yalnız diaqnostika edib, düzgün diaqnoz təyin etmək olar. Kişidə sonsuzluq problemi olub-olmamasını, spermoqramma analizini keçəndən sonra təyin etmək olar. Uğurlar.
mehdi | 12 İyul 2013 08:57
salam hekim. bagiwlayin menim xayamin biri xirda idi inkisaf etmemiwdi. 5 il bundan qabaq apres olub goturulmuwdu. sora hekim dediki o biri xaya tam normadadir inkisaf edir ama 22 yawinda evlenmelisen. eger xaya tam normaldirsa iltenilen vaxt evlenmek olarmi? cunki telebeyem 2 kursa kecirem evlenmek istemirem.
Dr.Orxan Agabəyov | 14 İyul 2013 07:15
SAlam Mehdi. Bu situasiyada, hər şey spermanın keyfiyyətindən asılıdır - yəni bir xaya ilə də, göstəricilər normada ola bilər, göstəricilər zəif də ola bilər. Evlənmək yaşı, tibbi problemlərdən asılı deyil. Sadəcə spermoqramma verin və əgər göstəricilər normaya uyğundursa, narahat olmayın. Uğurlar.
bextiyar | 12 İyul 2013 07:19
salam hekim mende erken boşalma olur hansı keyləşdirici məlhəmdən istifadə edə bilərəm?Birdə ki 1ci boşalmadan sonra 2 ci 3 cü aktlar zamani da erkən boşalıram və boşalmadan dərhal sonra penis yatır nə edə bilərəm və ya problem nədədir? cavablara gore təşəkkürlər
Dr.Orxan Agabəyov | 14 İyul 2013 07:14
Salam Bextiyar. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
Aliye | 12 İyul 2013 00:35
Salam,Hekim.Menim sekse hevesim olmur demek olarki..bezi türkcarelerden ist.etmiwem.Ama o qederde xeyri olmayib..Bezi sebeblere göre de hekime gede bilmirem.hevesi artirmaq ucun viaqaradan ist.ede bilerem?yoxsa qadinlar ucun ayri dermanlar var?
Dr.Orxan Agabəyov | 14 İyul 2013 07:14
Salam Aliye. Bu tip preparatlar yalnız kişilər üçündür, qadınlara heç bir təsiri yoxdu. Bu problemin müxtəlif, orqanik və psixoloji səbəbləri ola bilər, müəyyənləşdirib, müalicə kursu keçmək məsləhətdir. Uğurlar.
Samir | 11 İyul 2013 21:57
Salam hekim herpes virisuna yoluxmuw insan ucun evlenmek olar.Nece etmek olar ki xanima kecmesin.Birdeki penisde olan qizartilar mualice olunduqdan sora gedir ya qalir? Diqqetinize gore cox sag olun
Dr.Orxan Agabəyov | 14 İyul 2013 07:08
Salam Samir. Olar, amma mütləq müalicə və profilaktik kurslar aparmalısız ki, keçmə riskini minimmuma endirəsiz. Qızartılar müalicə nəticəsində aradan qalxır, ammaimmunitet düşən kimi, təkrar yarana bilər. Uğurlar.
aylin | 11 İyul 2013 19:51
salam. hekim biz 6 aydirki evliyik ve eleqede olmamiwiq. yoldawimda mende coooox isteksiziy.bize ehtirasi guclendirici derman adlari vere bilersizmi??? hem qadincun olsun hem kiwi ucun. bezmiwem buna gore olmek bele isteyirem.... xahiw mene komeklik edin......
Dr.Orxan Agabəyov | 14 İyul 2013 07:08
Salam Aylin. Bu situasiyada hər ikiniz yoxlanıb, problemlərin səbəblərini müəyyənləşdirməlisiniz və sonra müalicə kursu keçməlisiz. Uğurlar.
vuqar | 11 İyul 2013 19:34
salam hekim mende bir defe bosalandan sora pens o degige yatr ikinci ucuncu ola bilmirem sanki ozum beynimde gorxuyla yasayram
Dr.Orxan Agabəyov | 14 İyul 2013 07:08
Salam Vuqar. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.