ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
faiq | 14 İyul 2013 21:45
salam hekim.MENDE 2-3 GUNDU SPERMA OZ- OZUNE CUZU MIQDARDA PALTARIMA LEKE SALIR BU NEDEN OLA BILER?BUNUN UCUN NE ETMELIYEM ?QABAQCADAN COX SAGOLUN
Dr.Orxan Agabəyov | 16 İyul 2013 07:46
Salam Faiq. Ola bilər hansısa cinsi infeksiyanın əlaməti olsun. Cinsi infeksiyaları yoxlamaq məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
eli | 14 İyul 2013 20:40
slm hekım. men naxcıvanan yazıram menım prablemım tez bosalıram bu neden olur mene komeklık edsez bır omur boyu mınatar qalaram.
Dr.Orxan Agabəyov | 16 İyul 2013 07:46
Salam Eli. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
Musfiq | 14 İyul 2013 18:37
salam hormetli hekim,3 ildir aileliyem,usagim olmur,yoldasimla yoxlanmisiqonda ele bir guclu problem cixmayib,ama mende 2-ci dereceli damar genislenmesi cixdi,faizim 65-dir ireli hereketli 15,yerinde hereketli 35-dirbir kurs ,mualice olundum,amma agrilarim var,asagi hissede,ureyim de de bulantilar,qusmalar olur.Sizce menim bele veziyyetde mualice ile usagim ola biler,yoxsa men mutleq emeliyyat olunmaliyam?Onceden minnetdaram
Dr.Orxan Agabəyov | 16 İyul 2013 07:46
Salam Musfiq. Əgər spermoqrammanın göstəriciləri normaya uyğundursa, övlad ola bilər. Ürəkbulanma və qusmanın, varikosele probleminə aidiyyatı yoxdur. Uğurlar.
Cavid | 14 İyul 2013 16:57
Salam hekim.Men 3 il evvel damar genislenmesinden emeliyyat olunmusdum.Bu qeder zamandan sonra dusundumki idmanla mesgul olmaq olar.Roma stulu veziyyetinde mesqden sonra hiss etdimki belimin asagi hissesinde ve xayalarimda agrilar var.1)Bu ke4ici ola biler ? cunki agrilarin olmasi mence normal hal da ola biler 2) Yoxsa mutleq hekime getmeliyem ? 3)Damar genislenmesine gore emeliyyat olunacamsa zamanin onemi var ? Yeniya indi yada 1-2 il sonra ?
Dr.Orxan Agabəyov | 16 İyul 2013 07:46
Salam Cavid. Qiperekstenziya hərəkəti edərkən, omba əzələləri və kürək əzələləri yükləndiyi üçün, yaranan ağrılar - əzələ ağrılarıda ola bilər. Əgər bir müddətdən sonra ağrılar keçməsə, xayaların doppler müayinəsindən keçmək məsləhətdir. Əgər varikosele varsa və spermanın keyfiyyətidə zəifdirsə, əməliyyat nə qədər tez olsa bir o qədər yaxşıdır. Uğurlar.
sebuhi | 14 İyul 2013 15:48
her vaxtiniz xeyir hekim.size 2 sualim var.1:sizin saheniz olmasada her halda bilersiz,mende guclu yaddas zeifliyi var .ne ile elaqeder ola biler? 2:spermoqramma dan kecdikde butun kisiliye aid olan problem ,xayada, prostatda ,penisde ve s.olan problem i bilmek olur?ve spermo qrammadan nece kecmek lazimdi ,seher ,axsam yemek olar olmaz,cinsi elaqe olar olmaz?men basqa seherde qaliram ,adi labaratoriyada analiz vermek olar?heyif ki sizden cox uzakdayam(((( cavaba gore tesekkur!!!
Dr.Orxan Agabəyov | 16 İyul 2013 07:22
Salam Sebuhi. 1. Bu sualı yaxşı olar nevropatolodan soruşasız.2. Xeyr, spermoqramma yalnız spermanın keyfiyyəti haqqında informasiya verir. Spermoqramma analizi haqqında, kişi sonsuzluğu məqaləsində oxuya bilərsiz. Uğurlar.
Sebine | 14 İyul 2013 15:36
salam men qiz usagiyam mende bu problem var mende hecneden sperma gelir buna sebeb ne ola biler
Dr.Orxan Agabəyov | 16 İyul 2013 07:22
Salam Sebine. Bu sperma deyil(sperma yalnız kişilərdə olur), ifrazatdır. Bu ifrazat, cinsiyyət sistemində iltihabın əlaməti ola bilər. Uğurlar.
Mehdi | 14 İyul 2013 13:02
Bagiwlayin hekim yene narahat eledim. Eger tek xaya ile spermoqrammadan analiz versem gostericiler zeif cixsa bunun mualicesi var? Tewekkurler.
Dr.Orxan Agabəyov | 16 İyul 2013 07:22
Salam Mehdi. Bu göstəricilərdən asılıdır(yəni normadan nə qədər fərqlənir)  və birdə hormonal problemlərin olub-olmamasından. Uğurlar.
kamil | 14 İyul 2013 07:55
salam hekim. menim size sualim var.menim oglumun 10 yasi var. cekisi 38 kq dir.cinsiyet orqani cox balacadir.texminen 2 sm dir.hekim bilmek isteyirem cekisi ile elaqadardir yoxsa normaldir?
Dr.Orxan Agabəyov | 16 İyul 2013 07:22
Salam Kamil. Cİnsi yetişkənlik dövrü hər bir oğlanda, fərqli yaşda başlayır. Hər halda ümumi bədən kütləsi azdırsa, deməli hələ orqanizmdə hələ dəyişiklər başlamayıb. Bir müddətdən sonra, əgər dəyişiklər başlamasa, həkimə müraciət edin. Uğurlar.
Eliyev Eli | 13 İyul 2013 20:46
salam hekim.1 kisi cinsi baximdan tam saglam oldugunu yoxlamaq ucun hansi analizlerden kecmelidir?zehmet olmasa butun analizleri yazardiz .cavaba gore tonceden wk.
Dr.Orxan Agabəyov | 14 İyul 2013 07:47
Salam Eli. Cinsiyyət sistemini yoxlamaq üçün, bir çox analizlər paketi mövcudur. Konkret Sizə uyğun olan paketi,  konsultasiya zamanı seçilir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Vaska | 13 İyul 2013 15:58
Salam hekim bagislayin narahat edirem menim 25 yasim var hiss edirem cinsi orqanim balacalasib ama evveler boyuk idi yani tez tez cinsi elaqeda olurdum en son yoxlanisda ureplazma cixdi ona qarsi mualice aldim yani sora hec kimle yasamadim indide ureyim partlayir olmaq isteyirem ama hiss edirem ki cinsi orqanim balacalasib sizden komek isteyirem nece eliyim cinsi orqanim boyusun?ve nece sm olmalidir ki normalda ereksiya halinda?xais edirem cvb yazin
Dr.Orxan Agabəyov | 14 İyul 2013 07:46
Salam Vaska. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Penisin vizual balcalaşması, ereksiyanın zəifləməsi ilə bağlıdır. Ereksiya güclü olarsa, ölçülərdə düzələcək. Uğurlar.