ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
mehdi | 17 İyul 2013 05:31
Salam hekim mende bir gunun icinde gece Cinsiyyet uzvumden ag rengli rengi su rengi kimi şirə ifraz olundu xahiş edirəm bunun səbəblərini ve ne meslehet gorursuz zehmet olmasa cavablandirasiniz
Dr.Orxan Agabəyov | 18 İyul 2013 05:52
Salam Mehdi. Ola bilər, cinsi yolla keçən infeksiyanın əlaməti olsun. Dəqiqləşdirib, müalicə kursu keçmək məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Elekber | 16 İyul 2013 20:54
salam hekim bagislayin narahat edirem size bir sual verim sekse boyuk hevesim var isteyim hedden artiq boyukdur amma birinci bosalmadan sonra ikinci defe olanda yaman gec qurtariram hem ozum hemde partyonurum eziyyet cekir.Hem de dalbadal olmagin ziyani varmi? evvelceden oz tesekkurumu bildirirem
Dr.Orxan Agabəyov | 18 İyul 2013 05:52
Salam Elekber. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.).  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
balabey | 16 İyul 2013 19:47
salam hekim,bilmek isterdim ki menim 19 yasim var ve men bilmek isterdim ki Masturbasiya ile mesqul olmaqin boslamanin her ansi ziyanli terefi var ? yani zeiflik,ariqlama ve bu kimi hallar ola biler ? evvelceden tesekkurler
Dr.Orxan Agabəyov | 18 İyul 2013 05:48
Salam Balabey. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
Vuqar | 16 İyul 2013 15:28
Hekim melumat uchun chox sagolun oxudum.bir sual da verim.qarderellyozun qadinin hamile qalmasina tesiri var?hekim men teze aile qurmusham,iki heftedi.bu xesteliyin elametleri var mence mende.iygelmeyi bir de sidiye tez tez gedirem.ne meslehet gorursuz?
Dr.Orxan Agabəyov | 18 İyul 2013 05:47
Bəli, qardnerelyoz hamiləliyin yaranmasına əngəl ola bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ramin | 16 İyul 2013 11:31
Salam hakim.manim 36 yasim var.man har gun qadinla oluram,amma gunda 2 dafa olmaqa havassizam.15 ildi ailaliyam.2 gun olmayan kimi xayalarimda sancilar olur.olandan sonra kecir.sizca bu normaldh suxoy vurmaqin zarari varmi?
Dr.Orxan Agabəyov | 18 İyul 2013 05:38
Salam Ramin. Əgər hər gün cinsi əlaqədə olmaq istəyi varsa, bu normya uyğundur. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
leyla | 16 İyul 2013 11:17
hekim men size bir sual vermek istiyirem ama cox cekinirem menim sevgilim bu yaxinlarda cinsi orqanin da olan agriya gore hekime getmisdi hekim deyib ki analiz vermey lazimdi spermadan analizin neticesi 1-2 faiz cixib hekimin dediyine gore yumurtalar fealiyetini itirib 5-6 kursd mualice olunsa gelecekde usaq olma ehtimali 100/5 %-di deyib ve sevgilim de bele olan halda seni de ozumle sonu olmayan bir bosluga cekmek istemirem deyir ve ayrilmaq istiyir xais edirem mene komey edin bunun mualicesi varmi
Dr.Orxan Agabəyov | 18 İyul 2013 05:37
Salam Leyla. Birincisi, hətta bu göstəricilər qalxmasa belə, süni mayalandırma yolu ilə uşaq ola bilər. İkincisi, müalicənin uğurlu olub-olmaması bu problemin səbəblərindən asılıdır. Elə səbələr var ki, aradan qalxır və göstəricilərdə artır. Uğurlar.
MURAD | 16 İyul 2013 10:45
SALAM VIAQRANI QEBUL EDENDE NECE DEQIQEYE BOWALIRSAN
Dr.Orxan Agabəyov | 18 İyul 2013 05:34
Salam Murad. BU tip preparatlar boşalmanın müddətinə təsir etmir. Uğurlar.
aysel | 16 İyul 2013 08:06
menim oglum yash yarimliqdi sag xayasina su yigilib emeliyyat etmeden mualicesi mumkundurmu
Dr.Orxan Agabəyov | 18 İyul 2013 05:33
Salam Aysel. Əgər yığılmış mayenin miqdarı azdırsa, ilkin etapda müalicə etmək olar, əgər mayenin miqdarı artırsa - əməliyyat etmək məqsədəuyğundur. Uğurlar.
Samire | 16 İyul 2013 05:58
Salam hekim. Aileliyem. Usaqlarimda var. yoldasimla aramda xeyanetle bagli problemlerimiz olub. Demek olarki cinsi yaxinligimiz cox gec gec ve hevessiz olur. Bu hevessizlikde men terefden qaynaglanir. Melum xeyaneti bildikden sonra (hemde defelerce) heyat yoldasin olmasina baxmayaraq hec bir hiss evvelki kimi olmur. Bilirem psixolojidi problem. Indi her wey yolunda gedir. Amma cinsi heves getdikce ölüb demek olarki. Bununla bagli psixoloqa,genikoloqa yoxsa seksopotoloqa muraciet edim? Umumiyyetle qadinlar bu kimi problemler yawadiqda menevi qinaga meruz qalmasin deye cox hekime muraciet etmirler. Amma ailenin dagilmamasi ucun mence cinsi heyat vacibdi. Meslehet verin zehmet deyilse. Evvelceden tesekkur edirem.
Dr.Orxan Agabəyov | 18 İyul 2013 05:07
Salam Samire. Bu situasiyada, birinci növbədə psixoloqa müraciət etmək düzgün olar. Uğurlar.
Vuqar | 15 İyul 2013 18:20
Salam.Hekim gardnerella(baliq iyinin gelmesi) bu xestelik haqqinda melumat vere bilersiz?mualicesi chetindi?muddeti ne qederdi mualicenin?elametleri nedir?
Dr.Orxan Agabəyov | 16 İyul 2013 08:18
Salam Vuqar. Saytda qarderellyoz haqqında məqalə var, oradan istədiyiniz məlumatı oxuya bilərsiz. Uğurlar.