ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Ferdi | 17 İyul 2013 19:06
Salam . Hekim men agirliq qaldirma idmani ile mesgulam 1 ildir mesgulam ozumun 20 yasim var tibb universitetinin 4cu kursuna kecirem artiq men ozumde varikoselden subhelenirem amma cox doktordan sorusmusam deyir psixoloji ozune tesir edirsen. Mende xayalar qeti agramir . Idmanda da gucum catmiyandan artigini qaldirmiram. Amma sol xayama el vuranda bir az damar yekelmesi hiss edirem belke de yaniliram zehmet olmasa meni bu dertden qutarmaga bir yol gosterin. Amma hekime getmek istemirem bir yol deyin xahis edirem nece gundur bele bir sayt axtariram ki sual verib cavab alim
Dr.Orxan Agabəyov | 18 İyul 2013 06:09
Salam Ferdi. Bu situasiyada bir düzgün yol var - xayaların doppler müayinəsindən(müayinəni savadlı mütəxəssis aparmalıdır) keçib dəqiqləşdirmək - varikosele var ya yox. Uğurlar.
Leyla | 17 İyul 2013 18:36
Папилломавирус barədə bilmək istəyərdim bakida onun müalicəsi varmi. Hansi klinikada yoxlamq olar?
Dr.Orxan Agabəyov | 18 İyul 2013 06:08
Salam Leyla. Papillomavirusun müalicəsi - papillomların aradan qaldırılması və immunitetin artırmasından ibarətdir. Bizim klinikada yoxlanmadan keçə bilərsiz. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Ugurlar.
Musfiq | 17 İyul 2013 16:34
Axsaminiz xeyir hekim,men analizlerimi aydin yazim zehmet olmasa mene komek olun,kecen defe hamisini yazmamisdim.Usm-her iki testisde spektral-rengli doppler incelemede vaskulyar axin movcuddur venormal vaskulyarizasiya ve axin izlenmisdir.Sag testisde pampinform plexusda venalarda 2,9mm-dek varikoz genislenme izlenilir.Valsava sinagi zamani ortostaz veziyyetde sol terefde pampiniform pleksuda 2-ci dereceli retrograde axin[Reflyuks]izlenmisdir.Netice-Sol terefde 2-ci dereceli varikosele elametleri,sag terefde 1-ci dereceli varikosele elametleri.Antispermal ekscismler spermada-netice 94.64,norma65pozitiv,leykositler45-35,hereketlilik-65%,Hereketsiz-35%,feal hereketli-15%,yavas hereketli28%,yerinde hereketli22%,hereketsiz-35% cox xahis edirem menim bu veziyyetde emeliyyatsiz,mualice ile usagim ola biler,yoxsa mutleq emeliyyat olunmaliyam,eger emeliyyat olunsam usagim ola biler,cox xahis edirem komek olun bize
Dr.Orxan Agabəyov | 18 İyul 2013 06:08
Salam Musfiq. Bu vəziyyətdə, əməliyyat etmək daha düzgün variantdır. Əməliyyat olunandan sonra, göstəricilər qalxa bilər, amma 100% deyil. Uğurlar.
perviz | 17 İyul 2013 16:31
salam hekim,bir yaxin qiz dostum var bu haqda narahatdi,deyir cinsi elaqe zamani bezen iy olur bezen yox yeni qizin cinsi orqaninda,bu neden ola biler?bunu nece aradan qaldirmaq olar
Dr.Orxan Agabəyov | 18 İyul 2013 06:08
Salam Perviz. Ola bilər qardnerelyoz olsun, amma başqa infeksiyalar da ola bilər. Dəqiqləşdirib, müalicə kursu keçmək məsləhətdir. Uğurlar.
polad | 17 İyul 2013 16:29
salam hekim . potensiya zeiflemesi ucun hansi mualice kursu meslehetdir
Dr.Orxan Agabəyov | 18 İyul 2013 06:08
Salam Polad. Potensiyanın zəifləsi səbəbi müəyyənləşdirilib, düzgün müalicə kursu təyin etmək olar. Uğurlar.
Əli | 17 İyul 2013 12:22
Salam doktor.mən sevdiyim bir qızla evlənməyə hazırlaşıram.nişanımız artıq olub.bizi narahat eən qan qruplarımızdı.məndə O(I)RH nişanlımda isə B(III)RH .Bu qan qrupları uyğunlaşırmı?
Dr.Orxan Agabəyov | 18 İyul 2013 06:08
Salam Əli. Qan qruplarıının ailə qurmağa aidiyyatı yoxdur. Yəni müxtəlif qan qrupları olan insanlar, ailə qura bilərlər. Uğurlar.
leyla | 17 İyul 2013 11:51
salam Orxan hekim sualim beledi,trixomonodoz xesdeliyi kishiye neden kechir ,eyer cinsi yolla kechirse heyat yoldawindan keche bilermi yoxsa qeyri birinden.Xahish edirem cavablandirasiniz
Dr.Orxan Agabəyov | 18 İyul 2013 06:08
Salam Leyla. Trixomonoiaz cinsi yolla keçən infeksiyadır, yəni cinsi əlaqə zamanı hər bir kişidən qadına və və hər bir qadından kişiyə  keçə bilər. Uğurlar.
Alik | 17 İyul 2013 09:50
Salam hekim. 15 yashim var. Sidiye gedende goynemeler olur. Sidiye getdikden sonra sanki boruda damci qalir ve herden oturanda herden de oz-ozune xaric olur. Ozum namaz qilanam. Her defe alt paltarim bulashir ve deyishmeli oluram. Bu xestelikmidir yoxsa nece? Ciddi bir problemmidir? Evvelceden tewekkurler.
Dr.Orxan Agabəyov | 18 İyul 2013 05:58
Salam Alik. Ola bilər, sidik-cinsiyyət sistemində iltihabi prosess var. Dəqiqləşdirib, müalicə kursu keçmək məsləhətdir. Uğurlar.
Anar | 17 İyul 2013 08:34
salam alekum hekim. Gobelek xesteliyi neden yarana biler? bu xesteliyi ev seraitinde mualice etmey olarmi olarsa nece? evvelceden minnetdaram.
Dr.Orxan Agabəyov | 18 İyul 2013 05:58
Salam Anar. Göbələk infeksiyası müxtəlif yollarla keçə bilər -  cinsi, məişət, məsələn hovuzdan, başqasının dəsmalından və s. Bəli, ev şəraitində müalicə mümkündür, müəyyən dərman preparatlarının istifadə etməklə. Uğurlar.
abdulla | 17 İyul 2013 08:16
Salam doktor. Mende ehtiras hissi yox seviyyesine enib. Hevesim yoxdu. Cinsi elaqe zamani daxil ola bilmirem. Bu menim problemimle elaqelidi yoxsa qarwi cinsde problem var? Cox narahatam. Uje 3aydan coxdu. Mualicesi var?
Dr.Orxan Agabəyov | 18 İyul 2013 05:58
Salam Abdulla. Aydındır ki, bu problemlər kişi problemləridi yəni qadına aidiyyatı yoxdur. Müalicə mümkündür və bu problemi yaradan səbəblərdən asıldır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.