ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Sual | 18 İyul 2013 21:09
Salam hekim Xayalarim Ferqli Olmasi Normaldi?Mende Sag xayam sol xayadan bezen yuxarida olur.Bezen de Eyni Olur.Bu Normaldi? Bide Sag xayamda Ara bir Yungul agrilar olur.Bu neden ola biler?
Dr.Orxan Agabəyov | 19 İyul 2013 06:10
Salam Sual. Xayaların ölçülərinin və yerləşməsinin fərqli olması - normaldı. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(dama genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Uğurlar.
Ruslan | 18 İyul 2013 20:24
Salam hekim. Cinsi elaqede olarken daha gec boshalmaq uchun hansi dermannan istifade etmak lazimdi?? Teshekkurler!!!
Dr.Orxan Agabəyov | 19 İyul 2013 06:10
Salam Ruslan. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
emil | 18 İyul 2013 11:44
salam hekim bagislayin sualima gore cinsi organin etraflarindan ve ozunden qoxu gelmesi normaldi? yoxsa her hansi virusun elametidi?
Dr.Orxan Agabəyov | 19 İyul 2013 06:10
Salam Emil. Normada heç bir qoxu olmamalıdır - bu ya gigiyenik qaydalara riayət etməməkdən və ya hansısa cinsi infeksiya nəticəsində ola bilər. Uğurlar.
Orxan | 18 İyul 2013 09:08
Salam Hekim uzr isteyirem, mende spermanin faizi cox asagidir, hereketli 10-15 faiz teskil edir. defelerle hekimde olmusam, daxili orqanlarimi defelerle yoxlatmisam sukur hec bir problem olmayib, amma sonuncu defe prostat vezinde bir balaca soyuqlama oldugunu dedi hekim. Bu sebeb ola bilermi, ve ya faizin asagi olmasinin sebebi nedir. Evvelceden tesekkur edirem.
Dr.Orxan Agabəyov | 19 İyul 2013 06:10
Salam Orxan. Bəli, prostatit spermanın göstəricilərinin aşağı olmasına səbəb ola bilər. Ən əsas isə xayaların sağlamlığıdır, əgər xayalarda hər hansı problem olarsa, spermanın da keyfiyyəti zəifləyir. Uğurlar.
Leman | 18 İyul 2013 08:59
Salam hekim. Men bilmek isteyirem sizin klinikadan butun analizlerden kecmek mumkundur. Her cur yoxulmush viruslari? Umumiyyetle butunlukle butun yoxlanishlardan kecmek isteyirem. Birde Пвч16 ne virusudur sizde mualicesi olur? Mualice alsa kecib gedecekmi? hemin virusu olub olmamasini bilmek ucun neden analiz vermek olar? Cox xaish eliyirem cavablandirarsiz.. Qabagcadan tesekkur edirem.
Dr.Orxan Agabəyov | 19 İyul 2013 06:05
Salam Leman. Bəli, bütün cinsi ineksiyaları, bizim klinikada yoxlamaq olar. Papillomavirus - cinsi yolla keçən infeksiyadır, 16 -cı tip bu virusun bir tipidir, bu virusun müalicəsi mümkündür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
elyar | 18 İyul 2013 07:23
zehmet olmasa AIDS(spid) xesteliyinin elametlerini yazin.insan ozu nece biler ki spide tutulub?
Dr.Orxan Agabəyov | 19 İyul 2013 06:17
Salam Elyar. AİDS xəstəliyinin olub-olmamasını bilməkdən ötrü, hər hansı klinikada analizdən keçmək lazımdır. Bu analizin qiyməti adətən 5 AZN olur. Uğurlar.
anonim | 18 İyul 2013 05:42
Salam hekim menim 17 yashm var sidiye getdikde goynerti olur ve oz ozune az az sperma axini bash verir ? Nedendir
Dr.Orxan Agabəyov | 19 İyul 2013 05:56
Salam Anonim. Ola bilər, cinsi infeksiyanın əlaməti olsun. Dəqiqləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Vuqar | 18 İyul 2013 02:38
Salam hekim.Mende esgerlikden sonra penisin agzi tedricen genishlenmeye bashlayib yanlarinda chatlar emele gelib .Her hansi bir qadinla cinsi elaqede olmamisham.Xaish edirem sebebini deyesiniz.Evvelceden teshekkur edirem
Dr.Orxan Agabəyov | 19 İyul 2013 05:55
Salam Vuqar. Bu müxtəlif dəri xəstəlikləri nəticəsində, məsələn göbələk infeksiyası nəticəsində ola bilər. Dəqiqləşdirib, müalicə kursu keçmək məsləhətdir. Uğurlar.
Rasim | 17 İyul 2013 20:17
Salam axsamniz xeyr olsun,menim 25 yasim var subayam regten muaynesinden sonra varikozel diyaqonuzu qoyuldu 2-dereceli sol xayada,, ve hemin sol xayada da 4ml kista aksar olundu .Hekim reyinden sonra meni cerahhiye meslehet gorduler ,analizde vermisdim Spermoqrammadan 25% yuxari olmalidir mende oldu 10%,bele bir veziyetde mene vacibdirmi cerahhiye olunum,yoxsa bunun mualicevi usulu var.cox sagolun diqqetinize gore
Dr.Orxan Agabəyov | 19 İyul 2013 05:55
Salam Rasim. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var.  Əgər spermoqrammanın göstəriciləri, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. Uğurlar.
Arzu | 17 İyul 2013 19:27
Salam.hekim men tez tez sürtulme oluram.bundan hamile qala bilerem.16 yasim var.
Dr.Orxan Agabəyov | 19 İyul 2013 05:55
Salam Arzu. Hamilə qalmaq üçün, cinsi əlaqə zamanı, daxilə sperma getməlidir. Masturbasiya zamanı hamilə qalmaq olmaz. Uğurlar.