Qosqar | 20 İyul 2013 10:17
salam hekim. evvelceden size oz tesekkurumu bildirirem.Men varkaselden iki terefli emeliyyat olunmusam soldan 3-cu dereceli sagdan ise 1-ci dereceli cixmisdi. Bir aydir ki emeliyyat olunmusam sol xayamda damarlar hiss edirem sizce bu normaldirmi? ve yungul agrilar olur. sol xayamin yuxari hissesinde duyunler var bu ne demekdir cox xahis edirem. sizce ay yarimdan sonra analiz versem neticenin musbete dogru olub olmadigini bilmek olarmi? sagolun
Dr.Orxan Agabəyov | 21 İyul 2013 04:24
Salam Qoşqar. Ola bilsin, varikosele təkrar yaransın, ola bilsin bir müddətdən sonra ağrılar azalsın. Analiz verə bilərsiz, amma ilk nəticələr adətən 3 aydan sonra olur. Uğurlar.
Eldeniz | 20 İyul 2013 10:16
Hekim salam, mənim 45 yaşım var, amma 5 ilə yaxındır ki, cinsi əlaqədə olanda çətinlik çəkirəm, k-a-filan kimi tabletlərdən istifadə edirəm... indi məsləhət görüblər ki təzə bir dərman çıxıb - t-i- adı belədir deyəsən- ondan istifadə edim.. Kömək edə bilər?
Dr.Orxan Agabəyov | 21 İyul 2013 04:24
Salam Eldeniz. Bu tip preparatların istifadəsi, psixoloji asıllıq yarada bilər. Ən yaxşısı, yaranmış problemlərin səbəblərini müəyyənləşdirib, müalicə kursu keçin. Uğurlar.
Ali | 20 İyul 2013 08:03
Salam həkim mənim sualim erkən boşalma ilə elaqəlidir .Hekim mən əlaqə zamanı və sonra cox tərləyirəm həkim erkən boşalma hərdən lap tez olur hərdəndə biraz uzun cekir. Hekim hər gün cinsi əlaqədə olmaq düzgüdür sizce bu veziyetde sizce.Hekim bunu nece müalice etmək olar və hansi keyidici dərmanlardan istifadə etmək lazımdır.Əvəlcədən sizə təşəkkür edirəm.
Dr.Orxan Agabəyov | 21 İyul 2013 04:21
Salam Ali. Cinsi həyatın ritmi individualdır, əgər gücünüz çatırsa - hər gün cinsi əlaqədə ola bilərsiz. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Etibar | 19 İyul 2013 17:53
salam. men yaxin zamanda cinsi elaqede olmusham, cinsi elaqede oldugum qadin kondiloma virusuna yoluxub. hekime gedib yoxlanishdan kecerken hekim o cinsi elaqede oldugum qadina deyib ki virus qarshi terefden size kecib. men bu virusa yoluxub yoluxmadigimi nece oyrene bilerem? insan bedeninde hansi elametleri var, ve eger analiz vermek lazimdirsa hansi tibbi muayineden kecmeliyem? ve mumkunse bu tibbi muayinenin qiymetini de deyerdiz.
Tesekkurler
Dr.Orxan Agabəyov | 20 İyul 2013 07:15
Salam Etibar. Bəli, papillomavirusu olub-olmamasını yoxlamq üçün analizlər mövcuddur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
anonim | 19 İyul 2013 15:28
Salam hekim. Zehmet olmasa deyerdiz inseminasiya ucun toxumun gotericileri nece olmalidir ve morfoloji qurulusun bu tesiri boyukdurmu?
Dr.Orxan Agabəyov | 20 İyul 2013 07:15
Salam Anonim. İnseminasiya üçün spermanın göstəriciləri normativlərin yarısından çox olmalıdır. Əlbəttə, morfologiyanında böyük əhəmiyyəti var. Uğurlar.
ismayil | 19 İyul 2013 13:11
salam hekim men 21 yawim var qizla olanda tez bowalam 1 deqeye bowalam buna gore mene derman deye bilersiz gec bowalmaya gore xaiw edirem indiden twk
Dr.Orxan Agabəyov | 20 İyul 2013 07:14
Salam İsmayil. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
Natim | 19 İyul 2013 12:24
salam hekim. menim 25 yasim var. size bir sualim olacaq men cinsi elaqe zamani bir nece defe bosalmagima baxmayaraq cinsi hevesim olmur. deyanmadan saaatlarca olmaq isteyirem. ama olduqdan sorada bir iki gun dehsetli yorgunluq olur. ve cinsi elaq zamani partnyorum cox eziiyet cekir. bunun sebebi ne ola biler? bu bir xestlikdir yoxsa? evvelceden tesekkurler.
Dr.Orxan Agabəyov | 20 İyul 2013 07:14
Salam Natim. Bu situasiyanı normaya uyğun saymaq olar, sadəcə çalışın hər gün cinsi əlaqədə olasız - bu halda fasilələrin olamadığına görə, cinsi həvəs həddən artıq olmayacaq. Uğurlar.
anar 286 | 19 İyul 2013 11:16
Salam hekim,30 yasim var cinsi elaqe zamani erekciyam bezen cox guclu bezen cox zeif olur,qeyd edim ki her gun cinsi elaqede oluram,1defeden artiq ola bilmirem,ola bilermiki bu fasilesiz olduguna gore beledi.umumiyyeyle by yasda duzgundu her gun olmaq.Qeyd edimki Partnyoryma maraq iitmir
Dr.Orxan Agabəyov | 20 İyul 2013 07:06
Salam Anar 286. Hər halda ereksiya problemləri varsa, səbəblər də var. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Cinsi həyatın ritmi individualdır, əgər istək varsa - hər gün cinsi əlaqədə olmaq olar. Uğurlar.
ulvi | 19 İyul 2013 10:52
Salam DOKTOR mende cinsi orqandan az yuxarida yeni qarnin ashaghida 1-1.5 cmlik hisses qizarib ve shishib elime aldighimda normalda yumshaq olan yerde shishgindir bunun sebebi ne ola biler normal bir haldir?
Dr.Orxan Agabəyov | 20 İyul 2013 07:06
Salam Ulvi. Xeyr, normal hal deyil. Ola bilər dəri infeksiyası olsun, amma dəqiq yalnız baxış zamanı demək olur. Uğurlar.
ramil | 19 İyul 2013 07:52
hekim salam.Menim 30 yawim var.men sidik cinsiyyet yollarindan goturulmuw yaxmadan analiz vermiwem,neticeler beledir.Epitel 12-15,Leykosit 20-25, Eritrosit 0-1,Flora-Stafilokokk,Diplokoklar-yox,Qonokoklar-yox,Trixomonadalar-yox,Maya Gobeleyi-yox,Qard.vaginals-yox,Muhitin pH-i-yox.Bu neyin elametleridir?Qabaqcadan tewwekkurler.
Dr.Orxan Agabəyov | 20 İyul 2013 07:06
Salam Ramil. Yaxmanın göstəriciləri, sidik kanalında iltahabi prosessin olmağından xəbər verir. Ola bilər cinsi infeksiya var - bu müayinədə yalnız 3 infeksiya yoxlanılır. Daha dəqiq diaqnostika edib, müalicə kursu keçmək məsləhətdir. Uğurlar.