ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Elshan | 22 İyul 2013 07:04
Salam hekim. mende cinsi orqanin zeifliy problemi var. Adi hallarda penis normal veziyyetde durur amma qadinla munasibete gelende alinmir. ve gerek qadin 2-3 deqiqe (minet) etsinki penis oyansin o vaxta kimide men artig bowaliram ve cinsi elaqeye gire bilmirem. 25 yawim var. bunun sebebleri tam wekilde aradan qaldirmag mumkundur? Evvelceden tesekkurler.
Dr.Orxan Agabəyov | 23 İyul 2013 05:13
Salam Elshan. Bu daha çox, psixoloji səbəbləri olan problemdir. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya yaranmır. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Orxan | 22 İyul 2013 06:27
Salam,Hekim menim mohkem prablemim var deyesen,demeli bende Penis ve xayalarda balacalawma var,burushme var,hec bir hissiyata oyanmag istemir,gulce 1 defe zorla oluram,ama axitma yadaki bashqa ne agri hecne yoxdur,bunun prablemi ne olar hekim hee? demeli 8 ay bundan qabag temiz bir qizla anal olmuwam,bunun neticesi ola bilermi hekim hee? ama yenede deyiremdee sadece bax bular olurr,birdee gorursenkii 10 gun penisimin hec bir hissiyata cavab vermediyide olurdaa,burda ne prablem ola biler hekim,,xahis edirem etrafli melumat yazardirzz
Dr.Orxan Agabəyov | 23 İyul 2013 05:13
Salam Orxan. Cinsi zəiflik mütləq hansısa cinsi infeksiya ilə bağlı deyil. Yəni cinsi zəifliyin müxtəlif başqa səbəbləri var - həm orqanik həmdə psixoloji. Bu səbəbləri araşdırıb, dəqiq müalicə təyin etmək olar. Uğurlar.
Fuad | 21 İyul 2013 21:48
Salm hekim men herpesle elaqeder qan analizi verdim ve bele neticeler var. HSV 1 IgG 2.1 HSV 1 IgM 0.8 HSV 2 IgG 1.2 HSV 2 IgM 0.5 Sypilis(RPR,TPHA,VDRL) NEQATIV Mende herpes var? varsa hansi seviyyededi Birde mene bu dermanlari yazdilar.P.. Qabaqcadan minnettarligimi bildirirrem
Dr.Orxan Agabəyov | 23 İyul 2013 05:13
Salam Fuad. Sizdə herpesin əlaməti var? Verdiyiniz analizlər, qanda antitellərin titrləridir, normadan yüksək olanlar da  var, amma əsas əlamətlərin olub-olmamasıdır. Uğurlar.
Rauf | 21 İyul 2013 18:33
salam hekim menim sualim beledir men sidiye gedenden sora seffaf az sire gelir buna ne meslehet gorerdiz.TESEKKUR
Dr.Orxan Agabəyov | 22 İyul 2013 05:17
Salam Rauf. Bu çox güman ki, prostat vəzinin iltihabı(prostatit) əlamətidir. Dəqiqləşdirib, müalicə kursu keçmək məsləhətdir. Uğurlar.
nicat | 21 İyul 2013 14:30
salam hekim mende uzun muddet varkelyos olub texminen 4 il emeliyat olmuwam ama uzun muddet varkelyos olduguna gore nese problem ola biler
Dr.Orxan Agabəyov | 22 İyul 2013 05:17
Salam Nicat. Problemlərin olub-olmamamsını yoxlamaq çox asandır - sadəcə spermoqramma analizindən keçin və öz göstəricilərinizi, normal göstəricilərlə müqaisə edin - əgər göstəricilər normaya uyundursa, narahat olmayın. Uğurlar.
Seymur | 21 İyul 2013 08:20
Salam həkim. Mən uşaq vaxtı pis vərdişlə mastrubasiya edirdim. porno izlədikdən dərhal sonra mastrubasiya və dərhal da boşalma yarandı ki bu da normal hal aldı. indi boşalma müddəti 1 dəqiqədən də az olur.
Dr.Orxan Agabəyov | 22 İyul 2013 06:56
Salam Seymur. Erkən boşalma problemin, yalnız masturbasiya ilə bağlamaq düzgün deyil. Bu problemin başqa səbəbləri də var. Dəqiqləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Qosqar | 21 İyul 2013 07:47
SALAM hekim bagislayin sizide narahet etdiyime gore .varkasel emelyati ugurla olsa sperma faizleri iki aya duzele bilermi? evvelki sualimda qeyd etmisdim sol xayamda bos damarlar var hekimim deyir ki bu normal haldir sice normaldirmi? tesekkur.
Dr.Orxan Agabəyov | 22 İyul 2013 06:56
Salam Qoşqar. 1. Adətən 3 aya düzəlir. 2. Bunu nəzəri olaraq demək olmaz - normaldı ya yox, dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək lazımdır. Uğurlar.
vusale | 20 İyul 2013 17:46
salam men vusale toy gecesinde hamile qalannan sonra onu toydan sonra nece bilmey olar?meselen toyun sehersi gunu bilmey olar?indiden tewekkur edirem.
Dr.Orxan Agabəyov | 21 İyul 2013 04:24
Salam Vusale. Əgər belə bir hal baş verərsə(bu az ehtimal olunandır), hamiləliyin təsdiqi, ən tez 10 -14 gün sonra ola bilər. Uğurlar.
Shahriyar | 20 İyul 2013 14:14
Salam hekim... Sualim erken bosalma ile elaqedardir. Uzun muddet olar ki, cinsi elaqede olmurdum.. bu yaxinlarda oldum ve erken bosalma bas verir bu ne ile baglidir?
Dr.Orxan Agabəyov | 21 İyul 2013 04:24
Salam Shahriyar. Ciinsi əlaqələrər arasında olan uzunmüddətli fasilələlər, erkən boşalmaya səbəb ola bilər. Erkən boşalmanın, başqa  səbəbləridə var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
F A K O | 20 İyul 2013 13:04
Doktor salam...sualim beledir..erekciya zamani spermanin duru yoxsa daha qati olmasi lazimdir?
Dr.Orxan Agabəyov | 21 İyul 2013 04:24
Salam Fako. Spermanın konsistensiyasının normaya uyğun olub- olmamasını vizual olaraq deyil, spermoqramma analizindən keçib bilmək olar. Uğurlar.