ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
nicat | 23 İyul 2013 21:22
Salam həkim. Məndə artıq 1-2 həftədir ki sağ xayamda sıxılma hiss edirəm ,yüngül bel ağrılarım da olur. sol xayamda heç bir problem yoxdur. 25 yaşım var , cinsi əlaqədə olmadığım üçün düşünürəm infeksiya deyl. Bir də ağrı hiss etdiyim sağ xayam bəzən yuxarı qalxır. Bu nəyin əlaməti ola bilər xahiş edirəm cavab yazın.
Dr.Orxan Agabəyov | 24 İyul 2013 06:33
Salam Nicat. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Uğurlar.
Fuad | 23 İyul 2013 19:00
Beli hekim mende herpes elametler vardi.Penisimde qizartilar ve qawinmalar vardi. .Analizin neticeleri belidir. HSV 1 IgG 2.1 HSV 1 IgM 0.8 HSV 2 IgG 1.2 HSV 2 IgM 0.5 Sypilis(RPR,TPHA,VDRL) NEQATIV Uygun olaraq bu dermanlari istifade edirem.P-n.men bilmek isterdim bu mende kececek .Mende bu birinci defedir ki olur..Hekim yaman stres kecirirem.Hekimlerede gedirem Hami eyni sozu deyir.Mende ele fikir formalawib ki hami meni aldadir.1 aydir ki qizartilar kecmir
Dr.Orxan Agabəyov | 24 İyul 2013 06:21
Herpes virusdu tam sağalan infeksiya deyil. Yəni, müalicə yalnız müəyyən müddətlik(nə qədər çox olarsa, bir o qədər müalicə yaxşı sayılır) əlamətləri aradan qaldırır. Uğurlar.
Resul | 23 İyul 2013 16:32
Salam hekim,3ildir aileliyem,ovladim olmur,damar genislenmesi var,son 20 gundur ki,penisim hec durmur,cox pis veziyyetdeyem,yoldasimla yasaya da bilmirem,sizce emeliyyat olunmaliyam,bu damar genislenmesinden ola biler,yoxsa neden olar,men sagalacam,evvelki kimi hissiyyatim oyanacaq,usagim ola bilecek?Xahis edirem mene sualima etrafli cavab yazin
Dr.Orxan Agabəyov | 24 İyul 2013 06:21
Salam Resul. Bütün bu suallara cavab vermək üçün,  diaqnostika aparılmalıdır. Uşaq olub-olmamasını göstərən - spermoqramma analizidir. Varikoselenin cinsi zəifliyə birbaşa aidiyyatı yoxdur.  Çox güman ki, orqanizmdə müəyən problemlər var- onlarda cinsiyyət sisteminə mənfi təsir göstərir. Uğurlar.
Ehmedov | 23 İyul 2013 16:19
salam hekim menim 25yasim var eveller cini elaqeda olanda rahat olurdum ama hardasa 5ay fasile verdim qadin yanina getmedim 5-10gun olar bir qadinla gorusdum 20yasinda ama ne qeder etdim onunla elaqeda ola bilmedim sol terefimde varikosel var penis oyaqligi ise masturibasiyada normal berkimededi ama hemin qadinin yaninda olanda ise nedense hec oyanmadi bunun sebebi ne ola biler(biraz heyacan ve xanimda cekinmelik vardi bunla elaqesi nece ola biler? hekim bir sualda vermek isterdim cinsiyyet uzvunun berkimesini dermansiz mumkundumu ve nece edim ? birde esitdiyime gore varikosel emeliyyatindan sora cinsi feallig zeifleyir duzdumu ? yoxsa artir?
Dr.Orxan Agabəyov | 24 İyul 2013 05:33
Salam Ehmedov. Bu daha çox, psixoloji səbəbləri olan problemdir. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Varikosele əməliyyatının, cinsi gücə(potensiyaya) birbaşa aidiyyatı yoxdur. Uğurlar.
Elshan | 23 İyul 2013 12:09
Suali cavablandirdiginiz ucun minnetdaram hekim. mende bu uwag yawlarindan davam eliyir hekim. bunun tam olarag mualicesi mumkundur? bu sebebe gore nigaha girmeye bele urey elemirem. 1-2 defe mualice olub amma ki bir xeyri yoxdu ve buda mende depressiyalar yaradir.
Dr.Orxan Agabəyov | 24 İyul 2013 06:10
Bəli, mümkündür. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Vuqar | 22 İyul 2013 20:41
salam doktor Sol xayam sag dan asagidadi , bezen duz olurlar bu normaldi?ne qeder ferqde normal sayilir? Birdeki xayalarin ikiside Eyni formada olmalidi? Xais Cavab Yazin
Dr.Orxan Agabəyov | 24 İyul 2013 06:09
Salam Vuqar. Xayaların ölçülərin  və yerləşməsi fərqli olması normaya uyğundur. Xayalarda problemlərin olub-olmamasını müəyyənləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək lazımdır. Uğurlar.
Наташа | 22 İyul 2013 18:33
здраствуйте,у меня проблема в месте бикини,там уже около 10лет покраснение,бреюсь как обычные женшины,но на ляшках пришике.
Dr.Orxan Agabəyov | 24 İyul 2013 05:36
Здраствуйте Наташа. Возможно у Вас слишком чувствительная кожа, и при бритье кожа постоянно раздражается. Попробуйте какое то время не бриться а использовать средства для эпиляции, например крем для эпиляции. А также применяйте антисептические крема для кожи. Удачи.
serxan | 22 İyul 2013 15:44
Salam.Spermoqramma:miqdari-1.0ml,xarici gorunusu-ag-boz,qatiliqi-0.5sm,PH-8.0,Durulma vaxti-30deq,konsentrasiya-65mln,Hereketlilik(100 toxumda)-63%,celd ireli-12%,zeif ireli-23%,yerinde hereket-28%,hereketsiz-37%,yasama qabi-,morfologiya-38%,bas-20%,boyun-15%,quyruq-3%,spermotoqonez huc-3%,leykositler-1mln,eritrositler-yox,epitel.huc-tek-tek,lesitin denec-az miqdar,spermaaqqlutinasiya-/ /,mikroflora- ,fruktoza- ,MAR igG- ...bu neticelere uygun ne deye bilersiz?evvelceden tessekkurler!
Dr.Orxan Agabəyov | 23 İyul 2013 05:33
Salam Serxan. 1.  Siz spermoqrammanı köhnə normativlər olan klinikada vermisiz, müasir normativlər fərqlidir. 2. Sizdə spermotozoidlərin hərəkətlilik faizləri, normadan zəifdir. Uğurlar.
lakes | 22 İyul 2013 11:26
Salam Orxan hekim necesiz?size sualim var xais edirem cavablandirasiz..men 1heftedi varkoselden emeliyat olmusam 3 dereceli idi mende menden spermanin analizini goturmediler bu ne derecede duzdu? hec bu barede melumatda vermedi hekim mene maragli galdi.birde emeliyatdan gabagda damarlar bele idi indide beledi mence hec deyisiklik yoxdu deyir dar tuman geyin duzelecey men indi nece eleyim duzdu yoxsa yox?cox sag olun
Dr.Orxan Agabəyov | 23 İyul 2013 05:33
Salam Lakes. Aydındı ki, varikosele əməliyyatından öncə mütləq spermoqramma analizi verilməlidir. Və əməliyyatdan sonrada spermoqramma verilir ki, təyin edəsən - əməliyyatın xeyri olub ya yox. Damarların diametri dəyişməyibsə, bir müddətdən sonra xayaların doppler müayinəsindən keçin. Uğurlar.
nurid | 22 İyul 2013 08:47
salam mən bu agrıları hiss edirəm göbəyimdən aşagıda agrılar olur sidiy kissəmdə şişmə həmin hissədə köpöklənmə hiss edirəm bu zaman mənə dözölməz olur bunun səbəbi nə ola bilər və mualicə,? 2- mən babamın (atamın atası ) ögəy qardaşının qızının ogul nəvəsilə evlənmək istəyirəm bu barədə yəni qohumla evlənmə haqqında məlumat və nəsihətləriniz lazımdır 3 - uzur istiyirəm mənim cinsi orqanımın yan tərəflərində yəni buddarımda dairəvi qirmizilig var bu nədir və səbəbi,? sag olun təşəkkur edirəm
Dr.Orxan Agabəyov | 23 İyul 2013 05:13
Salam Nurid. 1. Bu ağrıların səbəbi, sidik kisəsinin iltihabı(sistit) ola bilər. Dəqiqləşdirib, düzgün müalicə təyin etmək olar. 2. Yalnız yaxın qohumlarla evlənmək, gələcəkdə  uşaqlarla bağlı problemlər yarada bilər. 3. Ola bilər göbələk infeksiyası olsun. Uğurlar.