ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
sebine | 27 İyul 2013 15:37
salam hekim,.vaxtimdan 1gun kecib test edirem hamilelik gostermir.test nevaxt duz gosterir hamileliyi?hemde mende dehwet goyneme var neden ola biler?
Dr.Orxan Agabəyov | 28 İyul 2013 12:16
Salam Sebine. Hamiləlik testləri adətən mayalanmadan 12-15 gün sonra istifadə edilə bilər. Yəni əgər mayalanma olubsa, 12-15 gündən sonra, test bu faktı göstərir. Göynəmə, cinsiyyət sistemində iltihabi prosesslə əlaqəli ola bilər. Uğurlar.
eelgar | 27 İyul 2013 14:23
hekim salam.men bowalanda spermada 1-2 sari regli sperma olur.hekimden soruwdum dedi normal haldi.amma evveller yoxidi.2defe xestelenmiwem mualice almiwam yeniden analiz vermiwem 3 defe hec bir infeksiya yoxdu.sistit birde prostat xesteliyi var.bir cvb verediz.tewekkur
Dr.Orxan Agabəyov | 28 İyul 2013 11:58
Salam Eelgar. Bu əlamətlər, cinsiyyət sistemində iltihabi prossesin(məsələn prostatitin) əlaməti ola bilər. Uğurlar.
Hesen | 27 İyul 2013 12:51
Salam Hekim ...Qonoreya (tripper-süzənək) bele bir xesteliyin elametleri olan bir insan nece mualice oluna biler ?
Dr.Orxan Agabəyov | 28 İyul 2013 11:58
Salam Hesen. Əgər belə əlamətlər varsa, əvvəl bu diaqnozu təsdiqləmək və ya inkar etmək üçün, müayinədən keçmək, sonra isə həkimin təyin etdiyi müalicə kursuna riayət etmək lazımdır. Uğurlar.
elvin | 27 İyul 2013 10:20
Salam doktor men 99cu ilde varikozda emeliyyet olmuwam sol xayadan indi sol xayam sagdakinnan xeyli ferqlenir cinsi zeifliyim falan yoxdu bilmek istiyiremki xayanin emeliyyTdan sonra ferqli olmasi normal haldi?tewekkurler
Dr.Orxan Agabəyov | 28 İyul 2013 11:52
Salam Elvin. Xayaların bir-birindən müəyyən qədər fərqlənməsi, normaya uyğundur. Amma ən yaxşısı, xayaların doppler müayinəsindən keçin və xayada problemlərin olub-olmamasını müəyyənləşdirin. Uğurlar.
Saleh | 27 İyul 2013 09:18
Salam Hekim mende tez bowalma prablemi var birdeki men cox vaxd geceler yerime bowaliram bunlarun sebebi suxoy atmaqdan ola biler?
Dr.Orxan Agabəyov | 28 İyul 2013 06:50
Saam Saleh. Xeyr, bu problemlərin,  masturbasiya ilə birbaşa əlaqəsi yoxdur. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Etibar | 27 İyul 2013 08:13
salam hekim size sualim budur ki menim 27 yasim var men her gun masturbasiya oluram lap yeni yetme yaslarimdan mesgul oluram.bu veziyyetin mene ziyani var?
Dr.Orxan Agabəyov | 28 İyul 2013 06:50
Salam Etibar. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
aysen | 26 İyul 2013 20:39
salam men niwanlimla yarimciq cinsi elagaede olmuwam. ola bilerki bakireliyim pozulsin?
Dr.Orxan Agabəyov | 28 İyul 2013 06:50
Salam Aysen. Bəli, belə bir ehtimal var, qinekoloqa müraciət edib, dəqiqləşdirə bilərsiz. Uğurlar.
Həmid | 26 İyul 2013 18:35
Həkim, mənim sualım budur ki, 6 ay bundan öncə ailə həyatı qurmuşam. Toy gecəsi uğurla keçdi. Lakin cinsi əlaqədən təxminən yarım saat sonra penisim durdu və səhərə qədər yatmadı. Nəin ki səhərə qədər hətta bir ay müddətində penisim şişmiş və durmuş şəkildə qaldı. Bu müddət ərzində bir neçə dəfə cinsi əlaqədə də oldum. Penisimdə göynəmə vardır. Bir ay müddətində tədricən əvvəlki hala düşdü. Penisim əvvəlki hala düşdükdən sonra potensiam həddindən aşağı düçüb. Penisim cinsi əlaqə üçün normal ereksiya halına gəlmir. Yəni normal durmur. Bu nədən olar? və mən nə edim?
Dr.Orxan Agabəyov | 27 İyul 2013 08:17
Salam Həmid. Penisin uzun müddətli(geyri-sağlam) ereksiyası - priapizm adlanır. Ola bilər, Sizdə bu problem nəticəsində, penisin toxumalarında zədələnmələr var. Hər halda, bu vəziyyətdə müalicə kursu keçmək, ən düzgün qərar olar. Uğurlar.
emil | 26 İyul 2013 16:33
salam hekim.men cinsi isteye cox erken yawda bawlamiwam 2sinifden cox ehtirasli olmuwam.23yawim var artiq 5ile yaxindi ozumde cinsi zeiflik hiss edirem demek olarki cinsi elaqeye bawlaya bilmirem ancaq bowalana yaxin lazimi sertlik yaranir bu haldada bawlayan kimi bowaliram.ancaq cox ehtirasli cinsi elaqe istekliyem.xaiw edirem menim yawadiqim prableme diaqnoz yazib meslehet vererdiz.
Dr.Orxan Agabəyov | 27 İyul 2013 08:17
Salam Emil. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.).  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Ceyhun | 26 İyul 2013 13:32
Salam Doktor,Menim 23 yawim var,bu vaxta qeder son 2 ayda 2 qadinla goruwmuwem,4 goruwum olub,partnuyorum guvendyim biri olub,Xahiw edirem suallarimi cavablandirin, 1)Qadinla intimde olan vaxti 4-5 defe boshalmadan sonra penisin gec durmasi normaldir yoxsa nece,? 2) 1 ci ve 2 ci goruwlerde normal idi,sonraki goruwlerde Penisin tam olaraq berk durmamasinin sebebi neden ola biler? 3) Sex yawayandan sonra 2-3 gun erzinde yungul xayalarda,penisde agrilarin olmasi normaldir ? 4) Kiwi ucun nece gunden bir qadinla munasibetde olmaq normaldir,?
Dr.Orxan Agabəyov | 27 İyul 2013 08:17
Salam Ceyhun. 1. Tamamilə normaldı. 2. Bu situasiyada müxtəlif səbəblər ola bilər, psixoloji aspekt daha çox ehtimal olunur. 3. Əgər bu ağrılar hər dəfə təkrarlanırsa, yoxlanmadan keçmək məsləhətdir. 4. Müxtəlif yaşlar üçün, müxtəlif normativlər var, məsələn 20-25 yaş arasında - günaşırı. Uğurlar.