cavid | 1 Avqust 2013 22:05
salam hekim mende sperma yere tokulenden biraz sonra su kimi olur (su renginde)bu normaldi
Dr.Orxan Agabəyov | 2 Avqust 2013 06:35
Salam Cavid. Bəli, spermanın durulaşması normal haldır. Əgər spermanın normaya uyğun olub-olmamasını yoxlamaq istəyirsizsə - spermoqramma analizini verin. Uğurlar.
anar | 1 Avqust 2013 20:50
salam doktor!mende son zaman cinsi zeiflik yaranib.durma cox yumsaqdir.elə olur ki,sex zamanı cins orqanı durur.lakin ani deqiede hec bir sebeb olmadan ölür.bu neden ola bile.heves olsa da alinmir.
Dr.Orxan Agabəyov | 2 Avqust 2013 06:35
Salam Anar. Bu problemin səbəbləri müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
aydan | 1 Avqust 2013 11:35
salam doktor. menim yoldawimda cinsi heves yoxdu. cinsiyyet orqani sertlewir. ama elaqede olmaga cox hevessiz yanawir. bu problem her ikimiz cox narahat edir. bu problem derman vasitesile mualice olunur yoxsa psixoloji?
Dr.Orxan Agabəyov | 2 Avqust 2013 06:35
Salam Aydan. Bu problemin səbəbi daha çox orqanizmlə bağlıdır, ona görədə - səbələr araşdırılır, sonra isə müalicə(dərman preparatları) təyin edilir. Uğurlar.
Samir | 1 Avqust 2013 07:23
Salam hekim.Sizin klinikada PZR testi var .Qiymetin bilmek isterdim.Bu testle herpesi deqiqlewdirirler?
Dr.Orxan Agabəyov | 2 Avqust 2013 06:35
Salam Samir. Bəli, bizim klinikada PZR müayinələri aparılır. Amma, herpes virusu PZR metodikası ilə yoxlanılımır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
alim | 1 Avqust 2013 07:13
Salam dr. Mənim spermamın miqdarı 1 çay qaşığı qədərdir. Sperma tam maye deyil. İçində ağ sapa bənzər qeyri-bircinsliklər var. Amma 5 dəqiqəyə tamam bircins mayeyə çevrilir. Dediyim hissəciklər itir. Bu normaldır? Kişilərdə orqazm sperma axını deməkdir bəs qadınlarda necə olur? Diqqətinizə görə çox sağ olun.
Dr.Orxan Agabəyov | 2 Avqust 2013 06:35
Salam Alim. Spermanın normal olub-olmamasını - spermoqramma analizindən sonra təyin etmək olar. Qadınlarda adətən orqazm vizual əlamətləri olmur və ya maye ifrazı ilə müşahidə oluna bilər. Uğurlar.
azer | 1 Avqust 2013 04:50
Bir daha salam hekim.evvela size cox sagolumu bildiriremki bizlere bu cur werait yaradib komeklik edirsiz.Allah hemwe komeyiniz olsun.sualim odurki mualice ucun hekime muraciet etsem her hansisa analiz veya neylese bilermi demek istemediyim prablemi?(qarwi cinse qarwi deyiwik ehtiraslanma,oz cinsime yaranan marag)cinsi zeiflik sirf bu prablemlerden yaranmiw ola bilermi?eger sebeb budursa hekim bunu bilmeden adeten cinsi zeiflik ve erken bowalmaya qarwi aparilan mualiceni tetbiq etse bir netice elde oluna bilermi? onuda vurgulayimki ehtiraslanan kimi cinsiyyetim durur,olurki istemediyim hallardada durur yeni o derecedede cinsi zeyiflik yawamiram sadece cox erken bowaliram ve ceyiflik hiss edirem.cox sag olun
Dr.Orxan Agabəyov | 2 Avqust 2013 06:34
Salam Azer. Xeyr, heç bir analizlə yazdığınız problemləri bilmək olmaz. Səbəbdən asılı olmayaraq, erkən boşalmanın effektiv müalicəsi var. Uğurlar.
ramil | 31 İyul 2013 22:03
salam hekim evvelceden size minnatdaramki suallarima cavab verdiz.. 8 ildi mualice etdirirem amma faydasi yoxdu derdimde budu ki qadinla olarken bosala bilmirem amma elle gun erzinde 2 3defe bosala bilirem bunun sebebi ne ola biler butun o hekim qalmayibki getmeyim hamsida umud edir ancaq hamsi bos cixir faizde normaldi 70 75 arasidi birde size bir seyi deyim usaq vaxti men velisopetden yixilmisam xayam ortadan cirilib yumurtalar gorukurdu mende hec kime demedim ozu yapisdi bununda nese prablemi ola biler . sizden xais edirem sualima tez cavab yazasiz
Dr.Orxan Agabəyov | 2 Avqust 2013 06:34
Salam Ramil. Boşalmanın gecikməsinin və ya olmamasının bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
ramin | 31 İyul 2013 19:33
salam doktor.bilmek isterdim doplerde xaya artimlarinda diffuz deyiwikliler durgunluq elametleri ile spermaqrammada 1ml 10mln spermotozoid olmasina sebeb ola biler?tewekkur
Dr.Orxan Agabəyov | 1 Avqust 2013 07:07
Salam Ramin. Bəli, yazdığınız dəyişikliklər, spermoqrammanın göstəricilərinə təsir edə bilər. Uğurlar.
aygun | 31 İyul 2013 18:43
Salam.men 10 aydir aileliyem ama bir defede olsun qurtarmamisam.bunu hamile qalmaga ziyani varmi?birde bunun sebebini nece arashdira bilerem?evvelceden teshekkur edirem
Dr.Orxan Agabəyov | 1 Avqust 2013 07:07
Salam Aygun. Orqazma çatmamağın, hamilə qalmaq ehtimallarına aidiyyatı yoxdur. Bu problemin səbəbləri müxtəlif ola bilər, həm orqanik həm psixoloji - həkimə müraciət edin və səbəbləri müəyyənləşdirib, müalicə kursu keçin. Uğurlar.
Natik | 31 İyul 2013 18:20
Salam Həkim.sağ xayanın alt tərəfində sızağa bənzər şarik boyda bir şey əmələ gəlib.bir dəfə də 2 il əvvəl olmuşdu ama zamanla özü partlayıb içindən ağ çirk çıxmışdı.Bu sadəcə çirkdənmi əmələ gəlir ya digər səbəbləri də var ? ümumiyətlə bu nə olan şeydi ? təşəkkürlər
Dr.Orxan Agabəyov | 1 Avqust 2013 07:07
Salam Natik. Dəri problemlərini görmədən, nəzəri olaraq nəsə demək, çox çətindir. Ola bilər sadəcə dəri infeksiyasıdır. Uğurlar.