ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
cavid | 2 Avqust 2013 19:36
salam hekim men cox masturbasiya elemisem hiss ediremki mende sperm az gelir bunu artiran derman var birdeki bu gelecekde basqa problemlere yol acmaz
Dr.Orxan Agabəyov | 3 Avqust 2013 07:37
Salam Cavid. Spermanın həcmi masturbasiyanın az və ya çox olmasından asılı deyil. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
fazil | 2 Avqust 2013 17:41
Doktor belə bir sualım var. Ureaplazma parvum spermanın keyfiyyətinə təsir edərmi? Yoldaşımın hamiləliyi inkisafdan qalıb hekim deyib ki bu mikrob dölun implantasiyasına mane olur. Müalicə almışam, artıq yoxdu mikrob. Spremimin keyfiyyətini aşağı salmış ola biler hazırda. 3 aydı hamiləlik baş vermir.Ne meslehet bilirsiz
Dr.Orxan Agabəyov | 3 Avqust 2013 07:37
Salam Fazil. Bəli, belə bir ehtimal var. Yoxlamaq üçün spermoqramma analizini verin. Əgər göstəricilər normaya uyğundursa, narahat olmayın. Uğurlar.
Aqshin | 2 Avqust 2013 16:15
Hekim men sizi salamlayiram..sualim beledir: men son 2-3 ayda fikir vermishem ki menim cinsiyyet orqanim balacalashib ve nazikleshib..bunun sebebi ne ola biler..onu da deyim ki menim 2 oglum var, normal cinsi elaqede oluram ve hetta esl normal qaydada..sadece olaraq men aral sekse daha cox ustunluk verirem ( tebii ki bashqalariyla ) qabaqcadan minnetdarligimi qebul edin..hormetle Aqshin
Dr.Orxan Agabəyov | 3 Avqust 2013 07:35
Salam Aqshin. Penisin ölçülərinin kiçilməsi, daha çox ereksiya problemləri ilə əlaqədardı. Bu problemlər aradan qalxandan sonra, ölçülər qaydasına düşəcək. Uğurlar.
AYNUR | 2 Avqust 2013 15:32
elde etdiyim melumatlara gore qizliq perdesi mueyyen sebeblere gore cinsi elaqe olmadan zedelene,olmaya biler... bu mende mueyyen stresse sebeb olub.. ev seraitinde qizliq perdesini nece yoxlaya bilerem? cunki hekime gede bilmerem baska cur qarsilina biler.xahis edirem mene komek edin..
Dr.Orxan Agabəyov | 3 Avqust 2013 04:52
Salam Aynur. Bakirəlik pərdəsinin olub-olmamasını dəqiqliklə yalnız qinekoloq təyin edə bilər. Elə qinekoloqa müraciət edin ki, anonimlik və konfidensiallıq qorulsun. Uğurlar.
Anonim89 | 2 Avqust 2013 12:09
Salam hekim men 2heftedi varkoselden(sol terefde 3 dereceli)emeliyat olmusam dunen cinsi elagede olmusam bunun ziyani ola biler mene?
Dr.Orxan Agabəyov | 3 Avqust 2013 04:44
Salam Anonim89. Bəli, ola bilər. Varikosele əməliyyatından sonra 1 ay cinsi əlaqədə olmaq, məsləhət görülümür. Uğurlar.
Ender | 2 Avqust 2013 10:54
Salam dr MENDE CINSIYYET ZAMANI YAXINLIQ OLMADAN QURTARIRAM, BIRDE OZU OZUNDE YUMSALIR .
Dr.Orxan Agabəyov | 3 Avqust 2013 04:44
Salam Ender. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər.  Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
anonim | 2 Avqust 2013 11:42
salam hekim.imtahan qabagi seksle mesgul olmaq ve bosalmaq insana nece tesir ede biler.tesekkurler
Dr.Orxan Agabəyov | 3 Avqust 2013 04:34
Salam Anonim. Beyin fəaliyyətinə(yaddaş, diqqət və s.) sekslə məşğul olmaq, birbaşa təsir etmir. Sekslə məşğul olmaq, yalnız müsbət hisslər və emosiyalar yaşadır. Uğurlar.
Asya | 2 Avqust 2013 07:36
Salam doktor xahis edirem sualimi cavablandirardiniz.men 9 ildirki polikistozdan mualice aliram her iki yumurtaligimdada var olculeri yumrtaligimin 11 mm ve 12 mm-dir.hemdeki mende usaqligin olcusude normandan biraz kicikdir yeni 4.0x3.5x4.0 doktor men bu usaqliqla hamile qala bilerem 24 yasim var yeni bu olcudeki usaqliqda usaq inkisaf ede biler.xahis edirem cavablandirin..Doktor mən hal-hazırda Diane-35 istifadə edirəm aybaşımda vaxtı vaxtında normal qaydada olur.Yumurtaliglarin həcmi V=11 mm və V=12 mm-dir.Yumurtaligların olçüsünün nə dərəcədə normal olduğunu soruşmaq istərdim.Bu ölçüdəki yumurtalıq mənim hamilə qalmağıma nə dərəcədə mane olar. Zəhmət olmasa Klinikanıza müraciət etmək istəyirəm.Bakıdakı ünvanı bilmək istərdim.Sualımı xahiş edirəm cavablandırın.Sağ olun.
Dr.Orxan Agabəyov | 3 Avqust 2013 04:34
Salam Asya. Mən kişi sonsuzluğu problemləri ilə məşğul oluram, qadın sonsuzluğu ilə yox. Və bu sualları qinekoloqa verməyiniz daha düzgün olar. Uğurlar.
Arif | 2 Avqust 2013 06:55
Salam hekim. 33 yasim var mende bel agrilari olur ve bu agrilar ayaqlarima vurur.Cinsi elaqe zamani tez bosaliram 2-ciye hevesim olmur.Geceler sidiye qalxmiram,amma seher sidiye gedende sidiyin sureti zeif olur,sonrakilar ise normal olur.Is gore bilmirem,cox halsiz oluram.Bu prostst veziden ola biler?
Dr.Orxan Agabəyov | 3 Avqust 2013 04:28
Salam Arif. Bəli, ola bilər ki səbəb prostatit olsun. Amma erkən boşalmanın və potensiyanın zəifləməsinin başqa səbəbləri də ola bilər. Dəqiqləşdirib, müalicə kursu keçmək məsləhətdir. Uğurlar.
perviz | 2 Avqust 2013 06:27
Hekim salam.menim derimde qashinti emele gelib.elimin ustunde xayalarimin altinda
Dr.Orxan Agabəyov | 3 Avqust 2013 04:28
Salam Perviz. Ola bilər, göbələk infeksiyasıdır. Dəqiqləşdirib, müalicə kursu keçmək məsləhətdir. Uğurlar.