Anar | 4 Avqust 2013 07:11
Salam hekim men cinsi elaqe zamani erken bosalmadan eziyyet cekirem.bunun qarsisini almaq ucun hansi priparatdan istifade etmeyi meslehet gorursunuz?
Dr.Orxan Agabəyov | 5 Avqust 2013 06:20
Salam Anar. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
elchin | 4 Avqust 2013 06:40
Hekim salam men bilmek isteyirem ki 2 ci dereceli varikosil operaciyaya ehtiyac varmi?
Dr.Orxan Agabəyov | 5 Avqust 2013 06:20
Salam Elchin. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Amma birinci növbədə, spermoqramma verin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. Uğurlar.
azer | 3 Avqust 2013 18:03
hekim men 21 yashimda iki terefli parotit kecirmishem ,spermanin aktivliyi 25-35 arasidi ,yoldashim hamile galmishdi ancag ushag dogushda telef oldu,mende parotitin oslojneniyasi galib onu tam mualice edib spermanin aktivliyini maksimuma galdirmag olar???
Dr.Orxan Agabəyov | 4 Avqust 2013 09:26
Salam Azer. Parotitin ağırlaşması, yəni xaya toxumasının zədələnməsi nəzərdə tutulur? Əgər spermanın hərəkətlilik faizləri, 25-35 -dirsə, spermatogenezi stimulyasiya etmək olar. Uğurlar.
Axilles | 3 Avqust 2013 15:43
Salam hekim. menim xayalarimda agrilar olur. deyiskenli olur. gah sag gah da solda. terapevte getmisdim. bezi analizler yazdi. qan sidik analizi. xayalarin uzisi bir de spermaqramma. birce axrincini hele vermemisem. melum oldu ki birinci dereceli varkaselim var. bu emeliyatsiz mualice edile bilermi. ve hansi fesadlari var bu xesteliyin gelecekde. psixi cehetden cox narahatciliq gecirirem buna gore. birde spermaqrammanin qiyneti necedi.mumkunse deyerdiz. cox sagolun
Dr.Orxan Agabəyov | 4 Avqust 2013 09:26
Salam Axilles. Bu problemlərlə terapevt yox, androloq məşğul olur. Birinci dərəcəli varikoseledə, əməliyyat tələb olunmur. Spermoqramma, bizim klinikada 20 AZN-dir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Ramil | 3 Avqust 2013 11:21
Salam hekim, penis eyriliyini yalniz emeliyyat vasitesi ile duzeltmek olar?Bashqa yolu var?
Dr.Orxan Agabəyov | 4 Avqust 2013 08:54
Salam Ramil. Əgər əyrilik azdırsa, konservativ müalicə etmək olar. Amma daha ehtimal olunan müalicə metodikası - cərrahi müalicədir(əməliyyat). Uğurlar.
sanan | 3 Avqust 2013 10:34
men bura ne qeder sual yaziram cavablanmir maraqlidi hansisa sefe yol verirem?
Dr.Orxan Agabəyov | 4 Avqust 2013 09:26
Salam Sanan. Siz sualı həm online-konsultasiya bölümünə, həmdə emailə göndərmişdiz, ona görədə cavab Sizin emailə göndərilib. Sadəcə emaili yoxlayın və cavabı oxuyun. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
xezer | 3 Avqust 2013 09:03
salam hekim-men 10gun evvel cinsi elagade olmuwam arada axintilaw baw verir ,cinsiyyet organimda goyneme evvel cox oldu indi tedricen azalir...onuda bildirim ki boyreylerim de soyuqlayib..........o-l dermani qebul edirem onun xeyri olarmi?
Dr.Orxan Agabəyov | 4 Avqust 2013 08:54
Salam Xezer. Bu problemlərin səbəbini müəyyənləşdirməmiş, heç bir dərman qəbul etmək olmaz. Hansısa dərman qəbul etməklə, Siz sadəcə prosessi xronikləşdirirsiz. Birinci növbədə, cinsi infeksiyaların olub-olmamasını dəqiqləşdirmək lazımdır, sonra isə dəqiq müalicə təyin etmək olar. Uğurlar.
anar | 3 Avqust 2013 08:43
Salam hekim.mende cinsi zeiflik ve erken bowalma var.psixi prablemin olduqununu bilirem(esebiyem,stres,yuxusuzluq,ve.s)ama tek size yaxinlawmaq isteyirem psixoloq mualicesi istemirem bu halda mene komek ede bilersiz?psixaloji muayine almasam neyese umid ede bilerem?
Dr.Orxan Agabəyov | 4 Avqust 2013 08:54
Salam Anar. Bəli, bu tip problemlərin müalicəsi mümkündür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
anonim | 3 Avqust 2013 08:36
Salam hekim.mende cinsi zeiflik ve erken bowalma var.bilmek isteyirem size muraciet etsen Mmalice icing yalniz sizlemi goruwmurem yoxsa analizlercun diger hekimlere yaxinlawmalimi olacam?mualicede bawqa hekimde iwtirak edecekmi nedese?ve onu bilmek isterdimki mualice ne cur olur tez tezmi gelmeliyem tez tezmi derman qebul edecem iyne vurdurmali olacam yeni evde bilinmeyini istemirem bu cehetden bilmek isteyirem.cox sag olun
Dr.Orxan Agabəyov | 4 Avqust 2013 08:54
Salam Anonim. Müalicə müddəti adətən 1,5 - 2 ay çəkir, bu müddət ərzində klinikaya 2-3 vizit edirsiz. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
erol | 2 Avqust 2013 22:22
salam hekim..menim 26 yasim var,1 aydan sonra aile heyati guracam.amma meni helede bir mesele narahat edir.erken bosalma.men 2013-un yanvar ayinda demek olarki butun analizleri verdim.mende bezi infeksiyalar tapildi.mualice aldim.sehlankarlig etdim,mualiceden sonra yekun analiz vermedim..ustunnen bir muddet kecdi, başqa klinikaya getdim,orda da yeniden analiz verdim.(lazim olanlari)..mualice aldim.amma yene de yekun analizi vermemisem..cinsi heyatim demek olarki normal deyil,cunki her defe goruse bilmirem qizla..vaxt olmur..ona gore de ekser hallarda masturbasiya edirem..baxmayarag ki yasimnan ayibdir..amma mene ele gelir ki,bu mualiceler mene komey elemir.cinsi elage zamani yoxlamamisam,amma masturbasiya zamani ele evvelki kimi tez bosaliram..bu xestelik hegigeten de 100%lik mualice olunurmu ?? yoxsa menim ora bura getmeyime deymez ? xais edirem,imkan daxilinde etrafli melumat veresiz.evvelceden tskrler
Dr.Orxan Agabəyov | 3 Avqust 2013 07:44
Salam Erol. Erkən boşalma probleminin effektiv müalicə metodikaları var. Müalicədə yalnız dərman preparatları deyil, həmdə rasional psixoterapiya metodlarındanda istifadə edilir. Birdə ki, cinsi infeksiyaların erkən boşalma probleminə heç bir aidiyyatı yoxdu. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.