ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Vüsalə | 6 Avqust 2013 11:51
Salam doktor.Azərbaycanda qadın üçün həvəsi artıran,ehtiraslandırıcı preparat varmı?Apteklərdə bunu satırlarmı?Hansı addadır,bilmək olar?
Dr.Orxan Agabəyov | 7 Avqust 2013 05:54
Salam Vüsalə. Qadınlar üçün bu tip effektiv preparatlar mövcud deyil. Cinsi həvəsin az olması səbəbləri müəyynləşdirilib, düzgün müalicə təyin edilir. Uğurlar.
kamal | 6 Avqust 2013 11:36
Salam doktur menim 30 yasim var cinsiyet otqanim inkisafdan qalib size muraciyet etmek olar
Dr.Orxan Agabəyov | 7 Avqust 2013 06:00
Salam Kamal. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
kanan | 5 Avqust 2013 17:54
salaM HEKIM.mendə reaksiya kəskin düşüb.hətta deyim cinsi orqanim adi vəziyyətdə cox büzüşüb qalır.sanki kiçilib. 33 yaşım var.1 il əvvəl bel deyildi.normal cinsi akt keçirə bilirəm.amma əəllə mudaxilə olmasa qalxmır.əvvəlki kimi bərk olmur
Dr.Orxan Agabəyov | 7 Avqust 2013 06:00
Salam Kanan. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
ayka | 5 Avqust 2013 11:33
salam doktor.menim 33 yasim var.amma cinsi elaqeye qetiyyen hevesim yoxdur.bedenimde hissiyat yoxdur.ele bir heb qebul ede bileremmi ki hissiyatimi qaldirsin.ve yaxudda tebii yolla ne ede bilerem ki o hissi men de dada bilem.cox uzgunem,yoldasimla her an soz-sohbetimiz olur bu barede.cox xais edirem.meni bu beladan qurtarin
Dr.Orxan Agabəyov | 7 Avqust 2013 05:54
Salam Ayka. Qadınlar üçün bu tip effektiv preparatlar mövcud deyil. Cinsi həvəsin az olması səbəbləri müəyynləşdirilib, düzgün müalicə təyin edilir. Uğurlar.
Anar | 5 Avqust 2013 10:13
Salam hekim. Size bir sualim var zehmet olmazsa cavab yazin. men testestoran hormonunnan mualice aliram. mualice zamani cinsi elaqede tez-tez olmagin bir ziyani var?
Dr.Orxan Agabəyov | 7 Avqust 2013 05:50
Salam Anar. Bu tip müalicələr zamanı, cinsi həyatın ritminin əhəmiyyəti yoxdur. İstədiyiniz ritmdə cinsi əlaqədə ola bilərsiz. Uğurlar.
aydan | 5 Avqust 2013 10:05
salam.men yoldashimla cinsi elaqede olanda hec ne hiss etmirem ama onda he shey normaldir bir usagimda var.
Dr.Orxan Agabəyov | 6 Avqust 2013 10:54
Salam Aydan. Ümumiyyətlə qadının orqazma çatması bir çox faktorlardan asılıdı - psixoloji faktorlardan, cinsi əlaqənin müddətindən (ola bilər ki, partnyorda boşalma tez olur, və müddət qadına orqazma çatmağa kifayət etmir). Bir də ki, bir çox qadınlar vaqinal stimulyasiya zamanı(cinsi əlaqə zamanı) orqazma çata bilmir - onlarda yalnız klitoral (klitorun stimulyasiyası zamanı) orqazm var. Uğurlar.
SabinaBabayeva | 5 Avqust 2013 07:38
Salam.Mənim oğlum 14 yaşindadır. cinsiyyət üzvü çox balacadır.nə mıslıhıt verə birmisiniz.
Dr.Orxan Agabəyov | 6 Avqust 2013 10:49
Salam Sabina.  Penisin inkişafı adətən 17-19 yaşa kimi davam edir. Ola bilər, bir müddətdən sonra inkişaf olsun. Amma hormonal pozğunluq nəticəsində, cinsi inkişafın ləmgiməsi də ola bilər. Uğurlar.
Rustam | 5 Avqust 2013 04:36
Salam Hekim, axir bir nece heftede ozumde bele bir hal musahide edirem, sidiye geden vaxt sidik kanali cox yandirir, ozumu zorla cemlesdirirem sidiye getmek ucun, sidiyin sidik kanalina gelmesi ele bilirem cetinlesir ve cox yandirir, seks baresinde hec bir problem yoxdu, zehmet olmazsa bir meslehet vererdiniz.
Dr.Orxan Agabəyov | 6 Avqust 2013 10:49
Salam Rustam. Çox güman ki, Sizdə uretrit(sidik kanalının iltihabı) əlamətləridi. Dəqiqləşdirib müalicə kursu keçmək məsləhətdir. Uğurlar.
Humbet | 4 Avqust 2013 12:28
salam doktor.Menim xayamin saq terefinde qoz boyda sizaq emele gelib.suallari oxuyanda gordumku menden bashqalarida bu suali veribler.1 il erzinde mende ikinci defedir olur. xaish edirem cavab yazin bunun sebebi nedir.kecen defe partladi aq chirk chixdi
Dr.Orxan Agabəyov | 5 Avqust 2013 06:20
Salam Humbet. Bu tip problemləri nəzəri cəhətdən aydınlaşdırmaq olmur. Ola bilər sadəcə dəri xəstəliyidir(furunkul). Dəqiqləşdirib, düzgün müalicəə təyin etmək olar. Uğurlar.
Emre | 4 Avqust 2013 08:21
Salam....mastrubasiyanin insanin cekisine,beden qurulusuna ve zehni inkisafina hansi tesirleri var?
Dr.Orxan Agabəyov | 5 Avqust 2013 06:20
Salam Emre. MAsturbasiyanın nə insan çəkisinə, bədən quruluşuna nədəki zehniinkişafına birbaşa təsiri yoxdur. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.