Elshen | 7 Avqust 2013 23:38
salam hekim. mende penisin hemcinin de xayalarin uzerinde xirda xirda sepkiler var. usaqliqdan ozume fikir verennen bulari gormusem. sanki tuklerin yatagina oxsardi ama sayi coxdu. penisin ortasina qeder bulari gormey olar etrafinda.herden bezilerinin icinnen sixmaqla ag sapa benzer nese cixarmaq da olur. bilmey isterdim bu neyle elaqedardir ve men neynemeliyem. teşekkur eliyirem
Dr.Orxan Agabəyov | 9 Avqust 2013 05:20
Salam Elshen. Ola bilər, Fordays qranulaları adlanan diaqnozdu(spesifik müalicə tələb olunmur). Amma dəri problemlərində, nəzəri cəhətdən diaqnozu təyin etmək çətindi, diaqnostika üçün həkimə müraciət edin. Uğurlar.
attt | 7 Avqust 2013 22:09
salam menim cinsi orqanimin ucu qizarib agriyir harasa toxuananda 15yasim var men ne edim bu ne olar?
Dr.Orxan Agabəyov | 9 Avqust 2013 05:19
Salam Attt. Ola bilər, iltihabi prosessdir, ola bilər dəri problemidir. Ən yaxşısı, diaqnostika və müalicə üçün həkimə müraciət edin. Uğurlar.
nesimi | 7 Avqust 2013 16:53
salam 35yasimvar1ildir evliyem sperma faizim0dir diaqnoz qulaq dibinen kana tutulmasi ve 1 xayamin az olcude kicildiyini deyirler xais edirem mene yol gosderin men ne edim
Dr.Orxan Agabəyov | 9 Avqust 2013 05:19
Salam Nesimi. Spermoqrammada başqa göstəricilər necedi? İnformasiya azdı, ona görə konkret məsləhət vermək olmur. Amma bu tip diaqnozlarda, ən yaxşı variant - süni mayalandırmadır. Uğurlar.
Narmina | 7 Avqust 2013 15:40
Salam doktor size bir sualim var..cinsi munasibet zamani men orqazm oldugun hiss etmirem cinsiyyet orqanimdada hec bir maye gelmir nemlik olmur bu neyle elaqedardi?
Dr.Orxan Agabəyov | 9 Avqust 2013 05:19
Salam Narmina. Ümumiyyətlə qadının orqazma çatması bir çox faktorlardan asılıdı -psixoloji faktorlardan, cinsi əlaqənin müddətindən (ola bilər ki, partnyorda boşalma tez olur, və müddət qadına orqazma çatmağa kifayət etmir). Bir də ki, bir çox qadınlar vaqinal stimulyasiya zamanı(cinsi əlaqə zamanı) orqazma çata bilmir - onlarda yalnız klitoral (klitorun stimulyasiyası zamanı) orqazm var. Uğurlar.
Mamed | 7 Avqust 2013 13:18
salam hekim necesiniz? menim problemim cinsi elaqede tez bosalmaqdir,tebii yolla ne ede bilerem ki,gec bosalim.Bunun mualicesi nedir? xahis sualimi tez bir zamanda cavablandirasiniz,onceden tesekkurler.
Dr.Orxan Agabəyov | 9 Avqust 2013 05:14
Salam Mamed. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
nur | 7 Avqust 2013 09:45
Salam doktor. Xayalarımın ölçüsü 3x4 sm, penis isə ereksiya vəziyyətində 15 sm-di. Xətkeşlə özüm ölçmüşəm. Mənə elə gəlir ki, məndə xaya kisəsi balacadı. Əllə mastrubasiya etdikdə boşalma gec olur. 6-10 dəqiqə çəkir. Spermanın miqdarı isə bir çay qaşığı qədərdir. Bilmək istərdim ki, məndə nəsə anormallıq var ya yox?
Dr.Orxan Agabəyov | 9 Avqust 2013 05:14
Salam Nur. Penisin uzunluğu normaya uyğundur, boşalmanın müddəti masturbasiya vaxtı yox, cinsi əlaqə zamanı vacibdir. Xayaların və ya spermanın normaya uyğun olub-olmamasını - diaqnostika zamanı -xayaların doppler müayinəsi və spermoqrammadan sonra təyin etmək olar. Uğurlar.
Anonymous | 7 Avqust 2013 06:39
Salam doctor.erim cinsi elaqe zamani tez boshalir ve hissiyati gec durur. Bunun malice yolu necedi?
Dr.Orxan Agabəyov | 9 Avqust 2013 05:11
Salam Anonymous. Sizin yoldaşıınızda, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Kenan | 7 Avqust 2013 06:06
salam doktor..men revmatoidni artiritden mualice olunuram her gun derman qebul eliyirem dermanlarin spermanin azalmasina sebeb ola, biler zehmet olmasa cavab vererdiz
Dr.Orxan Agabəyov | 9 Avqust 2013 05:11
Salam Kenan. Əgər hormonal preparatlar qəbul edirsizsə, səbəb ola bilər. Uğurlar.
Binyamin | 6 Avqust 2013 18:35
salam hekim nolar sualimi. cavablandirun xais edirem...menim sol xaya artiminin basciq hissesinde diametrib3.5 mm olan kista askar olunur sizce emelyat olmaliyam ?o kistani silmej ucun emelyatin bir qorxisi olmazki?
Dr.Orxan Agabəyov | 7 Avqust 2013 06:03
Salam Binyamin. Xaya kistalarında adətən əməliyyat məsləhət görülmür. Yalnız müşahidə lazımdır, yəni bir müddətdən bir, doppler müayinəsindən keçmək lazımdır. Uğurlar.
ronaldo | 6 Avqust 2013 14:34
Salam xais edirem cavab veresiz varkoselden ameliyat olmusam texmini 20gunden sonra mastrubasiya elemisem bunun mene ne kimi ziyani ola biler umumiyetle nece vaxtdan sonra normal cinsi heyata gayitmag olar?tesekkur edirem. Evvelceden
Dr.Orxan Agabəyov | 7 Avqust 2013 06:03
Salam Ronaldo. Varikosele əməliyyatından sonra 1 ay müddətində, eyakulyasiya(boşalma) məsləhət görülmür. 1 aydan sonra normal cinsi həyata qayıtmaq olar. Uğurlar.