coshqun | 9 Avqust 2013 11:06
salam hekim men 2008 ci ilde onurqadan emeliyat olundum 8 ay sora ayaqlarim tam tutuldu ozudeki adli sanli hekim meni emeliyat edib hal hazirda elil arabasinda otururam cinsi orqan fealiyetinnen eziyet cekirem meslehetine ehtiyacim var
Dr.Orxan Agabəyov | 10 Avqust 2013 13:11
Salam Coshqun. Bu tip əməliyyatlardan sonra, cinsi problemlərin yaranması olur. Cinsi gücü bərpa edən müalicə kursu keçməyiniz məsləhətdir. Uğurlar.
jasmin | 9 Avqust 2013 08:25
sala hekim menim yoldasimmda sperma analizinde durulsma 60.qatil 0,1. ph7,0. lekosidler 48 50.makrofik yox.epiteller1-2.1milide spermozitlerin sayi90dir .butun .eyakultda sprmozidler450dir.duz herekedli spermozitlerde a b0)35dir.akdiv herekedli(A)15dir.yavas herekedli(b)20dir.yerinde hereked (c)45sdir.yararsiz spermozidler(c D)65.sprmaaqqliuttinasiya .areqatlaryoxdur.tirixomondlar yosdur.maya gobelekleri,yoxdur.lesdin denecikleri,orta biqdarda.pataloji formalar,0,1.spermatogenez huceyreler,1,5.analizde beledir ne etmelyik hekime muraciyet etmsik deyibki cirik var spermani oldurur usaq onun cun olmur 1 hekimde deyirki mikrob var siz ne meslehed gorursuz?sperma ariran vasdeler meslehed gorersiz evvelceden tesekurler
Dr.Orxan Agabəyov | 10 Avqust 2013 13:11
Salam Jasmin. Birinci növbədə, leykositlərin çox olmaq səbəbi yoxlanmalıdır - bu cinsi infeksiyalardan və cinsiyyət sistemində qeyri-spesifik iltihabi prosess nəticəsində ola bilər. Yalnız səbəbləri məlum olandan sonra, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Guler | 9 Avqust 2013 07:30
Salam hekim menim size bir sualim var menim kureyimde sizanaq var muayine de olmuwam ama xeyri yoxdu xahiw edirem mene komeklik edesiniz.onceden twk.
Dr.Orxan Agabəyov | 10 Avqust 2013 13:11
Salam Guler. Bu sualı dermatoloqa verməyiniz daha yaxşı olar, mən dermatologiya ilə məşğul olmuram. Uğurlar.
roman | 8 Avqust 2013 20:20
salam Hekim mumkunse bu sualima cavab vererdiniz zehmet olmasa .kisi cinsiyyet orqanin boyumesi mumkundurmu ? ve olarsa nece olmalidir
Dr.Orxan Agabəyov | 10 Avqust 2013 13:10
Salam Roman. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
Telman | 8 Avqust 2013 14:01
Salam Hekim men 1 il 4aydi evliyem ama usagim olmur .konkret derman adi deye bilersiz?Hekim qebuluna dusmusem defelernen soz verib ama hec bir xeyri olmayib. Xahis edirem mene meslehet veresiz.
Dr.Orxan Agabəyov | 9 Avqust 2013 05:45
Salam Telman. Sonsuzluq - müxtəli səbəblərdən yaranır- varikosele, prostatit, cinsi infeksiyalar, hormonal problemlər və s. Hər bir diaqnozda, müxtəlif müalicə sxemləri təyin edilir. Və bu situasiyada, hansısa qeyri-adi preparata bel bağlamaq düzgün deyil. Düzgün diaqnostika, sonra isə müalicə - düzgün yol budur. Uğurlar.
sem | 8 Avqust 2013 12:17
salam hekim mende 2-3 dereceli varikoz geniwlenmesi var mualicesi var yoxsa yalniz emeliyat? antispermal ekscisimler spermada 61.0 teshkil edir spermanin analizinde normozoospermiya cixib ama leykosit 82 %dir sizce bunun muailicesi var sonsuz olmaram ki?
Dr.Orxan Agabəyov | 9 Avqust 2013 05:45
Salam Sem. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Əgər spermoqrammada göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
surxay | 8 Avqust 2013 09:47
salam hekim mende cinsi zeyiflik var inkisafdan dayinib onun bilmek isdeyerdim mualicesi var
Dr.Orxan Agabəyov | 9 Avqust 2013 05:45
Salam Surxay. Bəli, bu tip problemlərin müalicəsi mümkündür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
anonim | 8 Avqust 2013 07:27
salam dr.menim 31 yashim var,subayam.sualim beledir.sol xayanin saga nisbeten 0,7-1 sm ashagi olmasi ne derecede normaldir?normal deyilse sebebi ne olar ve fesadi ne ola biler?evelceden size derin teshekkurumu bildirirem.
Dr.Orxan Agabəyov | 9 Avqust 2013 05:31
Salam Anonim. Xayaların bir-birindən fərqli yerləşməsi, normaya uyğundur. Amma ümumiyyətlə, xayalarda problemlərin olub-olmasını təyin etmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Uğurlar.
Elvin | 8 Avqust 2013 06:41
salam hekim , mene bir derman meslehet gorubler (T-n 20) bu neye xeyri var tesekkur edirem.
Dr.Orxan Agabəyov | 9 Avqust 2013 05:31
Salam Elvin. Bu preparat, əsasən süd vəzisinin şiş xəstəliklərində istifadə olunur. Uğurlar.
vamik | 8 Avqust 2013 05:33
salam aleykum hekim.. sualim beledi men unsiyet zamani gec bowaliram birinci 15deqeden gec, 5deqe fasileden sora ikinci istey olsada bowalma mumkun olmur ehtiras cowqu olur sadece bowlamag istediydenetice ala bilmirem
Dr.Orxan Agabəyov | 9 Avqust 2013 05:31
Salam Vamik. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər. Uğurlar.