ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Sahile | 10 Avqust 2013 19:45
Salam hekim.men 13 heftelik hamileyem.yoldasim hormonal dermanlar qebul edir.cinsi elaqede olsaq hamileliyime menfi tesir eder?bir de men evde qus saxlayiram,bunun hamileliye zereri ola biler?qabaqcadan tesekkurler.
Dr.Orxan Agabəyov | 12 Avqust 2013 07:07
Salam Sahilə. Hamiləlik problemləri ilə qinekoloq məşğul olur və  bu sualları qinekoloqa verməyiniz daha düzgün olar. Uğurlar.
masa | 10 Avqust 2013 19:13
menim bu yaxinarda toyum olacax mecburnan o insani sevmirem onan utaniram belede toy gejesidede bilmirem neyniyim komek edin yalvaram
Dr.Orxan Agabəyov | 12 Avqust 2013 07:06
Salam Masa. Toy gecəsi haqqında ətraflı məlumatı, ilk toy gecəsi məqaləsinə oxuya bilərsiz. Uğurlar.
Hebib Kazimli | 10 Avqust 2013 17:59
Salam dokdor menim 15 yawim var bu yawa gore masdurbasianin ziyanlari var? Yeni masdurbasia arigliga birde sivilcelere sebeb ola biler? Birde dokdor mende bowalannan sora penisimi elimle surtende sidiye cixma hallarida olur bu adi haldi? Zehmet olmasa suallarima cvb yazardiz indiden tewekkur.
Dr.Orxan Agabəyov | 12 Avqust 2013 07:06
Salam Hebib. Masturbasiyanın bədən çəkisinə azalmasına aidiyyatı yoxdur. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
tunar | 10 Avqust 2013 06:49
Hekim salam. 25 yawim var. Doxdur men herbiciyem uzun mudetdir (1il) cinsi zeyiflik var elaqeden tam uzak olmuwam gunu-gundende hisiyat tam olur sebebi ne olar ?? ( bunuda bilmeyiniz yaxwi olar men 2ildir qebizlikden mualice aliram)
Dr.Orxan Agabəyov | 12 Avqust 2013 07:06
Salam Tunar. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.).  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Anonim | 10 Avqust 2013 05:42
Salam doktor. Yoldaşımın sprema analizi nəticələrini yazıram xahiş edirəm rəy verəsiz.. Müalicə tələb edəcək səbəb varmı ? (Həkim göstərisi deyildi müayinə, özümüzə maraqlı idi sizdən məsləhət almışdım verməyinizdə fayda ver yazmışdız) Eyakulyatın həcmi 4.2 Xarici görünüşü bozumtul ağ, homogen Konsistensiyası 1 pH 7.7 Cinsi pəhriz (günlərlə) 3 Durulaşma vaxtı 65 Spermatozoidlərin 1 ml- də miqdarı 50 Eyakulyatda spermatozoidlərin ümumi sayı 210 İrəli hərəkətlilər 36, Rəqsi hərəkətlilər 32, Hərəkətsiz 32, Hərəkətli spermatozoidlər sayı 68, Morfoloji normal (Kryuqer üsulu) 23, Başcıq(patoloji) 47, Boyuncuq(patoloji) 14, Qarışıq(patoloji) 16, Canlı spermatozoidlər 75%, Spermatogenez hüceyrələri 1, Spermaqqlütinasiya , Leykositlər
Dr.Orxan Agabəyov | 12 Avqust 2013 07:06
Salam Anonim. Spermoqrammanın əsas göstəriciləri, normaya uyğundur, hal-hazırda müalicə tələb olunmur. Uğurlar.
Elcin | 9 Avqust 2013 20:43
Salam Hekim. Mende durdug yerde azca sire bosalmasi olur. BU mende narahatciliq yaradir. Adeten bu sire bosalmasi ereksiyadan 5-10 deqiqe sonra 1 damci kimi musahide olunur. Bilmek isderdimki bu «Tripper» deyilen xesdeliyin elametleridir? Odursa ne kimi mualice usullari vardir?
Dr.Orxan Agabəyov | 10 Avqust 2013 13:51
Salam Elcin. Bu xəstəliyin olub-olmamasını yoxlamaq çox asandır. Sadə diaqnostika keçirsiz və əgər xəstəlik varsa, müalicə olunmaq lazımdır. Əgər infeksiya yoxdursa onda bu şirə, çox güman ki, Kuper vəzilərinin ifraz etdiyi şirədi və hansısa xəstəliyin əlaməti deyil. Bu şirə, sürtgü(smazka) funksiyasını yerinə yetirir və cinsi əlaqənin komfortlu(rahat) keçməyi üçündür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Mehemmed | 9 Avqust 2013 19:40
Salam hekim,bayraminiz mubarek.Sualim beledi...6 ay bunden evvel cinsi elaqede olmusma,hec bir peoblem olmayib.Son 2 hefte olarki pensimin uzerinde ag sepkiler iynein ucu boyda olan sepkiler emele gelib,bu ne ola biler???qorxulu bir seydi???qanim analizden temiz cixib...zehmet olmasa cvb yazardiz...
Dr.Orxan Agabəyov | 10 Avqust 2013 13:50
Salam Mehemmed. Çox sağolun,Sizinlə bahəm. Ola bilər, herpes virusunun əlamətidir və ya dəri xəstəliyidir. Hər halda diaqnostikadan sonra, dəqiq müalicə təyin etmək olar. Uğurlar.
elnur | 9 Avqust 2013 17:41
Salam doktormende 1 erken bowalma olur 1 de yuxuda bowalma olur ne ede bilerem
Dr.Orxan Agabəyov | 10 Avqust 2013 13:31
Salam Elnur. Bu problemlərin səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
elsen | 9 Avqust 2013 15:37
salam doktor menim51 yasim prostatitden 7 aydi ki mualice olunurom k-a p-l meqa men qebul etmisem cinsi zeiflik var evveller tez tez sidiye gedirdim indi duzelmisem zehmet olmasa deyin k-i omur boyu her gun qebul elemek lazimdi
Dr.Orxan Agabəyov | 10 Avqust 2013 13:25
Salam Elsen. Bu tip dərmanları kurslarla(yəni bir müddət qəbul edirsiz, sonra fasilə) qəbul etmək məsləhətdir. Uğurlar.
Konul | 9 Avqust 2013 11:54
Salam hekim.Bu gostericiler necedir? 3 cu dereceli varikosel var. Eyakulyatin miqdari: 3.2 rengi sarimtil qatiligi duru , pH 7.6,durulasma vaxti 28 deq. spermatozoidlerin miqdari 1 ml-de 34 mln,spermatozoidlerin miqdari butun eyakulyatda 108, aktiv duz hereketli 28% .reqsi hereketli 21 % .zeif hereketli 15 %. hereketsiz 36 %. patoloji formalari basciq 10 % cismi 2 % quyruq 1 %. spermatogenez huceyreleri 1-2 .spermatoaqqlütinasiya 1-ci dereceli. morfologiya 25 %. leykositler 10-12. epiteli huceyreleri az miqdarda.lesitin deneleri cox miqdarda. maya gobeleyi 0-2 aqlünasiya 1-ci dereceli. selik- cox miqdarda.
Dr.Orxan Agabəyov | 10 Avqust 2013 13:25
Salam Konul. 1. Spermoqramma köhnə standartlar olan klinikada verilib, müasir standartlara görə spermotozoidlər hərəkətlilik faizlərinə görə 3 yerə bölünür. 2. Hal-hazırki vəziyyət, normaya uyğundur. Uğurlar.