ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
abdul | 12 Avqust 2013 12:43
salam hekim.mende penis 12 smdir.yasim 17 bundan sonra inkisaf gede biler? extenderle 2 il ve ya cox isledsem 4-5 sm artar?sonrada cerrahi yolla tesir etmekle. utaniram cox bu ise gore.cavabi daha etrafli yazsaz sevinerem...
Dr.Orxan Agabəyov | 13 Avqust 2013 12:39
Salam Abdul. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
Jeyhun | 12 Avqust 2013 10:41
Salam Hekim,Men Spermoqramma testinden kecmiwem,zehmet olmasa analizin neticesi ucun rey vererdiz,Evvelceden tesekkurler edirem : Eyakulyatin hecmi 5,0 ml ,Xarici gorunusu bozumtul ag-homogen, konsistensiyasi 1,2 sm, Ph 7.7,durulasma vaxti 70/deq,Spermatozoidlerin 1ml-de miqdari 31 mln,Eyakulyatda spermatozoidlerin umumi sayi 155 mln,Ireli hereketliler 37%,reqsi hereketliler 37%,hereketsiz 26%,hereketli spermatozoidler sayi 74%,Morfoloji normal(kryuger usulu) 10%, Basciq(patoloji) 7, Qarisiq(patoloji) 23,Canli spermatozoidler 79%,Spermatogenez huceyreleri 1%,Spermaqqlutinasiya , Leykositler
Dr.Orxan Agabəyov | 13 Avqust 2013 12:19
Salam Jeyhun. Spermoqrammanın əsas göstəriciləri normaya uyğundur. Amma spermoqrammanı, köhnə normativlər olan klinikada vermisiz, müasir normativlər olan klinikada təkrar spermoqramma verməyiniz məsləhətdir. Uğurlar.
Mehman | 12 Avqust 2013 08:24
Salam hekim menim xayamda bir nece dene qirmizi xallar var internetden oxudum bunun ( Ангиокератома Фордайса ) oldugunu bildim. Bunun mualicesi varmi ? ve gelecekde ne kimi pis fesadlari ola biler bir deki deyerdiz hansi hekime yaxinlarmaq lazimdir bunun mualicesi ucun eyer mualicesi mumkunse cox tewekkur edirem onceden
Dr.Orxan Agabəyov | 13 Avqust 2013 12:19
Salam Mehman. Fordays anqiokeratomasının müalicəsi, dəridə yaranmış xalların koaqulyasiyası və konservativ müalicədən ibarətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
EYVAZ | 12 Avqust 2013 08:04
Salam Hekim.Mende cinsi elaqe zamani tez bowalma bas verir bunun sebebi ve mualicesi haqqinda melumat vermeyinizi xahis edirem.
Dr.Orxan Agabəyov | 13 Avqust 2013 12:19
Salam Eyvaz. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
Gasham | 12 Avqust 2013 06:00
Мне 27 лет , я девственник , при попытках половой близости эрекция не наступает , но при других ситуациях все нормально ( эрекция , эякуляция , и т.д ) , что посоветуете делать , пытаться пока не получится ? После Каждого неудачного контакта начинается , невроз и депрессия , фобия ....
Dr.Orxan Agabəyov | 13 Avqust 2013 12:19
Здраствуйте Gasham. У Вас признаки психогенной формы эректильной дисфункции. И каждая неудачная попытка усугубляет ситуацию. Проблему решить несложно -   нужно пройти курс лечения(применяются лекарственные препараты и рациональная психотерапия). Для более подробной информации, можете связаться со мной по телефонам 055 655 00 66 и 050 363 83 86. Удачи.
murad | 11 Avqust 2013 20:32
salam hekim,necesiz? men bir nece hefte bundan qabaq bir gelinle olmuwam, sadece ureyimde narahatciliq qalibki xestelik yoluxub yoxsa yox,eger yoluxubsa bunun elametleri necedi? men bunu nece his ede bilerem?
Dr.Orxan Agabəyov | 12 Avqust 2013 09:59
Salam Murad. Adətən cinsi infeksiya ilə yoluxanda, sidik kanalında yandırma və ifrazat olur. Amma elə infeksiyalar var ki, heç bir əlaməti olmur. Ən yaxşısı, cinsi infeksiyaları yoxlamaq üçün, müayinədən keçməkdir. Əgər cinsi infeksiyalar aşkarlanarsa, mütləq müalicə kursu keçmək lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
ramiq | 11 Avqust 2013 14:18
Salam doktor. 38 yaşım var. məndə ereksiya normaldı. bu günlərdə başıma belə bir hadisə gəldi. bir gündə tezdən və axşam cinsi əlaqədə oldum. növbəti gün tezdən yenədə cinsi əlaqədə oldum. axşam cinsi əlaqədə olduqda isə hec cür boşala bilmədim. ereksiya normal idi, sadəcə yoruldum və hissiyatın zəiflədiyini hiss etdim. bu nə ilə bağlı ola bilər?
Dr.Orxan Agabəyov | 12 Avqust 2013 09:59
Salam Ramiq. Bu situasiyada problem yoxdur, sadəcə orqanizm bərpa olmayıb, cinsi əlaqələrin sayı çox olduğundan. Bir neçə gün dincəlin(ciinsi əlaqədə olmayın), hər şey qaydasına düşəcək. Uğurlar.
Mehemmed | 11 Avqust 2013 07:30
Salam alekum hekim cvb gore cox sag olun ,Hekim herpes virusudu dediler hekimler.Burda deyirler mualice etsek bir aya otub kecer...Bilmek isterdimki mualice duzgun aparilsa bu virus geder???hemde bu virusun ne kimi qorxusu var gelecekde???zehmet olmasa cvb yazardiz...
Dr.Orxan Agabəyov | 12 Avqust 2013 09:59
Salam Mehemmed. Herpes virusunun birdəfəlik müalicəsi yoxdur. Xəstəliyin əlamətləri bir müddətdən bir qayıda bilər. Əlamətlər olan dövrdə(qalan vaxtda az ehtimal olunur), Siz cinsi partnyoru yoluxdura bilərsiz. Uğurlar.
Ferid | 10 Avqust 2013 21:23
Salam hekim.Menim 22 yasim var cinsi elaqede olmamisam.penisim 12 sm-dir.Bu normaldir?Cinsi elaqeye girende problem yasaya bilerem?evlenene qeder cinsi elaqeye girmesem problem ola biler?
Dr.Orxan Agabəyov | 12 Avqust 2013 07:08
Salam Ferid. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Cinsi həyata nə qədər tez başlasaz, bir o qədər yaxşı olar. Uğurlar.
rovshan | 10 Avqust 2013 21:02
salam doktor.mende cinsi elaqe zamani qeyri adi bir pis qoxu hiss eliyirem,cinsi elaqede oldugum qadin bunun menim spermamdan geldiyini deyir ama men bele duwunmurem,ola bileri bunu tek sebebi ancaq qadinin ozunde olan problem olsun birdeki sebebi ne ola biler bunun...Tewekkur
Dr.Orxan Agabəyov | 12 Avqust 2013 07:08
Salam Rovshan. Ola bilər, bu qoxuya cinsi infeksiya səbəb olsun, əgər infeksiya varsa, hər iki partnyorda olur. Dəqiqləşdirib, müalicə kursu keçmək məsləhətdir. Uğurlar.