Kapitan | 14 Avqust 2013 12:57
Həkim qoruyuculardan istifade tam mudafie edirmi infeksiyadan?
Dr.Orxan Agabəyov | 16 Avqust 2013 07:01
Salam Kapitan. Əksəriyyət hallarda, prezervativ cinsi infeksiyaların keçməsini əngəlləyir. Uğurlar.
hesen | 14 Avqust 2013 06:54
salam hekim,xahis edirem komek ederdiz. texminen 1hefte qabaq yirtiqdan emeliyyat olmusam ve bundan sonra xayamin 1terefinde sis yaranib bu meni cox incidir.sisi aradan qaldirmaqin ne kimi yolu var?? onceden tesekkur edirem
Dr.Orxan Agabəyov | 16 Avqust 2013 07:01
Salam Hesen. Birinci növbədə yoxlamaq lazımdı, şişin strukturası nədən ibarətdir. Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Uğurlar.
Umid | 13 Avqust 2013 19:42
Salam hekim menim penisimin usdunde qirmizi leke wiwkinlik var penisimin ici qawinir xahiw edirem komek edesiz bu xesdeliyin adi nedir?
Dr.Orxan Agabəyov | 14 Avqust 2013 06:21
Salam Umid. Çox gümün ki, cinsi infeksiyanın əlamətidir. Dəqiqləşdirmək üçün, cinsi infeksiyaları yoxlamaq lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Yusif Alizadeh | 13 Avqust 2013 16:41
salam hekim men evliyem 2 usagim var 27 yasim var,hekim uzr isteyirem problemim var cox xahis edirem cavablandirin cinsi elaqe zamani penisim durur,elaqeye girdikden 2deq sonra olur,bosala bilmirem evvel bele hal olmuyub ay yarimdi bu veziyyetdeyem usaq vaxti sariliq kecirmisem 2 defe,pive icirem yeni qaraciyerle ve ya hansi orqanla bagli ola bilermi? siqaret cekirem, artiq derecede xahis edirem cavab yazin tesekkurler
Dr.Orxan Agabəyov | 14 Avqust 2013 06:17
Salam Yusif. Zəərəli vərdişlər(alkoqollu içkilər və siqaret) cinsi gücə mənfi təsir göstərir. Amma əsas səbəblər psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Resad | 13 Avqust 2013 16:19
Salam hekim.Menim sol xayamda 1ci dereceli varikosel var.Son gunlerde hemin o sol xayamada ara-sira zeif-zeif agrilar olur.Bu varikoselden ola bilermi?Hekim, siz bu sayti yaratmasaydiniz biz problemlerimizi kime deyerdik?Isinizde ugurlar.
Dr.Orxan Agabəyov | 14 Avqust 2013 06:15
Salam Resad. Adətən birinci dərəcəli varikoseledə, ağrılar olmur. Ola bilər, xayalarda başqa problemlər var. Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək məsləhətdir. Uğurlar.
anonim | 13 Avqust 2013 11:47
Salam hekim mende erken boşalma var ozum Rasiyada oldugum uçun size muraciet ede bilmirem .amma burda mene s-d dermanini meslehet gorurler bundan istifads etsem geleceyde ziyani olmaz ozumun 23 yaşim var
Dr.Orxan Agabəyov | 14 Avqust 2013 06:11
Salam Anonim. Bu tip preparatlar müvəqqəti effekt göstərə bilər, bunlar müalicəvi deyil. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Orxan | 12 Avqust 2013 18:50
Salam Orxan hekim menim 20 yasim var size sualim Amin tursulari qebul etmekle bedenin inkisafini berpa etmek olar? Birde ki mutlek hekim mesleheti ile qebul etmeliyem amin tursusunu?
Dr.Orxan Agabəyov | 13 Avqust 2013 13:18
Salam Orxan. Aminturşular, idman qidasıdır və əgər orqanizmdə ciddi əks-göstəriş yoxdursa, həkimlə məsləhət etmədən də, qəbul edə bilərsiz. İdman qidaları haqqında daha ətraflı, www.atlet.az saytında oxuya bilərsiz. Uğurlar.
timur | 12 Avqust 2013 18:22
salam hekim.mende cinsi zeifliy var ,harasa 2 ilden choxdu. her bir analiz vermiwem her wey normaldi birce ureaplasmada parvum pozitivdi,buna gore artig bu gun 12ci gundu mualice aliram ama hec bir deyiwiyliy yoxdu.bu zeifliy ola bilsinki hech onunla elaqeli deyil?
Dr.Orxan Agabəyov | 13 Avqust 2013 13:18
Salam Timur. Ureaplazma, cinsi zəifliyin səbəblərinə aid deyil, sadəcə cinsi yolla keçən infeksiyadır. Əgər analizlərdə, heç bir patologiya aşkarlanmayıbsa, ola bilər Sizdə psixoloji səbəblər var. Bu haldada, effektiv müalicə mövcuddur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Xalid | 12 Avqust 2013 17:50
Salam Hekim,size gunun hansi sahadinda zeng vura bilerem,telefonla elaqe yaratmag isteyirem sizinle
Dr.Orxan Agabəyov | 13 Avqust 2013 12:40
Salam Xalid. İstənilən saatda 055 655 00 66 və 050 363 83 86 nömrələrinə zəng vurub. mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elshen | 12 Avqust 2013 14:16
salam hekim. birseyi men sorusmaq isterdim. birinci derecli varkaselde masturbasiyanin zereri varmi. tehlukelidirmi.
bir de bezen suni bosalmadan sonra geceler oz ozune bosalma olur. bu yarimciq bosalma ile alaqedardimi? ve bu cinsi elaqeden sonra da ola bilermi. 19 yasindayam.
tesekkur edirem
Dr.Orxan Agabəyov | 13 Avqust 2013 12:40
Salam Elshen. Masturbasiyannın, varikosele xəstəliyinə heç bir aidiyyatı yoxdur. Gece boşalmalarına(pollusiyalar) səbəb - qeyri-müntəzəm cinsi həyatdır. Uğurlar.