Mubariz | 16 Avqust 2013 11:25
Salam doktor.spermoqrammanin neticesini deyerlendirmeyinizi xahis ederdim
Eyakulyat hecn-4,3;konsistensiya-0,3;durulasma vaxti-50deq.;
Spermatozoidin umumi miqdari-73,1mln;1ml.de-17mln;
Ireli hereketli-40%;reqsi hereketli-32%;hereketsiz-25%;
Pataloji basciq-46%;boyuncuq13;qarisiq-11%
Morfoloji norma-30%;canli spermatozoid82%;spermatogenez
Leykosit-
Dr.Orxan Agabəyov | 17 Avqust 2013 05:39
Salam Mubariz. Spermoqrammanın əsas göstəriciləri normaya uyğundur, narahat olmayın. Uğurlar.
asim | 15 Avqust 2013 19:21
hekim salam tez bosalma meni daha bogaza yigib 1 yada 2 deqiqeye bosaliram bunun mualicesi varsa yazin
Dr.Orxan Agabəyov | 16 Avqust 2013 07:35
Salam Asim. Bəli erkən boşalmanın effektiv müalicəsi var. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
vaqif | 15 Avqust 2013 14:52
salam hekim menim cinsi orqanim 13 cm cinsi elaqede oldugum partnyor dediki sende razmer balacadi o penisimin ucundan tutub berk dartdi indi penisim evvelki kimi sertlesmir 21 yasim var sagolun bunun mualicesi nece olur ?
Dr.Orxan Agabəyov | 16 Avqust 2013 07:35
Salam Vaqif. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Sadəcə Sizdə, partnyorun sözlərindən sonra, kompleks yaranıb və nəticədə ereksiya problemləri. Bu problemlərin müalicəsində həm dərman prepartları həmdə rasional psixoterapiya istifadə olunur. Uğurlar.
Turan | 15 Avqust 2013 10:07
salam hekim. cinsi xestelikler kisi cinsiyyet orqanin vajinaya daxil olmadanda duse biler?
Dr.Orxan Agabəyov | 16 Avqust 2013 07:34
Salam Turan. Bəli, belə bir ehtimal var(məişət yolu) amma çox cüzidir. Uğurlar.
Orxan | 15 Avqust 2013 09:31
salam Hekim,insallah yaxshisiz,hekim menim penisim axir vaxtlar tam olarag qalxmir,qutarandada tam qalxili olmur evvelki kimi,yaniki ele bele oyanirr ama zorlada olsa biteher qutariramdaa zulumnen,sizce bu neden ola biler,birde spermam temiz su kimi olur,bele olmalidir sperma yoxsa qati olmalidir? xahis edirem etrafli melumat veresizde?
Dr.Orxan Agabəyov | 16 Avqust 2013 07:26
Salam Orxan. Sizdə çox güman ki, orqanik səbəblər (prostatit, hormonal pozğunluq və s.) var. Dəqiqləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
rovshen | 15 Avqust 2013 08:25
salam hekim 29 yawim var 4 ildir evliyem ovladim olmir menim sol xayamda hedsiz kicilme var sag terefde de var ama soldaki kimi deyil. hekimler deyir bu anadan gelmedir mene suni mayalanmani teklif edirler. suni mayalanma etmeden menim ovladim ola bilermi? xahiw edirem cavab yazin tewekkur.
Dr.Orxan Agabəyov | 16 Avqust 2013 07:26
Salam Rovshen. Əgər spermoqrammanın göstəriciləri çox aşağıdırsa, süni mayalanma daha düzgün yoldur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ali | 15 Avqust 2013 06:49
Salam hekim.idman qidalarini hansisa kisilik prolemlerine sebeb ola bilermi?
Dr.Orxan Agabəyov | 16 Avqust 2013 07:02
Salam Ali. İdman qidalarının kişi sağlamlığına heç bir ziyanı yoxdur. İdman qidaları haqqında daha ətraflı www.atlet.az saytında oxuya biərsiz. Uğurlar.
azad | 15 Avqust 2013 06:20
Salam.
Bowalma zamani hezzin olmamasinin sebeblerini yazin zehmet olmasa.
Dr.Orxan Agabəyov | 16 Avqust 2013 07:02
Salam Azad. Kişilərdə orqastik hissiyatın azalması, ya orqanik səbəblər(prostatit, hormonal pozğunluq) yada ki, psixoloji səbəblərlə bağlıdır. Uğurlar.
Nazrin | 15 Avqust 2013 05:43
Здравствуйте доктор,Мне 23 года,замужем.Вот уже 3-4 месяца очень понизилось либидо.Заниматься этим вообще не хочется,смазки очень мало или вообще нет.В отношениях с первым партнером все было хорошо,с мужев сначало тоже было ок.Не могу понять причину..Гормональная или психическая.Что это может быть?
Dr.Orxan Agabəyov | 16 Avqust 2013 07:02
Здраствуйте Nazrin. Причина скорее всего органическая - мгут быть и гормональные нарушения и воспалительный процесс. Желательно проверить соответствующие показатели и пройти курс лечения. Удачи.
anonim | 14 Avqust 2013 20:34
Salam Həkim,
mən 2010-cu ildə hərbi xidmətdə olarkən varikasele-dən əməliyyat olundum. Lakin artıq 7-8 aydır ki, sol xaya sağ xaya ilə müqayisədə olduqca böyükdür. sağ xaya isə çox kiçikdir. və mən spermanın azaldığını hiss etmişəm. Bu nəyin ələmati ola bilər? və varikasele-də ikinci əməliyyata gərək ola bilərmi?
Dr.Orxan Agabəyov | 16 Avqust 2013 07:02
Salam Anonim. Ola bilər, varikosele təkrar yaranıb. Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək və spermoqramma analizi vermək məsləhətdir. Uğurlar.