ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
gülnar | 15 Noyabr 2014 09:18
Salam doktor, menim yoldaşimda cinsi zeiflik var. 7 ildir evliyik. 3 yaşinda evladim var. 2 aydi zeifdi, hansi müayineden kecmelidi, evvelceden
Dr.Orxan Agabəyov | 17 Noyabr 2014 06:14
Salam Gülnar. Cinsi zəifliyin səbəbləri müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). İlk konsultasiya zamanı, müayinlərin lazım olub-olmaması(və ya hansı müayinlərin lazımlığı) məlum olur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elcin | 13 Noyabr 2014 20:40
Salam Hekim. Mende Cinsi Elaqe zamani Tez Bosalma Hadisesi BAs verir, Ele olurki Hec Cinsi akt 1 deqe bele Olmur. Bu Meni cox narahat edir, Partnyorumuda Razi sala bilmirem. Hekim Men Sadece Heddinden Cox ehtiraslaniram ve heyacanlaniram. Bunun Mualicesi var Hekim . Xahis edirem sualimi cavablandirardiz, evvelcede Tesekkurler
Dr.Orxan Agabəyov | 14 Noyabr 2014 06:54
Salam Elcin. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
nur | 13 Noyabr 2014 12:44
men alti aydi evliyem yoldasim spermasinin faizi azdi bele hamile qalmag mumkundur spermotogenez huceyreleri 3 faizdimiqdari 4,0 mldi zeif ireli hereketi 3 faizdi durulasmA vaxti 20 deq
Dr.Orxan Agabəyov | 14 Noyabr 2014 06:54
Salam Nur. Spermoqrammanın göstəriciləri hamısını qeyd etməmisiz, amma qeyd etdiyiniz göstəricilər normadan çox aşağıdır. Bu göstəricilərcinsiyyət sistemində olan ciddi problemlərdən xəbər verir. Bu problemləri dəqiqləşdirib, müalicə kursu keçmək məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Aga | 13 Noyabr 2014 12:18
Salam Dr.Men yenice aile qurmusam,her kese qismet olsun yoldasim 3 heftelik hamiledir,men heyat yoldasimla cinsi elaqede ola bilerem bu zaman,birde ki hansi pozalar meslehet gorulur,gelecekde usaga problem olmaz ki?qoruyucudan istifade etmek lazimdir mi?evveleceden tewekkurler
Dr.Orxan Agabəyov | 14 Noyabr 2014 07:38
Salam Ağa. Bu mövzuda bütün məsləhətlər - Hamiləlik və cinsi münasibətlər məqaləsində göstərilib. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
elvin | 13 Noyabr 2014 11:39
salam.oral seks zamani penise her hansi infeksiya yoluxa biler
Dr.Orxan Agabəyov | 14 Noyabr 2014 06:54
Salam Elvin. Bəli, bir çox viruslar (misal üçün herpes) oral seks zamanı yoluxa bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Emin | 13 Noyabr 2014 11:32
Salam həkim.mən dünən səhər varikoseldən əməliyyat olunmuşam.indi evdəyəm.əməliyyatdan sonra sol xayamda heçbir dəyişiklik olmayıb.bunun səbəbi nə olar?
Dr.Orxan Agabəyov | 14 Noyabr 2014 06:55
Salam Emin. Əməliyyatdan az vaxt keçdiyi üçün, əməliyyatın uğurluluğu haqqında hansısa nəticələr çıxarmaq düzgün deyil. Tələsməyin, adətən bir müddət keçndən sonra xayaların vizual görüntüsü, ən əsas isə spermanın keyfiyyətində pozitiv dəyişiklər olur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
resad | 13 Noyabr 2014 11:15
cinsi zeifliyi hepatit c-nin mualicesi yarada bilermi. cox sagolun.
Dr.Orxan Agabəyov | 14 Noyabr 2014 06:46
Salam Resad. Xeyr, adətən cinsi zəifliyin başqa səbəbləri var  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.).  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
gunel | 13 Noyabr 2014 09:13
salam doktr.menim 6 ayliq oglumun cinsiyyet uzvu cox balacadir.bir azda toppusdur bu onunla elaqeder ola bilermi
Dr.Orxan Agabəyov | 14 Noyabr 2014 06:55
Salam Gunel. Bu sualı uşaq uroloquna verməyiniz daha düzgün olar. Uğurlar.
natiq | 12 Noyabr 2014 20:54
salam hekim .mende son iller yungul ise gedende penisimin ucunda sidik damcilari qalir evveler geceler yerime istatma olurdu sonra mualice olandan sonra duzeldi demek olar ki amma birinci hadiseye mualice de tesir etmedi sebeb ne ola biler ? evvelceden tesekkurler.
Dr.Orxan Agabəyov | 14 Noyabr 2014 07:41
Salam Natiq. Ola bilər, prostat vəzidə böyümə var və ya xoşxassəli hiperplaziya yaranıb(əgər yaşınız 40-dan çoxdursa), hər halda prostat vəzidə olan problemlərin əlaməti ola bilər. Dəqiləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ramil | 12 Noyabr 2014 18:55
uşaqda xayaların yerində olmamasi ilə əlaqədar kimə müraciət olunmalıdır
Dr.Orxan Agabəyov | 14 Noyabr 2014 06:55
Salam Ramil. Uğaq uroloqunun əyani qəbuluna müraciət edin. Uğurlar.