ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Tural | 18 Avqust 2013 08:28
Salam Orxan Hekim. Meni narahat eden problem eslinde bir mektub cercivesinde hell olunan deyil. Sadece meni ne maraqlandirir oz cinsine meyili olan(homoseksual ekser hallarda passiv rolunda olan) insanin amma qadinada azda olsa meyli var, necede dushunursuz cinsi meylini elaqe zamani yaradan derman preparatlari varmi. yeni qadinla elaqe zamani oyanish yaradan. Tecrube ne gosterir o dermanlarin efektliliyi hansi derecededir. Sagolun.
Dr.Orxan Agabəyov | 19 Avqust 2013 08:00
Salam Tural. Bu tip preparatlar nəticə verə bilər amma ən əsas faktor psixoloji durumdu. Uğurlar.
Kamran | 18 Avqust 2013 07:14
Salam. Hekim bananin ziyani var yeni heddinnen artiq chox yesem? Gune bir kilo ve ya bir gunden bir bir kilo. Onu da qeyd edim ki subayam, cinsi elaqede olmuram, masturbasiyanan da meshgul olmuram. Arada yuxuda boshaliram.
Dr.Orxan Agabəyov | 19 Avqust 2013 07:59
Salam Kamran. Sizin yazdıqlarınızın içərisində, ən təhlükəlisi - cinsi əlaqədə olmamaqdır (yuxuda boşalmaq, cinsi həyatın olmaması səbəbindəndi). Tezliklə cinsi həyata başlamaq məsləhətdir. Banan çox xeyirli meyvədi və bu meyvəni çox yemək böyük problemlər yaratmaz. Uğurlar.
Cavid | 18 Avqust 2013 03:06
Salam hekim, men bir neferle qorunmadan cinsi elaqede oldum, ustunden 2 gun kecmish penisimde daxili acishma var, bayira cixanda da ele de yandirmir, bu mende hansisa infeksiyanin oldugunu deye biler, Xlamidioz ve ya trixomonaz, bir de hansi analizleri vermeliyem..bunu mumkun qeder gizli etmek olarmi valdeynlerimin bilmesini istemezdim..tesekkurler
Dr.Orxan Agabəyov | 19 Avqust 2013 07:59
Salam Cavid. Sizdə cinsi yolla keçən infeksiya ilə yoluxmanın əlamətləri var. Analizlər 5 dəqiqə ərzində verilə bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
safad | 17 Avqust 2013 18:36
salam hekim: mende 2dereceli varikosel var sol terefde ve menim sol ayagimda ayaq uste cox olanda dehwet agrilar olur bunun ucun men neynemeliyem? qabaqcadan tewekkurler...
Dr.Orxan Agabəyov | 18 Avqust 2013 08:22
Salam Safad. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Alik | 17 Avqust 2013 12:56
Hekim salam.mende herden xayalardan agrilar tutur.herden zeiflik olur.qasigimda agrilar olur. Her sheye gore uzr istiyirem.
Dr.Orxan Agabəyov | 18 Avqust 2013 08:19
Salam Alik. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Qasıqda olan ağrılar, prostatitlə(prostat vəzinin iltihabı) ilə əlaqəli ola bilər. OCinsi zəiflik isə həm psixoloji həmdə orqanik səbəblərdən olur. Əgər bu problemlər varsa, cinsiyyət sistemini yoxlamaq məsləhətdi. Uğurlar.
anonim | 17 Avqust 2013 12:52
Salam hekim. Cinsi elaqenin uzun muddetli olasi ucun (mes: 30-40 deq) hansi dermandan istifade ede bilerem. Zehmet olmasa mesleheddisin yazin. Evvelceden tesekkur edirem.
Dr.Orxan Agabəyov | 18 Avqust 2013 08:16
Salam Anonim. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
Abdullah | 17 Avqust 2013 06:27
Salam həkim. Bağışlayın sizi yenə narahat edirəm. Mənim cinsi orqanımın biraz aşağı tərəfinin sağ tərəfində balaca bir düyün və ya çıtka çıxıb. Ona toxunanda ağrıdır biraz. Mən nə edə bilərəm və ya özü keçib gedəcək? Təşəkkür edirəm..
Dr.Orxan Agabəyov | 18 Avqust 2013 05:34
Salam Abdullah. Dəri problemlərini nəzəri olaraq diaqnostika etmək çox çətindi, bu tip səpgilər müxtəlif səbəblərdən yarana bilər. Bir müddət gözləyin, əgər keçməsə həkimə müraciət edin. Uğurlar.
Anonim | 17 Avqust 2013 05:03
salam Doktor. men bilmey isteyirem men cinsi elaqede olmamisam 20yasim var, ama sperma hemse atmisam suni yolla 14yasimdan bu vaxtadek, mende etirasa gelme tez olur , men evveller cox atirdim ele vaxt olurduki gunde 3defe 2defe, bir kecen il ve bir bu il azaltmisam 3gunden bir ama ele vaxtda olurki 3gunden bir olsada bir-iki saata 3defe atiram . siz mene deye bilersiz nekimi fesadlar yada nese bir fesad toretmez? usaga gore deyirem , geleceyne nekimi fesadlarim ola biler?? ve men nece qurtula bilerem??
Dr.Orxan Agabəyov | 17 Avqust 2013 05:32
Salam Anonim. Masturbasiyanın uşaq olub-olmamasına aidiyyatı yoxdur(bu yalnız spermanın keyfiyyətindən aslıdır). Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
Avgusto | 16 Avqust 2013 12:28
Salam Hekim Spermanin az olması ile impotensiya baş vere biler
Dr.Orxan Agabəyov | 17 Avqust 2013 05:31
Salam Avgusto. Spermanın həcminin azalması və cinsi zəiflik(impotensiya), birbaşa əlaqəsi olmayan əlamətlərdi. Uğurlar.
Abdullah | 16 Avqust 2013 12:17
Salam həkim. Mənim 15 yaşim var. Mənim cinsi orqanım qalxanda biraz sağ tərəfə əyri qalır. O özü düzələcək ya nəsə etməliyəm.
Dr.Orxan Agabəyov | 17 Avqust 2013 05:31
Salam Abdullah. Əgər bu əyrilik artmırsa və  cinsi əlaqədə olmağa mane olmursa, müalicəyə ehtiyac yoxdur. Uğurlar.