ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
faiq | 18 Avqust 2013 20:11
Salam hekim men evliyem 2 usagim var. 35 yasim var,hekim uzr isteyirem problemim var cox xahis edirem cavablandirin. Cinsi elaqe zamani penisim durur,elaqeye girdikden 2deq sonra olur,bosala bilmirem evvel bele hal olmuyub 3 aydir bu veziyyetdeyem .Xayalarda agrilar olur. E-r dermanini meslehet gormusduler . Evvelceden tesekkurler.
Dr.Orxan Agabəyov | 19 Avqust 2013 12:25
Salam Faiq. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Uğurlar.  
ARAZ | 18 Avqust 2013 20:04
SALAM HEKIM AXWAMINIZ XEYIR..MEN QADINLA OLANDA TEZ BOWALIRAM ONDAN SONRA MENIM CINSI ORQANIM DURMUR GELEK IKI UC SAAT GOZLEYEM...O NEDEN OLA BILER?
Dr.Orxan Agabəyov | 19 Avqust 2013 12:21
Salam Araz.. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər.  Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
kerim | 18 Avqust 2013 19:49
salam hekim,cinsiyyet orqaninin uzunlugu 12-13 sm-dir,bir nece sm boyudulmesi ucun hansi mualicesi var?
Dr.Orxan Agabəyov | 19 Avqust 2013 12:08
Salam Kerim. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
Zaur | 18 Avqust 2013 19:27
salam meni bir sual maraqlandirir. bilirik ki sperma xayadan gelir. ama bele bir deyim var sperma belde gelir. bele bir weyde ewitmiwemki spermazoidler belden xayalara gelib orda yigilir. bu duzdurmu? umumiyyetle bu barede ne deye bilersiz?
Dr.Orxan Agabəyov | 19 Avqust 2013 12:07
Salam Zaur. Bu tamamilə səhv məlumatdır. Spermotozoidlər xayalarda yaranın, şirə isə prostat-vezikulyar kompleksdə. Belin toxumyaranmada rolu yoxdu. Uğurlar.
VAQİF | 18 Avqust 2013 15:51
salam hekim kecen defe size ereksiya problemimnen yazmisdim penisimin dibinde agrilar baslayib evverlki kimi sertlesmir dibinden yuxari uzaniliqli veziyyetke asagi dusur evvel bele deyildi qopma ola bilermi ? sanki govdesi yapismir men rasiyadayam hekim dedi urologa muraciet et dili yaxsi bilmediyime gore hele getmemisem bu barede fikrinizi bilmek isterdim sagolun
Dr.Orxan Agabəyov | 19 Avqust 2013 12:07
Salam Vaqif. BU daha çox prostatit(prostat vəzinin iltihabı) əlamətləridir.  Penisin qopması mümkün deyil, sadəcə erektil disfunksiyadır. Uğurlar.
Cengo | 18 Avqust 2013 15:37
Salam hekim!her gun suxoy atmaq sonda gelib sonsuzluga cixara biler?Alh razi olsun
Dr.Orxan Agabəyov | 19 Avqust 2013 12:07
Salam Cengo. Masturbasiyanın, sonsuzluq probleminə heç bir aidiyyatı yoxdur. Amma masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
Anonim | 18 Avqust 2013 12:35
Salam,20 Yawm var mende sol xaya sagdan kicikdir ustelik bowalarken sperm az miqdarda axir,bedenimin bezi yerlerinde esasen qollarimda rengli damarlar gorurem,bu ne ola biler?
Dr.Orxan Agabəyov | 19 Avqust 2013 12:07
Salam Anonim. Xayaların ölçülərinin bir-birindən fərqlənməsi normaya uyğundur, amma əgər ölçülərin normaya uyğun olub-olmamasını yoxlamaq istəyirsizsə, xayaların doppler müayinəsindən keçin. Spermanın keyfiyyətini yoxlamaq üçün isə, spermoqramma vermək lazımdır. Damar problemləri haqqında sualları, kardioloqa versəz, daha düzgün olar. Uğurlar.
akif | 18 Avqust 2013 12:19
salam hekim baxislayin narahat eleyirem cinsiyet orqanin normal ölcusu nece cm olmalidir, kicig cinsiyet orqani boyutmek ucun neleri meslehet gorerdiz . diqqetinize göre tesekküllər
Dr.Orxan Agabəyov | 19 Avqust 2013 09:03
Salam Akif. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
Sevda | 18 Avqust 2013 11:27
Salam hakim siza sualim 4ildi evilyem 1oglum var son 3ayda yoldasimin penisi yaxsi qalxmir sizce duzelecekmi hekime getmir usaga qalmamagima sebeb olarmi evvelceden tesekurler xais edirem Cavab yazin cunku hec kime deye bilmirem Allah razi olsun
Dr.Orxan Agabəyov | 19 Avqust 2013 09:03
Salam Sevda. Sizin yoldaşınızda potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Uşaq olub-olmaması ehtimalını öyrənmək üçün, yoldaşınız spermoqramma analizi keçməlidi. Səbəbləri dəqiqləşdirib, müalicə kursu keçmək, məsləhətdir. Uğurlar.
Vusal | 18 Avqust 2013 09:34
Salam hekim mende triximoniaz infeksiyasi var idi mualice aldim saqaldim bir ilden sonra tekrar analiz verdim xlamidiya herpes rubella cixdi mualice aldim xlamidiya analizin verdim hekimin gosteriwi ile dedi o biriler vacib deyil spermamda uzun muddetdir sariliq var idi indi cinsi zeifliyim var son bir ayda ozum nevroz xestesiyem amma hec vaxt bele zeifliyim olmayib spermam indi cox durulawib mucoplazma ve ueraplazmada var mende hekim bu infeksiyalar temizlense cinsi guc berpa olar ya ayri mualice lazimdi evvelceden size tewekkur edirem mualice ede bilersizse yaniniza gelerem
Dr.Orxan Agabəyov | 19 Avqust 2013 08:00
Salam Vusal. Cinsi zəifliyin səbəbləri fərqlidi(psixoloji və orqanik) və cinsi infeksiyalar(ureaplazma və mikoplazma) bu səbəblərə aid deyil. Yəni cinsi infeksiyalar aradan qaldırdıqdan sonrada, cinsi gücü bərpa etmək üçün, müalicə kursu lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.