ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Minur | 20 Avqust 2013 11:37
Salam hekim.ben bowalmayi tergitmem ucun ne etmeliyem.meslehetiniz var?coksaolun
Dr.Orxan Agabəyov | 21 Avqust 2013 05:21
Salam Minur. Ən effektiv üsul, tezliklə müntəzəm cinsi həyata başlamaqdır. Əgər müəyyən səbəblərdən alınmırsa, hansısa faydalı məşğuliyyətə(məsələn idmana) fikri yönəltmək məsləhətdir. Uğurlar.
sabir | 20 Avqust 2013 10:50
salam hekim. size olan sualim beledi; tayski masaj zamani her iki tererfe soyunmus sekilde olur. eger masaj zamani her iki orqan bir-birine surtuserse bundan xestelik kecme ehtimali var? hansilar, ve nederecede.. evvelceden cox saq olun..
Dr.Orxan Agabəyov | 21 Avqust 2013 05:15
Salam Sabir. Belə bir ehtimal, demək olar bütün infeksiyalar üçün var, amma  azdır. Uğurlar.
Amar | 20 Avqust 2013 09:38
salam hekim.men vorikaselden 2defe emelyat olunmusham.ama yene de varikosel var 3cu derece.menim 3cu defe emelyata girmeyim sonsuzluga getrib cixara biler?birde spermamin rengi saridi,bu n0rmaldi y0xsa..?
Dr.Orxan Agabəyov | 21 Avqust 2013 05:14
Salam Amar. Birinci növbədə spermoqramma analizi verin, əgər göstəricilər normaya uyğundursa, üçüncü dəfə əməliyyat etmək lazım deyil. Spermanın rənginin normal olub-olmamasıda bu analizdə məlum olur. Uğurlar.
Rami | 20 Avqust 2013 07:46
Добрый день. Доктор, метод ИФА на сколько % достоверен? ПЦР гораздо лучше? Т.е. может ли по ИФА методу анализа найти какой-то вирус у супруги, а у меня по ПЦР не вышло. Возможно ли ошибка? Спасибо
Dr.Orxan Agabəyov | 21 Avqust 2013 05:11
Здраствуйте Rami. Для некоторых инфекций предпочтителен метод ИФА, для некоторых метод ПЦР. Для более подробной информации, можете связаться со мной по телефонам 055 655 00 66 и 050 363 83 86. Удачи.
anar | 19 Avqust 2013 17:22
Hekim Salam.menim 35 yasim var.3 ovladim var.uzurlu hesab edin men her gun 4-5 defe dalbadal cinsi elaqede olurdum son zamanlar gunde 1 defe ola bilirem.bu 1 ildi ki davam edir .xahis edirem bunun sebebini deyesiniz
Dr.Orxan Agabəyov | 20 Avqust 2013 06:04
Salam Anar. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.).  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
ziya | 19 Avqust 2013 08:29
Salam hekim. Coxsagolunki bele bir werait yaratmisiz...sualim beledir; hekim xanimla seviwende cinsi hevesim yaxwi olur sonra 1 saat ara verirem berk yorgun oluram ikinci kere hevesim guclu olmur ve birincideki hezzi vermir bunun sebebini zehmet olmasa deyesiz ve mualicesi varmi?
Dr.Orxan Agabəyov | 20 Avqust 2013 06:04
Salam Ziya. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.).  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
İsmayıl | 19 Avqust 2013 07:30
Salam hekim, mende impotensiya var, UZİ den keçdim, prostatin ölçülüsü 47x31 mm gösterdi, bu o demekdi ki prostat vezi böyüyüb? Sidiye de normal çıxıram, xahiş edirem meslehet verin, çox sağ olun.
Dr.Orxan Agabəyov | 20 Avqust 2013 06:04
Salam İsmayıl. Cinsi zəiflik mütləq prostatitlə əlaqəli deyil, müxtəlif (psixoloji və orqanik) səbələrdən yarana bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Ayxan | 19 Avqust 2013 04:56
Salam həkim.Mənim penisim cox sərt olurdu,hər şey öz qaydasınca idi.Artıq bir ilə yaxındırki ereksiya zəifləməyə başladı.İndi isə tamam yoxdur.Amma cinsi istəyim çox yüksəkdir,həmişə yoldaşımla əlaqədə olmaq istəyirəm.amma alınmir.Eləki arxası üstə yatıram ereksiya əmələ gəlir,istəyirəm yoldaşımla olum ereksiya ölür.Xahiş edirəm bu barədə fikir deyəsiniz.təşəkkür edirəm.
Dr.Orxan Agabəyov | 20 Avqust 2013 06:04
Salam Ayxan.Bu tip problemlərin səbəbləri müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
rafiq | 19 Avqust 2013 00:03
salam hekim menim cinsi orqanim uzunlugu 13 sm dir bu meni narahat edir onun uzunlugunu artirmaq olarmi?
Dr.Orxan Agabəyov | 20 Avqust 2013 06:04
Salam Rafiq. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
Sadiq | 18 Avqust 2013 22:05
Salam hekim. Menim 28 yawim var. Daxilde olan mikroblari yoxlamaq ucun, saglam aile heyati yawamaq ucun, uwagin saglam olmasi ucun ilk once neden analiz vermeliyem? Birde bu mikroblarin en tehlukelileri hansilardir? Tewekkurler onceden.
Dr.Orxan Agabəyov | 19 Avqust 2013 12:25
Salam Sadiq. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.