Sabir | 22 Avqust 2013 22:15
Salam Orxan hekim, menim sualim beledi 18 yawim var boyum 1.92 di lakin penisim ise 14sm di. Birdeki 1defe bowalannan sonra 2ci defe cox gec alinir deye yoruluram ve heves olmur. Bu neden ola biler?
Dr.Orxan Agabəyov | 23 Avqust 2013 11:04
Salam Sabir. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
ramin | 22 Avqust 2013 19:28
salam hekim men evliyemm ama cinsi elaqeden doymuram yarim saat cekir ama suxoy vuranda dincelirem bu niye beledi ve suxoy vurmaqin ziyani var?? neye???
Dr.Orxan Agabəyov | 23 Avqust 2013 11:04
Salam Ramin. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər. Sizdə daha çox ehtimal olunan səbəb - masturbasiyadır. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
AKIF | 22 Avqust 2013 13:19
salam hekim. mende xayalarimda kicilme var her cure analizlerden kecmisem hekimler deyir mualicesi yoxdir. siz ne meslehet bilerdiz ?
Dr.Orxan Agabəyov | 23 Avqust 2013 11:01
Salam Akif. Xayaların kiçilməsi(inkişafdan qalması) müalicə olunmur, amma əgər problem spermanın keyfiyyətindədirsə - variantlar mümkündür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Anonim | 22 Avqust 2013 12:37
Salam doktor cox uzrlu sayin eyer kisi qadinla arxadan olursa yeni qadin bakiredi birden sperma qizligina deye bilerse hamile qala biler
Dr.Orxan Agabəyov | 23 Avqust 2013 11:01
Salam Anonim. Belə bir ehtimal var, amma azdır. Uğurlar.
Orxan | 22 Avqust 2013 09:53
Salam Hekim Baqiwlayin Narahat Edirem ... Mende evveller sidik kanalinan irin gelirdi .. Hekime muraciyet etmeden Taniwimdan Melumat aldim biraz .. Mende cox gec gec olurdu deye dediki boyrek aqrimasinan ola biler ona gore ustune duwmedim .ama vaxt kecdikcen gorurem aqrilar emele gelir hemde tez tez sidikden sonra irin gelir ... yeni bir sozle qonoreya Deyilen xesteliyin her cure elametini gorurem ozumde .. bununla baqli sizinle nece elaqe qura bilerem ... Ve bunun mualicesi cox bahadir ???? xaiw edirem mene meslehet goresiz
Dr.Orxan Agabəyov | 23 Avqust 2013 10:54
Salam Orxan. Qonoreya xəstəliyi kişi sağlamlığı ücün çox təhlükəlidir və müalicə mütləq aparılmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
isimxan | 22 Avqust 2013 09:44
salam hekim. narahat ediyim ucun uzur isdeyirem hekim mende pisixoloji ED diyaqnozu qoyulub. 1 aydi mulice gotrurem amma hec bir faydasi deymir. pisixoloji ED mulicesi uzun mudetmi davam edir? xayis edirem ki sualimi cavablandirasız
Dr.Orxan Agabəyov | 23 Avqust 2013 10:46
Salam İsimxan. Əgər müalicə düzgün aparılırsa, artıq 10-15 günə ilkin pozitiv dəyişiklər olmalıdır. Ümumi müalicənin müddəti, individualdır. Müalicədə həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Uğurlar.
azer | 22 Avqust 2013 09:18
Salam hekim menim 16yawim var uziden kecdim sol xayada 0.4mm su yigilib kista olub.bunun mualicesi aprasiyaynan olacaq yoxsa mualice yolu ile? 1de mende sol xaya saga nisbeten awaggi dogru sallaqdir yeriyende sanci ayagima verir tutulur ayagim.xaiw edirem cavab yazasizin
Dr.Orxan Agabəyov | 23 Avqust 2013 10:46
Salam Azer. Adətən xaya kistalarını nə əməliyyat nədə ki müalicə etmək lazım olmur, sadəcə vaxtaşırı müşahidə etmək lazımdır. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Uğurlar.
behruz | 22 Avqust 2013 07:34
salam hekim menim peisimin uzunlugu 11sm bu normaldi.birdeki faizim cox asagidi ne etmeliyem xihis edirem cvb yazasiz.
Dr.Orxan Agabəyov | 23 Avqust 2013 10:46
Salam Behruz. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Spermoqrammada hərəkətlilik faizlərinin aşağı olması səbəblərini müəyyənləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
ilham | 20 Avqust 2013 17:46
salam hekim.men 10 aydi aileliyem usagim olmur.37 yasim var.spermoqrammadan kecdim neticeleri:eyakulyatin miqdari 4.2---rengi bozumtul ag--qatiligi qati--pH 7.5---durulawma vaxti 52deq---spermotozoidlerin miqdari 1mlde 52---spermotozoidlerin miqdari butun eyakulyatda 218---aktiv duz hereketli 23%---reqsi hereketli 13%---zeif hereketli 30%---hereketsiz 34%---bawciq 12%---cismi 1%---quyruq 4%---spermatogenez huceyreleri 1dereceli---spermatoaqqlutinasiya yoxdur hec birinde.morfologiya 36%---leykositler 4/5---eritrositler yoxdur.epiteli huceyreleri 1/4---lesitin deneleri cpx miqdarda.trichomonas vaginalis maya gobeleyi yoxdur.aqlunasiya 1dereceli---selik az miq.bu neticelere gore olmur usaq?problem nededir?yoldasimda hec 1problem yoxdu,mene hekim bu neticelere uygun 2derman yazdi,.xayis edirem mene deyesiz problem nedir mende?
Dr.Orxan Agabəyov | 21 Avqust 2013 05:30
Salam İlham. 1. Siz spermoqramma analizini, köhnə normativlələr olan klinikada vermisiz, müasir normativlər fərqlidir. 2. Bu spermoqrammadakı göstəricilər(hərəkətlilik faizləri) normadan aşağıdır. 3. Göstəricilərin düşmə səbələrini araşdırıb, düzgün müalicə təyin etmək olar. Uğurlar.
sahib | 20 Avqust 2013 14:17
salam hekim. necesiniz? uzre isteyirem mende duranda, penisin ucuna bir az acisdirma olur. bu ne ile elqedardir?
Dr.Orxan Agabəyov | 21 Avqust 2013 05:21
Salam Sahib. Çox güman ki, Sizdə uretrit (sidik kanalının iltihabı) əlamətləridir. Dəqiqləşdirib, müalicə kursu keçmək məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.