ilham | 26 Avqust 2013 16:17
Salam.Men cox zeifem hekim mene e- dermani yazib 4gundu atiram.dermani atandan sonra halim pis olur ter basir hedden cox terleyirem. Bu ne dermanidi bilmek olar? Evvel bele deyildim.
Dr.Orxan Agabəyov | 28 Avqust 2013 05:33
Salam İlham. Bu dərman preparatının tərkibini yazın. Və yaxud ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
mine | 26 Avqust 2013 14:05
Salam doktor men bes ayliq hamileyem ve ayaqlarimi sixaraq orqazm oluram bunun usaga ziyani yoxdu ki bir de ci si elaqeni basi da orqazm oluram ve davamini istemirem mene komel edin tsk
Dr.Orxan Agabəyov | 28 Avqust 2013 05:33
Salam Mine. Hamiləlik vaxtı, güclü orqazm hamiləliyin gedişinə təsir edə bilər, diqqətli olun. İstəksizlik də hamiləliklə bağlı ola bilər(hormonal balans dəyişir). Uğurlar.
melek | 26 Avqust 2013 12:07
salam doktor.deye bilersizmi bu neticelerle hamile qalmaq mumkundur?Eyakulyatın həcmi 2.5,Konsistensiyası 0.1,Konsistensiyası 0.1,Durulaşma vaxtı 35 dəqiqə,Spermatozoidlərin 1 ml- də miqdarı 26 mln. > 15,
Eyakulyatda spermatozoidlərin ümumi sayı 65 > 39,İrəli hərəkətlilər 18 % > 32
Rəqsi hərəkətlilər 16 %,
Hərəkətsiz 66%,Hərəkətli spermatozoidlər sayı 34 % > 40
Morfoloji normal (Kryuqer üsulu) 5 % > 4
Başcıq(patoloji) 45,Boyuncuq(patoloji) 10
Qarışıq(patoloji) 25
Canlı spermatozoidlər 61 % > 58
Spermatogenez hüceyrələri 1 % 0 - 10
Spermaqqlütinasiya Yoxdur
Leykositlər
Dr.Orxan Agabəyov | 28 Avqust 2013 04:59
Salam Melek. Spermoqrammanın əsas göstəricilərindən olan, irəli hərəkətli spermotozoidlərin faizi - normadan azdır. Bunun səbəbini müəyyənləşdirib, müalicə kursu keçmək məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ali | 26 Avqust 2013 09:55
Salam hekim menim 21 yasim var uzde tuk tam cixmir bunun bir mualicesi var?
Dr.Orxan Agabəyov | 28 Avqust 2013 04:58
Salam Ali. Müalicə səbəblərdən asılıdır, ola bilər ki hər şey qaydasındadır, sadəcə tüklənmə prosessi bir müddətdən sonra başlayacaq. Amma əgər hansısa səbəb varsa, hansıki bu prosessi əngəlləyir - bəli müalicə etmək olar. Uğurlar.
Sabir | 26 Avqust 2013 07:19
Salam doktor. 2 sualım olacaq.
1) Masturbasiya vaxtı 1-2 dəqiqəyə orqazma çatma erkən boşalma kimi qiymətləndirilə bilər?
2) Erotik videolara baxarkən heç bir sürtünmə olmadan avtomatik orqazmın olması təbiidirmi? (bu nadir hallarda baş verir)
Dr.Orxan Agabəyov | 28 Avqust 2013 04:58
Salam Sabir. 1. Xeyr, yalnız cinsi əlaqə zamanı, boşalma tez olursa - erkən boşalma diaqnozu təyin edilir. 2. Xeyr, bu yaxşı hal deyil, belə situasiyalar çalışın olmasın. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
qasim | 26 Avqust 2013 04:56
Salam hekim . Menim size sualim cox bosalmaq bar3de olacaq bu ziyandirmi? Yeni ne kimi ziyanlari var men idmanciyam mene ne kimi ziyan ola biler xais edir cavab yazasiz
Dr.Orxan Agabəyov | 28 Avqust 2013 04:57
Salam Qasım. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. İdmanla məşğul olan insanlar, məşqdən öncə və sonra masturbasiya etməsələr, daha yaxşı olar. Uğurlar.
Orxan | 25 Avqust 2013 20:16
Salam hekim men sizin yaniviza muayineye gelmek isteyerdim muayinenin qiymeti ne qederdir?
Dr.Orxan Agabəyov | 26 Avqust 2013 06:52
Salam Orxan. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Elnur | 25 Avqust 2013 19:51
Salam hekim,25 yawim var,aile qurmaga hazirlawiram inshallah,uzr isteyirem suala gore,mende xayalardan biri inkisafdan qalmiwdir,demek olar ki yox derecesindedir,vaxtile emeliyyat olmuwdum,(nedise iceriye cekilme ile elaqedar idi ,sebebi yadimda deyil) 2011 de spermoqramma analizi vermiwem neticeleri :
miqdari 3.2 ml ,qatiligi 0.5 sm , PH 7,8 ,durulma vaxti 25 deq , konsentrasiya 48 mln/ml ,,hereketlilik (100 toxumda) 50%, celd ireli hereketli 8%,zeif ireli hereket edenler 19%,yerinde hereket edenler 23%,hereketsizler 50 %,morfologiya 18 %,bas 10%,boyun 5%,quyruq 3%,spermotoqenez huc 2%,leykositler 1 mln/ml, eritrosit yox,epitel huc tek tek,lesitin denec orta miqdarda,spermaaqqlutinasiya ( ) her hansi bir mualiceye ehtiyac varmi? bu qorxulu hal deyil?
Dr.Orxan Agabəyov | 26 Avqust 2013 06:52
Salam Elnur. 1. Spermoqrammanın göstəriciləri 2 həftə ərzində dəyişə bilər. Siz bu analizi 2 il bundan qabaq keçmisiz, təkrar spermoqramma vermək məsləhətdir. 2. Bu spermoqrammada əsas göstəricilər normaya uyğundur. Uğurlar.
cavid | 25 Avqust 2013 19:10
Salam hekim men cinsi elaqede olanada sonra ikinci sefer mende hec alinmir bunun sebebi ne ola biler
birde tebii yolla ne ede bilerik
Dr.Orxan Agabəyov | 26 Avqust 2013 06:52
Salam Cavid. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Saytda, potensiyanın gücləndirilməsi mövzusunda, məqalə var, çalışın oradakı tövsiyyələrə riayət edəsiniz. Əgər bir müddətdən sonra, özünüzdə fərq hiss etməsəz, müalicə lazım olacaq. Uğurlar.
Vuqar | 25 Avqust 2013 16:00
salam hekim.16 yashim var son 2 aydir hiss eliyirem ki tez tez tualete cixiram.bu hadise g-y dermani var idi onu icennen sora oldu hekim oturanda bir o qeder de hiss etmirem ki sidiyim gelir ancaq hereket eden de hiss edirem ki siymeyim var.cox vaxt bashqa yerde oluram sidiyim gelen kimi tualete cixanda biraz cetinlik cekirem biraz guc vermeli oluram ama sidiyim gelennen bir muddet sora tualete cixanda tualete normal cixiram biraz gozleyirem ve siyirem.hekim texmini 6 ci sinifden masturbasiya ile meshgul oluram ele olurdu ki gunde 2 defe 3 defe masturbasiya ile meshqul olurdu ve bir nece muddet de ara verirdim yeni texmini 4 ildir masturbasiya ile meshqul oluram son vaxtlar zeyiflik de hiss edirem.cox xahish cavablandrin
Dr.Orxan Agabəyov | 26 Avqust 2013 06:47
Salam Vuqar. 1. Sizdə çox güman ki, sidik kisəsinin iltihabı(sistit) əlamətləri var. Dəqiqləşdirib, müalicə kursu keçmək məsləhətdir. 2. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.