ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
mehemmed | 27 Avqust 2013 18:20
salam hekim menim spermoqramamin miqdari 2 rengi-achiq boz qatiliqi - 0.2 1ml-de konsentrasiya-32 umumi hecmin konsentrasiyasi 64 aktiv hereketliler - 40 ireli hereketliler -60% dairevi hereketliler-40% azhereketliler-30% hereketsizler 30% bashciqlari bedenleri quyruqlari - spermatogenez huceyreler 1% lesetin denecikleri -az miqdarda bashciqlarla quyruqlarla - qarishiq eritrositler - leykositler 3-4 epiteller - bele bir netice ile yoldashim hamile qala biler yaxud hansisa mualice almaliyam
Dr.Orxan Agabəyov | 29 Avqust 2013 04:23
Salam Mehemmed. Spermoqrammanın göstəricilərin düz yazmamısınız(yada laboratoriya düz verməyib). Hərəkətlilk faizlərinin cəmi - 100% faiz olmalıdır, Sizdə isə - 200% bərabərdi. Dəqiqləşdirin və düzgün rəqəmləri göndərin. Uğurlar.
ayxan | 27 Avqust 2013 17:33
salam hekim .menim 13 yasim var. 10 - 13 defe menden sperma gelib. elebil penisin altinda sepki emele gelib ve damar genislenib. bunun problemi var?
Dr.Orxan Agabəyov | 28 Avqust 2013 06:19
Salam Ayxan. Bu yaşda spermanın gəlməsi təbii haldır. Damar genişlənməsinin olub-olmamasını öyrənmək üçün, xayaların doppler müayinəsindən keçmək məsləhətdir. Uğurlar.
Emil | 27 Avqust 2013 13:07
Salam Həkim.Mənim bədənimdə güclü soyuqdəymə olduguna görə prostatın mualicəsi prosesi gec gedir.Dəhshətli dərəcədə tərləyirəm.Xahish edirəm bu soyuqdəyməni necə çıxarılmasını məsləhət edəsiniz.Sidiyə gedəndə sidik haça formasında çıxır və zəiflik yaradıb yəni sidik təzyiqlə çıxmır.Qabaqcadan çox sag olun
Dr.Orxan Agabəyov | 28 Avqust 2013 06:08
Salam Emil. Biriinci növbədə prostatitin müalicəsi aparılmalıdır sonra isə bədən müqavimətini(immuniteti) artıran tədbirlər - idman, düzgün qidalanma, aktiv həyat tərzi və s. aparılmalıdır. Uğurlar.
ilham | 27 Avqust 2013 12:11
Salam , Hekim men 5 ay bunnan evvel cinsi xesteliy tutmushdum, mualice eletdirdim, ama mualicenin sonunda analiz vermedim, ustunnen 2 ay kecennen sora birde eyni xesteliy bashladi, ama birinci xestelikden sonra qoruyucusuz elaqeye girmirdim, xesteliyin adini bele bilmirem, xesteliy ikinci defe qayidannan sonra hekime gedmemishem, bu ne kimi fesadlar vere biler, ? elave olaraq bir sualimda var cinsi orqani boyutmek mumkundur ?
Dr.Orxan Agabəyov | 28 Avqust 2013 06:07
Salam İlham. 1. Əgər cinsi infeksiya tam müalicə olmayıbsa -  kişi cinsi sağlamlığı üçün çox ciddi fəsadlar ola bilər. Mütləq dəqiqləşdirib, müalicə kursu keçin. 2. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
REMISH | 27 Avqust 2013 12:08
hekim salam.menim penisimin dibinde yeni qarnimin lap asagisinda bir balaca sizaq var idi onu sixdim icinden cirk xixmadi ustelik qanadi sonra ona deymedim o sizaq yavas yavas boyudu et xali kimi berk olub qalib orda ve ikinciside onun yaninda cixib o ne olan seydi mene deyirler zigildi onu nece yoxa cixartmaq olar
Dr.Orxan Agabəyov | 28 Avqust 2013 06:01
Salam Remish. Bu çox güman ki, papillomavirus xəstəliyinin əlamətidir. Bu xəstəlikdə  dərman prepartları yanaşı lazer koaqulyasiyası da istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Anonim | 27 Avqust 2013 06:44
Salam.Menim 15 yawim var ve oz irademle bedenimden sperma cixmir.Bunun mene ne kimi ziyani ola biler?Yeni nece gunu kecdikde bedenden spermanin cixmamasi mene ziyan vere biler.Evvelceden çox sagol.
Dr.Orxan Agabəyov | 28 Avqust 2013 05:34
Salam Anonim. Sizin yaşınızda - heç bir ziyanı yoxdu. Uğurlar.
nurana | 27 Avqust 2013 05:46
salam hekim 1 ildirki aile heyati qurmusam yoldasim sag xaya wemeliyati kecirib bele desek xaya inkisafdan qaldigi ucun cixarilibdir emeliyyatdan evvel sperma 0% ,FSH 10,2 LH 9,8 idi artiq emeliyatdan 4 ay kecib derman ve iynelerle mualice alir hekim onu da qeyd edimki cinsi isteyi olduqca yaxsidir hekim bilmek isteyiremki spermada artim ola bilermi?bizim ovladimiz olacaqmi?buna gore cox narahatam xahis edirem sualimi etrafli cavablandirardiniz
Dr.Orxan Agabəyov | 28 Avqust 2013 06:00
Salam Nurana. Əgər FSH normadan yuxarıdırsa, spermanın göstəricilərinin bərpasına ümid azdır. Hər halda süni mayalanma variantı da var. Başqa vacib göstəriciləri yazmadığınıza görə, dəqiq proqnoz vermək çətindir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
EMIL | 27 Avqust 2013 05:12
Salam hekim size bir sualim olacag Bakida cinsi organi boyutmek ve ya qalinlawdirmagcun emeliyyatlar varmi varsa qiymeti necedi??? cox xahiw cvblandirarsiz
Dr.Orxan Agabəyov | 28 Avqust 2013 05:33
Salam Emil. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
kerim | 26 Avqust 2013 19:50
salam hekim yene men sizi narahat edirem. penisin olcusune emeliyyatsiz hansisa bitkilerle ve qida ile tesir etmek olar?onceden cox sag olun
Dr.Orxan Agabəyov | 28 Avqust 2013 05:33
Salam. Penisin ölçülərinə heç bir qida vasitəsi və ya bitki, təsir etmir. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
Kamran | 26 Avqust 2013 18:11
salam hekim.cinsi orqani nece böyutmek olar emeliyatsiz?hansi dermanla ve yaxud hereketle?
Dr.Orxan Agabəyov | 28 Avqust 2013 05:33
Salam Kamran. Penisin ölçülərinə heç bir dərman vasitəsi, təsir etmir. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.