Zadeh | 30 Avqust 2013 09:48
Salam həkim! Mənim penisimdə anadangəlmə əyrilik var. Yəni ereksiya zamanı aşağı doğru əyilir. Düzəlməsi üçün hansısa bir müalicə varmı?
Dr.Orxan Agabəyov | 31 Avqust 2013 06:01
Salam Zadeh. Penis əyriliyinin yüngül dərəcələrində, dərman müalicəsi tətbiq edilir, amma adətən əməliyyat tövsiyyə edilir. Uğurlar.
Rövşən | 30 Avqust 2013 08:22
Salam doktor Bu analizin cavabına görə uşaq sahibi olmaq mümkündürmü təbii vəya süni mayalanma yolu ilə.ümumi sperm sayı-0 aktiv sperm sayı-0 ümumi hərəkət faizi-0 sinif a-0 sinif b-0 sinif c-0 sinif d-0 a b-0 aktiv sperm süreti-0 ph-0 spermatazoidlərin miqdarı-0 hərəkətli spermatazoidlərin faizi-0 pataloji formalı spermatazoidlərin faizi-0 baş -0 quyruq-0 bədən-0 spermaaqqlutinasiya-o quyruq-quyquğa-0 baş-başa-0 qarışıq-0.Bir sözlə hər şey 0-dır. Uzinin cavabı- Sağ tərəfdə epididimisda kista .Sol tərəfli varikosele 1 ci dərəcə.2dəfə analiz vermişəm Eyni cavab çıxıb .Mənim övladım ola bilərmi .Xahiş edirem cavab vererdiniz .Əvvəlcədən sağ olun.
Dr.Orxan Agabəyov | 31 Avqust 2013 06:01
Salam Rövşən. Əgər spermoqrammanın bütün göstəriciləri sıfıra bərabərdisə, şanslar yoxdur. Amma fikrimcə xayaların dopplerinin nəticəsi tam düzgün deyil. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Bakinec | 30 Avqust 2013 06:30
Hekim salam, bir sualim olacaq.Mende bele bir problem var hansi ki, bezi hallarda mende oz-ozune bowalma gedir.Bowalma dedikde yeni ki, meselen qarsi cinsin bedenine adice elimle toxundugumda bir muddet sonra cinsi orqanimda axmalar olur, oz ozune bowalma gedir, qisacasi qarsi cinse adice el ile toxunanda ve ya munasibete girmemiwden once yasanan elaqe (sevisme) zamani artiq bosaliram, daha cinsi elaqeye girmeye ehtiyac qalmir.Bu tez bowalmanin, oz ozune axib gelmenin sebebini bilmek isteyerdim, ve mualicesi varsa mualice yolunu deyerdiniz.Hec bir xestelik yoxdur herwey qaydasindadir amma ozumden asli olmayaraq axib gelmesi problem var, bu barede meslehet ve komeyiniz lazimdir.Onceden tesekkurler
Dr.Orxan Agabəyov | 31 Avqust 2013 06:01
Salam Bakinec. Bu çox ciddi problemdir, yəni erkən boşalmanın ən şiddətli forması. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Ismayil | 30 Avqust 2013 06:15
Здравствуйте, доктор. Скажите пожалуйста папиллому как проверяют мазком? Какой именно штамп папилломы можно этим установить?
Dr.Orxan Agabəyov | 31 Avqust 2013 06:01
Здраствуйте İsmayil. При скрининге можно выявить все (онкогенные и неонкогенные) типы папилломавируса. Но подобная диагностика есть не во всех клиниках. Для более подробной информации, можете связаться со мной по телефонам 055 655 00 66 и 050 363 83 86. Удачи.
Kenan Mirzeyev | 29 Avqust 2013 14:35
Salam hekim.3 ildir aileliyem,ovladim yoxdu.analiz vermiwem,neticeler beledi----spermatazoidlerin miqdari-18 mln, spermatazoidlerin miqdari butun eyakulyatda 36 mln, hereket qabiliyyeti umumi-13%, celd irelileyen 6%,zeif irelileyen 7%,yerinde irelileyen 11%, hereketsiz 76%, pataloji formalar bascigin-7%, cisminin 4%, quyrugunun 6%, biristiqametli 30, seyirici 70, normal morfoloji spermatazoidler 72%, spermatogenez huceyreleri 1%. bu neticelerle hamilelik bas vere bilermi?
2-ci sualim ise budur ki,demek olar ki,gunun 15-17 saat komputerin arxasinda oluram,qidalanmam da cox zeifdi.bu gune qeder mayalanma prosesinin bas vermemesine sebeb ola bilermi bu? her iki sualima cox xahis edirem cavab yazin. tesekkurler
Dr.Orxan Agabəyov | 30 Avqust 2013 08:05
Salam Kenan. 1. Sizin spermoqrammada hərəkətlililk faizləri normada çox aşağıdır və bu nəticələrlə hamiləlik şansları azdır. 2. Həyat tərzi, spermanın keyfiyyətinə təsir edə bilər, amma daha real səbəblər orqanizmdə olan proseslərlə bağlıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Vasif | 29 Avqust 2013 10:08
Salam hekim mende seherler hemise penisim erreksiya olurdu... son 1 ilde bu olmur seherler... birde penisimde 2 dene sonrada emele gelme xal var... Bu nedir ? Bu xali mualice etmek mutleqdirmi?
Dr.Orxan Agabəyov | 30 Avqust 2013 07:50
Salam Vasif. 1. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). 2. Bu çox güman ki papillomavirusdu, müalicə etmək məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Vasif | 29 Avqust 2013 09:08
Salam Hekim. Mende 7-8 aydiki cinsi zeiflik musahide olunur. Gece ve gunduz vaxtlari penisin qeyri-adi aktivleshmemesi, cinsi hevesin azalmasi meselen evveller bir qizin mene toxunmasi kifayet idiki mende ona qarshi seksual hissler yaransin ama indi yanimda yatanda bele ona qarshi cox az istek olur. Penisin tam sertleshmir adi vaxtlarda. Yalniz - kimi heblerin komeyliyiyle istediyim qeder cinsi elaqede oluram. Mende sol ve sag axrinci qabirganin altindan bashlayir xayaliq istiqametinde ve qarin boshlugunda sancilar olur bununla elaqeder ola bilermi? Utandigimdan hekime muraciet etmemishem ama goruremki bu mende heyata olan hevesimi tamamile oldurub. Sizden cox xahish edirem sualimi cavabsiz qoymayin. Eyer mualicesi varsa size nece muraciet ede bilerem? Onuda qeyd edimki sidiye normal gedirem, boshalma normaldi ama cox erken bash verir. Evvelceden teshekkur edirem bizim kimi xestelere vaxt ayirib suallarimizi cavablandirdiginiza gore
Dr.Orxan Agabəyov | 30 Avqust 2013 07:50
Salam Vasif. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
gunayyy | 29 Avqust 2013 09:04
Salam. Men cinsiyyetimde 3, 4 gun qasinma hiss etdim ve hekime muraciet etdim analizin cavabina gore mende gobelek ve cinsi yolla kecen insan papiloma virusu askarlandi hekim ziyilleri yandirmagi meslehet gordu pulum olmadigina gore pul tap gelersen dedi ve mualice yazdi , men internetde virus haqqinda oxudum olumcul necisesi oldugunu oxudum .sizce men virusu yandirtsam menden tam kecer papiloma?? Xahis edirem sualima cavab veresiz , indiden sonsuz tesekkurler.
Dr.Orxan Agabəyov | 30 Avqust 2013 07:50
Salam Gunayyy. Papillomavirusun tipləri 2 qrupa ayrılır - onkogen(yəni şiş xəstəlikləri yarada bilən) və qeyri-onkogen(yalnız kosmetik defekt yaradan). Birinci növbədə yoxlamaq lazımdır - Sizdə hansı tipdir, sonra isə lazerlə koaqulyasiya etmək. Əgər düzgün müalicə üsulları seçilsə - heç bir problem olmaz. Uğurlar.
Azay | 29 Avqust 2013 05:32
salam hekim mumkunduse meme tez cavb verin men yasimdan tez cinsi elaqeye girdim ve diyesen xestelendim ne meslehet gorusuz
Dr.Orxan Agabəyov | 30 Avqust 2013 07:50
Salam Azay. Tezliklə cinsi infeksiyaları yoxlayıb müalicə kursu keçmək məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Zaur | 28 Avqust 2013 22:02
Salam hekim.Men 1 problemle uzlewmiwem.Aileliyem 1 ovladim var.Cinsi heyatimda problem var.2 ci uwag isteyirik.Bu u 3 ilde butun analizleri vermiwem.Problem yoxdu.Ama yoldawimla cinsi elagede olanda cinsi organ olur,istek itir.Ve yaxuda istek olur ama cinsi organ durmur,ve ya eksine.sam udevlayus.hec bir cinsi xestelik tutmamiwam.mene komek edin.
Dr.Orxan Agabəyov | 29 Avqust 2013 07:16
Salam Zaur. Əgər müayinələrin nəticəsi yaxşıdırsa - bu daha çox, psixoloji səbəbləri olan problemdir. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.