veli | 16 Noyabr 2014 20:14
Həkim evvelceden salam, sizden xahiş edirəmki menim sualima cavablandirasız.Men varikoselden bir dəfə əməliyyat olmusam ve ustunden bir il kecib.Sol xayamda ağrı olduğuna gorə uzi elətdirdim.Təyin elədilər ki, iktərəfli varikosel var.Varikosel tez boşalma ve cinsi zeiflik yarada bilermi?? Mene cavab verdilər ki yenidən əməliyyat lazimdir. Həmin həkimə güvənim olmadığından əməmliyyat etdirmədim.Həkim siz ne meslehet gorursüz.əməliyyat lazimdirmi??
Dr.Orxan Agabəyov | 17 Noyabr 2014 06:19
Salam Veli. Əgər əməliyyat cinsi zəifliyi və erkən boşalmanı aradan qaldırmaq məqsədi ilə aparılırsa - bunun heç bir mənası olmayacaq. Əgər əməliyyat spermanın keyfiyyətini artırmaq məqəsədi ilə aparılırsa - əməliyyat etmək vacibdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elcin | 16 Noyabr 2014 18:18
Salam men ureoplasma xestesiyem bu xestelik yoldasima kece bilermi muailce aliram
Dr.Orxan Agabəyov | 17 Noyabr 2014 06:17
Salam Elcin. Əgər müalicə müddətində cinsi həyat yaşayırsızsa(prezervativsiz) və ya müalicə uğursuz alınarsa - bəli, cinsi partnyorunuza(yoldaşınıza) yoluxdura bilərsiz. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
anonim | 16 Noyabr 2014 16:54
Salam Orxan bey evvelceden tesekkur.Menim bacim 1 ildirki evlenib usaqlari olmur .Yoldasi varikoselden emeliyyat olundu 1 dereceli amma yenede irelileyis yoxdur spermatogenin hecmi3/5,qatiliq normal,PH-8,sayi 1ml-8 milyon,spermanin sayi 28 milyon,hereketi aktivliyi-0%,zeifliyi-60%,hereketsiz-40%,aqqlutinasiya yoxdur.Lesitin denecikleri az miqdarda,Leykosit-1-3g/s,Epitel-0-1g/s,Eritrosit-yoxdur,Infeksiya-?.Morfoloji deyisiklik cox miqdarda.Spermanin bas-boyun ve quyruq hissede deyisiklik.Cavan huceyre 1% dir.Bu gostericiler bu hefte olunmus analizlerin cavabidir.Bu gostericilerle usaqlari ola biler yoxsa suni mayalanma daha meqsedyonludur.
Dr.Orxan Agabəyov | 17 Noyabr 2014 06:16
Salam Anonim. Spermoqrammanın göstəricilərinin belə olması, cinsiyyət sistemində ciddi problemlərin olmasından xəbər verir. Bu problemləri araşdırıb, müalicə haqqında proqnoz vermək olar. Əgər müalicənin uğurlu olması ehtimalı yüksək olmazsa, süni mayalandırma məqsədəuyğun sayılacaq. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
vusal | 16 Noyabr 2014 16:44
salam hekim men vusal .Hekim son iki aydir sekse maraqim itib iki ay bundaq qabaq bir xanim 8 defe yasayrdimsa indi ikincini gucle oluram ve tez bosaliram yasim da 22 bele biseyin olmasi mebi psxolji tesr edir.cvb versez sevnerem.
Dr.Orxan Agabəyov | 17 Noyabr 2014 06:16
Salam Vusal. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ziyəddin | 16 Noyabr 2014 09:43
Salam hekim.son altı ayda cinsi fealiyyetim aşağı düşüb.evvel hec bele olmayıb.xahis edirəm melumat vereydiz
Dr.Orxan Agabəyov | 17 Noyabr 2014 06:15
Salam Ziyəddin. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Mehemmed | 16 Noyabr 2014 09:27
Salam heki ilk onceden uzur istiyirem.hekim men bir hefdedirki bir qadinla oluram ki uc gundu bele bir fesadlar baw verir mende sidike gedikde ve adi hallarda cinsi orqanim ayiwir ve tez tez oz ozune cirke oqwar bir wey gelir
Dr.Orxan Agabəyov | 17 Noyabr 2014 06:15
Salam Mehemmed. Çox güman ki, Siz cinsi yolla keçən infeksiya ilə yolumusuz. Birinci növbədə, cinsi infeksiyalar yoxlanmalıdır, sonra isə müalicə kursu təyin ediləcək. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
xaliq | 16 Noyabr 2014 05:26
salam hekim men 1 ildi evliyem ama uwagim olmur cinsi elaqede olan vaxtda texmini 2.3 deyqeye bowaliram.Mende xesteliy ola biler?evvelceden minnetdarligimi bildirirem
Dr.Orxan Agabəyov | 17 Noyabr 2014 06:13
Salam Xaliq. Əgər cinsi əlaqə zamanı boşalma erkən olarsa, cinsi partnyorda orqazm olmur, yəni cinsi əlaqədən məmnunluq olmur və nəticədə partnyor narazı qalır və bu da münasibətlərdə bir sıra problemlər yarada bilər. Kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
elcan | 16 Noyabr 2014 00:12
salam Dr men cinsi elaqeye girmemiwden qabaq ag maye halinda wire gelir o nedendi mumkunsesualimi cavablandirarsiniz evvelceden tewekur eliyiem size buna gore cox narahatam qorxusu yoxdu
Dr.Orxan Agabəyov | 17 Noyabr 2014 06:13
Salam Elcan. Bu şirə, çox güman ki, Kuper vəzilərinin ifraz etdiyi şirədi və hansısa xəstəliyin əlaməti deyil. Bu şirə, sürtgü(smazka) funksiyasını yerinə yetirir və cinsi əlaqənin komfortlu(rahat) keçməyi üçündür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
vusal | 16 Noyabr 2014 00:06
Salam hekim.evvelceden tewekkur.son zamanlar men cinsi elaqede olarken birinci defe normal olur her wey ikincini qurtara bilmirem bu nese xesdelikdimi ve ya yawla elaqedar olarmi yas 29 du
Dr.Orxan Agabəyov | 17 Noyabr 2014 06:13
Salam Vusal. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
elsad | 15 Noyabr 2014 10:16
Salam doktor.menim qasiq nahiyelerimde sancilar olur ve sidiye geddikden sonra sonra eele his edirem sidiy yolunda sidik qalib.bu neynen elaqeder ola biler.tesekkurumu bildirirem.
Dr.Orxan Agabəyov | 17 Noyabr 2014 06:14
Salam Elsad. Bu əlamətlər, sidik-cinsiyyət sistemində olan iltihabi prosesin - sistit, prostatitin əlamətləridir. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.