ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Xeyal | 31 Avqust 2013 11:33
Salam hekim menim 16 yawim var men de her gun ehtirasdan partliyiram uzur istiyirem sxoy vurmagin ziyani varsa mene deyerdiz indiden twk ler
Dr.Orxan Agabəyov | 2 Sentyabr 2013 05:06
Salam Xeyal. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
Islam | 31 Avqust 2013 09:33
salam!menim 13 yasim var 14 olur yanvarin 14 du. men evveller sperma cox atirdim indi tergizmey isteyirem ve 9 gundn bir 1 hefteden 1 atiram bunun ziyani var? deyirler boya tesiri olur adami ariladir bu dogrudurmu? evvel ceden cavabiviza gore sagolun deyirem.
Dr.Orxan Agabəyov | 2 Sentyabr 2013 05:06
Salam İslam. Masturbasiyanın nə boy artımına, nədə ki arıqlamağa aidiyyatı yoxdur. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
Rövşən | 31 Avqust 2013 07:27
Salam doktor.Cavabınıza görə sağ olun.Mən analiz verəndə spermoqrammanın cavablarının hamısı 0 çıxanda həkim məni uziyə göndərdi Uzinin cavablarına mənim androloqum da eyni sözləri dedi ona göre yeniden sperma analizi istedi verdim yenə cavablar 0 çıxdı mənə müalicə yazdı .Dedi ki uzinin cavabı ilə spermanın 0 olmasınin heç bir dəxli yoxdur Sperma hansısa başqa səbəblərdən 0dır.Müalicə etsəm köməyi olarmi.Ümumiyyətlə ovladımın olma şansı yoxdurmu.Başqa həkimə də göstərdim dedi müalicənin xeyri yoxdur.
Dr.Orxan Agabəyov | 2 Sentyabr 2013 05:06
Salam Rövşən. Birinci növbədə, aydınlaşdırmaq lazımdır - hansı səbəbdən spermanın göstəriciləri sıfırdı. Bunu aydınlaşdırmamış, müalicəyə proqnoz vermək çətindir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Eldar Iskandarov | 30 Avqust 2013 22:55
Salam hekim. Her vaxtiniz xeyir olsun. Yoldashim hamileliyin 9cu heftesine kechib. Cinsi elagede olmag olar? Men chox chekinirem sadece gorxuram ki ushaga ve ya yoldashima ziyan vere bilerem. mumkunse etrafli cavab yazin. tessekurler.
Dr.Orxan Agabəyov | 31 Avqust 2013 06:25
Salam Eldar. Əgər hamiləlik vaxtı cinsi həyata əks-göstərişlər yoxdursa(bu informasiyanı müalicə edən qinekoloqdan öyrənirsiz), son 4-6 həftə istisna olmaqla, cinsi əlaqədə olmaq olar. Uğurlar.
riyad | 30 Avqust 2013 20:04
salam. menim testislerim 3 sm dir . dediler balaca olmagi testesteron seviyesinin azligindan ola biler testesteron analizi verdim heqiqetende az oldugunu dediler. testesteron mualicesi elesem testisler boyuyer? sizin yaniviza gelsem muayine etsez nece bir muddete normal boyukluye catar?
Dr.Orxan Agabəyov | 31 Avqust 2013 06:37
Salam Riyad. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
anonim | 30 Avqust 2013 17:47
salam doktor.mende prostat vezde klsinatlar qeyd olunur.1.5 sm boyukluyunde.ereksiyada da problem yashayiram.33yashim var.olcusude kicikdir.12.5 -13 sm olur tam sertleshmish halda.tam sertleshir tez de zeifleyiryeni boshalana qeder sertlik davam etmir.bunun tem mualicesi varmi? yeni kecmishde saqlam olduqum vaxtdaki kimi ola bilermi.cinsi heyatimi vaxtashiri davam etdirirem.cox saqolun.anonimliyi saxlasaniz ve sualima cavab verseniz cox shad olardim.
Dr.Orxan Agabəyov | 31 Avqust 2013 06:24
Salam Anonim. Birinci olara Sizdə prostat vəzidə olan iltihabi prosesi aradan qaldırmaq lazımdır sonra isə cinsi güçü stimulyasiya edən müalicə. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Ferhad | 30 Avqust 2013 13:31
Salam hekim internetde oxuduguma gore kiwinin cinsi orqanin uzunlugu 10 sm cox olmalidir. Isterdim mene komek edesiz ne edim ki inksaaf tez gersin ve cox boyusun. Bununla bagli hansi qidalari tovsiyye ederdiz?
Dr.Orxan Agabəyov | 31 Avqust 2013 06:01
Salam Ferhad. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Penisin ölçülərinə heç bir qida vasitəsi, təsir etmir. Uğurlar.
KENAN | 30 Avqust 2013 11:05
salam hekim menim 21 yawim var. mende cinsi zeiflik ve tez bowalma olur. demey olar ki 18 yawimdan qrijam var utandigimdan hekime gede bilmemiwem. (ele bil xayamin qiraginda wiw var) . mene ne meslehet gorerdiz? qabagcadan twkler.
Dr.Orxan Agabəyov | 31 Avqust 2013 06:01
Salam Kenan. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər.  Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Xeyale2 | 30 Avqust 2013 11:04
salam hekim 17 yawim var.. ozumde problemler hiss edirem.. amma bu haqda hec kese daniwmaq istemirem.. 1mendeki ifrazatlar cox olur hemde pis qoxuludu..2 derime kulek deyende iylenir. 3 cinsiyyet orqanimda agrilar olur icinde..sanci kimi olur gedir..4 dehwet ehtirasliyam .. her defe yerime girende ehtirasim qalxir.. masturbasiyaya mecbur qaliram.. butun bularin sebebini.xeyrini.ziyanini yazardizda bir zehmet..
Dr.Orxan Agabəyov | 31 Avqust 2013 06:01
Salam Xeyale2. Çox güman ki, Sizdə cinsiyyət sistemində iltihabi proses var. Dəqiqləşdirmək üçün qinekoloqa müraciət etməniz məsləhətdir. O ki qaldı ehtiraslı olmağa, bu yaşda bu təbii sayıla bilər. Uğurlar.
Ahmed | 30 Avqust 2013 09:57
Salam Hekim. Menim penisim 10sm. bunu nece boyude bilerem ? emeliyyat olmaliyam yoxsa mualice ile netice elde elemek olar ? Xahis edirem sualima cavab verin evvelceden tesekkurler.
Dr.Orxan Agabəyov | 31 Avqust 2013 06:01
Salam Ahmed. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.