ferid | 3 Sentyabr 2013 15:04
salam hekim xais. edire sualimi cavablandiradiz men valikozan emelyat olmusam. o emelyat mene gelecekde.ziyani var yixsa yoxdu vaxtinda emmelyat olmusam. hekim cox sagolunn
Dr.Orxan Agabəyov | 4 Sentyabr 2013 05:13
Salam Ferid. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir və varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Əgər əməliyyat olmusuzsa, bir müddətdən sonra spermoqramma analizi verin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğundursa, narahat olmayın. Uğurlar.
Anonimka | 3 Sentyabr 2013 10:10
Salam. Hekim men 11 ildir ki aileliyem. Son zamanla yoldashimal cinsi elaqe ele de ugurlu alinmir. Cinci elaqe zamani yoldashimda boshalma bash vermeden qabaq cinsi orqani olur. ve ya cox gec boshalir. Bashqa bir problem ise men orqazma cata bilmirem hetta yoldashimin en aktiv vaxtlarinda bele. Bize ne meslehet gorerdiz. Evvelceden teshekkur.
Dr.Orxan Agabəyov | 4 Sentyabr 2013 04:51
Salam Anonimka. 1. Sizin yoldaşınızda potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. 2. Ümumiyyətlə qadının orqazma çatması bir çox faktorlardan asılıdı -psixoloji faktorlardan, cinsi əlaqənin müddətindən (ola bilər ki, partnyorda boşalma tez olur, və müddət qadına orqazma çatmağa kifayət etmir). Bir də ki, bir çox qadınlar vaqinal stimulyasiya zamanı(cinsi əlaqə zamanı) orqazma çata bilmir - onlarda yalnız klitoral (klitorun stimulyasiyası zamanı) orqazm var. Uğurlar.
Elcin | 3 Sentyabr 2013 09:22
Salam həkim.
Məndə sol tərəfdə varikosel və hər iki tərəfdə atrofiya olmaq üzərədir. mənə əməliyyat olar? və əməliyyatın nəticəsi olarmı uzunmüddətli müalicə vasitəsilə?
çoxsağolun
Dr.Orxan Agabəyov | 4 Sentyabr 2013 04:51
Salam Elcin. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Amma birinci növbədə, spermoqramma verin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. Uğurlar.
vusal | 2 Sentyabr 2013 21:49
salam hekim . size bele bir sualim var xais edirem cavab yazasiniz masturbasiya tez tez besqul oluram yasim 21 birdi. seyifleyirem ariqlamisam. masturbasiya goredi sizce
Dr.Orxan Agabəyov | 3 Sentyabr 2013 06:37
Salam Vusal. Masturbasiyanın arıqlamağa aidiyyatı yoxdur. Qidalanmanızı artırın və mədə-bağırsaq sistemini yoxladın. Uğurlar.
Elnur | 2 Sentyabr 2013 19:41
Salam doktor men aileli deyilem,qizla cinsi elaqede olarken 5saniyeye mende erken bowalma baw verir,bu neyle baglidir,indiden tewekkur edirem
Dr.Orxan Agabəyov | 3 Sentyabr 2013 06:37
Salam Elnur. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
amil | 2 Sentyabr 2013 19:11
salam doktor men 18 yasindan geceler yuxular gorurdum yuxuda cinsi elaqede olurdum bosalirdim demek olar 2 , 3 gunden bir olurdu hekimler dedi bu yasda normaldir evlenenden sonra kecib gedecek. ancaq illerdi bu menden el cekmir. 6 ildir.evliyem . ister gunduz isterse de gece yatan vaxti cinsiyetim durmus veziyyetde olur az qaliram ki bosalam ekser hallarda bosaliram ve oyaniram ozumden asili deyil. bu mende verdis hali alib demek olarki yuxu gormeden qutariram bunun tez tez olmasi meni halsiz edir ozumu cox yorgun hiss edirem butun bedenim agriyir . artiq yatmaqdan qorxuram xahis edirem komek edin
Dr.Orxan Agabəyov | 3 Sentyabr 2013 06:37
Salam Amil. Sizdə olan boşalmalar, pollusiya adlanır və gənc yaşlarda problem sayılmır. Amma əgər bu qədər ifrat sayda olursa, müalicə aparılmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.
Sura | 2 Sentyabr 2013 16:54
Baqishlayin yene sizi narahat edirem.spermaqrammanin cavablarini size yaziram baxib mene bir cavab vererdiz xahis edirem.Obiom 3.0 ml. cvet sb. PH 7.2. vyazkost 0.5 0.5. vremiya razjijeniya 30. koncentraciya spermazoidov 120.0 .10%. normal spermazoid 44. patalogiya qolovki 24. patalogiya sheyka 12. patalogiya tela 10. patalogiya xvosta 6. starie spermazoidi 3. yunie spermazoidi 1. spermaqlyutanaciya . leykocit 1-3. eritrocit 1-4. epiteli 0.2.l ecitinovie zerna yм,
Dr.Orxan Agabəyov | 3 Sentyabr 2013 06:36
Bu spermoqrammada spermotozoidlərin miqdarı və hərəkətlilik faizləri yazılmayıb, ona görə nəsə demək olmur. Uğurlar.
Ramiz. | 2 Sentyabr 2013 13:55
salam.hekim.sizin.qebulnza.nece.duwe.bilerem. 2013-09-02.Ramiz
Dr.Orxan Agabəyov | 3 Sentyabr 2013 06:36
Salama Ramiz. Qəbul vaxtını dəqiqləşdirmək üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
elvin | 2 Sentyabr 2013 10:57
salam hekim.mende spermanin faizi 5faizdir.birde mikrobda 5faizdir.10aydiki usagim olmur.bunun ucun ne etmeliyem.cavaba gore cox sagolun.
Dr.Orxan Agabəyov | 3 Sentyabr 2013 06:36
Salam Elvin. Birinci növbədə, cinsi iinfeksiyanı müalicə etməlisiz, sonra isə spermanın keyfiyyətini artıran müalicə kursu keçməlisiz. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Tural | 2 Sentyabr 2013 09:33
hekim salam men cinsi elaqede oldugum zaman cinsi orqanim 1-2 deqiqe qalxmis veziyyetde olur sonra birden bire hevesden dusmus kimi olur belimde agri olru belim sixmir ve bosalmis kimi oluram ama bosalmiram sonra yene 5 deqiqe gozleyirem qalxir ama yeene vajinada oldugu zaman 1-2 deqiqe isleyirem yene olur ama bosalmiram da o neden olar ozumde hevesden dusurem mualicesi var hara muraciet edim ve yaud dermani var nese qebul edim
Dr.Orxan Agabəyov | 3 Sentyabr 2013 06:34
Salam Tural. Bu daha çox, psixoloji səbəbləri olan problemdir. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.