ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Emin | 4 Sentyabr 2013 13:03
salam Hekim size sualim oduki men her gun bowalmaq isteyirem ve her gun bowaliram geleceyde nese problem ola biler ? Evelceden tewekur
Dr.Orxan Agabəyov | 5 Sentyabr 2013 05:53
Salam Emin. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
Rafael | 4 Sentyabr 2013 12:04
Salam. Mən əvvəllər tez tez boşalirdim( atirdim) ele olurdu ki 3 4 defe dalbadal. Hardasa 3 4 il bundan qabaq. İndi 20 yaşım var. Bunun nəsə ziyanı ola bilər?
Dr.Orxan Agabəyov | 5 Sentyabr 2013 05:53
Salam Rafael. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
anonim | 4 Sentyabr 2013 09:38
salam hekim bagiwlasin sizi narahat edirem yawim 29 hekim cox mualice olunmuwam yaxma analiz cinsi orqanda evveller qawinma indise goyneme var boyrum agrayir xayalarda agri olur hekimler dediler gobelek xesteliyi var bu xestelik neden ola biler?menden yoldawima kece biler?sonra elaqe zamani mene qayida biler?cunki mualiceden sonra biraz yaxsi oluram sonra yene agriniram evvelceden twk cox sag olun
Dr.Orxan Agabəyov | 5 Sentyabr 2013 05:52
Salam Anonim. Sizdə olan əlamətlər, göbələk infeksiyaasının əlamətləri deyil, fikrimcə müayinə təkrarlanmalıdır(və ya düzgün metodla aparılmalıdır). Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
rasim | 4 Sentyabr 2013 08:12
salam hekim mende spermanin faizi yoxdu hekim mene dermanlarin yazib mene bu malice nese yaxsliga dogru tesir ede biler?xahis edirem zehmet olmasa cvb yazin?
Dr.Orxan Agabəyov | 5 Sentyabr 2013 05:37
Salam Rasim. Başqa həkimin müalicəsinə şərh vermək, etik cəhətdən düzgün deyil. Müalicəni davam edin və nəticəni gözləyin. Uğurlar.
Anonimka | 4 Sentyabr 2013 06:04
Salam. Hekim bu size 2-ci muracietimdi. Men arqazma klitor vasitesile catiram. tez-tez masturbasiyanin menim orqanizmime ne kimi tesiri var? Cinsi elaqe zamani orqazma catmayanda matkamda agrilar olur ve eyni zamanda belimde. ve esebleshirem. Teshekkur
Dr.Orxan Agabəyov | 5 Sentyabr 2013 05:57
Salam Anonimka. Ola bilər ki, Sizdə sırf klitoral orqazm var. Masturbasiya  etmək xeyirli olmasada, boşalmamaq(orqazma çatmamaq) daha ağır fəsadlar verə bilər. Ağrıların olması təbiidir, qadın ehtiraslanırsa mütləq orqazma çatmalıdır. Uğurlar.
Seyid | 4 Sentyabr 2013 05:26
Salam. Hekim bagiwlayin sualima gore, cinsi elage zamani daha dogrusu bosalan zaman cinsi orqani vajinadan cixaran zaman sperma vajinadan niye cole xaric olur? Ya bu normal haldimi? Twk evelceden
Dr.Orxan Agabəyov | 5 Sentyabr 2013 05:34
Salam Seyid. Xeyr, bu normal hal deyil, bu qadında çanağın dayaz olmağından irəli gəlir. Qarşısını almaq üçün,  qadına cinsi əlaqədən sonra hansı vəziyyətdə qalmaq başa salınmalıdır. Uğurlar.
mine | 4 Sentyabr 2013 03:46
Salam doktor menim yoldasim cinsi elaqe zamani ozunun cinsi hevesi en yuksek oldugu vaxtda bele menim ona toxunmami xoslamir ozunu cox sixir pis hiss edir bir ildir ki evliyik mene komek edin cox sagolun
Dr.Orxan Agabəyov | 5 Sentyabr 2013 05:34
Salam Mine. Bu hansısa tibbi problemin əlaməti deyil, sadəcə individual xüsusiyyətdir, narahat olmayın. Uğurlar.
Memmed 25 | 3 Sentyabr 2013 22:32
SalamHekim/ Adim Memmeddir/25 yasim var. Menim penisim oyanmamis veziyyetde cox balaca olur.1 sm . Bezen cox narahat oluram ona gore. Qorxuram iceri kecer . Penisi emeliyyatla boyudende genetik deyisiklik bas vermir kii,,???
Dr.Orxan Agabəyov | 5 Sentyabr 2013 05:31
Salam Memmed 25. Penisin ölçüləri yalnız ereksiya vəziyyətində əhəmiyyətlidir, qalan vaxt ölçülər vacib deyil. Əməliyyat vaxtı heç bir genetik dəyişiklik olmur. Uğurlar.
elxan | 3 Sentyabr 2013 18:50
salam hekim cinsi orqani nece boyutmey olae ve ya hansi dermanla
Dr.Orxan Agabəyov | 4 Sentyabr 2013 04:52
Salam Elxan. Penisin ölçülərinə heç bir dərman vasitəsi, təsir etmir. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
xanm | 3 Sentyabr 2013 18:44
salam 7ildi evliyem yoldawimda qadina qarwi meyl yoxdu teze evlenende 4 ay meni tam razi salib ama soralar yo her wey normaldi sadece gec gec elaqe qurur sebeb ne ola biler axi mene komek edin.tez tez elaqeye girmir yaninda olanda bele onda maraq oyanmir ne ola biler?
Dr.Orxan Agabəyov | 4 Sentyabr 2013 04:52
Salam Xanım. Səbəb çox sadədir, yoldaşınızda cinsi həvəs zəifdir. Bu problemin müxtəlif(orqanik və psixoloji) səbəbləri var. Səbəbləri müəyyənləşdirib, müalicə kursu keçmək məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.