anar | 5 Sentyabr 2013 12:35
Salam hekim. mende cinsiyyet orqanimin uzunlugu 15sm dir. bu qeder usaqliq ucun bes edir ve uzunlugunu artirmaq ucun ne etmek lazimdir? evvelceden tesekkur
Dr.Orxan Agabəyov | 6 Sentyabr 2013 06:04
Salam Anar.. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
Ramin | 5 Sentyabr 2013 12:05
Salam həkim mən cinsi əlaqə zamanı cox tez boşalıram ikinci səfər cinsi əlaqədə olmaq istiyirəm amma gec başdıyıram və yenədə tez boşaliram bu nə ola bilər coxsagolun
Dr.Orxan Agabəyov | 6 Sentyabr 2013 06:05
Salam Ramin. Bu sadəcə erkən boşalma diaqnozudur - və başqa xəstəliklərdə olduğu kimi bu xəstəliyində diaqnostikası və müalicəsi var. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
mine | 5 Sentyabr 2013 11:27
Doktor bes bu zamanla deyise bilermi ne etmek lazimdir
Dr.Orxan Agabəyov | 6 Sentyabr 2013 06:17
Bu situasiyada sadəcə gözləmək lazımdır, spesifik müalicə tələb olunmur. Uğurlar.
Hikmet | 5 Sentyabr 2013 07:57
Salam doktor menim 15 yasim var herden oturduqum yerden cinsi orqanim durur bu neyle elaqederdir?Tewekkurler.
Dr.Orxan Agabəyov | 6 Sentyabr 2013 06:17
Salam Hikmet. Bu Sizin yaşda normal haldır, cinsi yetişkənlik dövründə cinsi hormonların səviyyəsi yüksəkdə olduğundandır, narahat olmayın. Uğurlar.
Seyid | 5 Sentyabr 2013 07:07
Salam hekim sualimi cvblandirdigiviza gore twk.. Hekim 1 sualda vermek istiyirem, erken bosalmanin mualicesi usagin olmasina mane olmazki??... Birde nece gunluk mualice olmalidir??...nece ay?. Qiymeti ne qederdir?...sualim cox oldu ama men narahatam. Twk evelceden
Dr.Orxan Agabəyov | 6 Sentyabr 2013 05:52
Salam Seyid. 1. Xeyr, tərsinə kömək edər. 2. Adətən müalicənin müddəti 1,5-2 ay təşkil edir, ilk effekti Siz 10-15 gündən sonra hiss edirsiz. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Heyat | 5 Sentyabr 2013 04:49
Salam hekim.sualima gore uzr istiyirem.men bilmek istiyirem qizlarda bowalma nece olur? 1de eger oglan bowalma zamani qizin bedenine,awagi hisseye bowalirsa o zaman qiz hamile qala biler? Tewekkur
Dr.Orxan Agabəyov | 6 Sentyabr 2013 05:50
Salam Heyat. Qadınlarda orqazm fərqli ola bilər, amma daha çox heç bir vizual əlamət olmadan, yüksək psixoloji həzz formasında olur. Əgər sperma qadın cinsi orqanının üstünə düşürsə, hamiləlik ehtimalı var, amma azdır. Uğurlar.
Orxan | 4 Sentyabr 2013 20:09
Qinekomastiya diaqnozunu hansi hekim qoyur? Androloq? Ve hansi klinikaya muraciet etmeyimi meselehet gorursunuz?
Dr.Orxan Agabəyov | 5 Sentyabr 2013 06:00
Salam Orxan. Bu diaqnozla məşğul olan həkim -mammoloqdur. İstəsəz 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, mən Sizə savadlı mammoloq məsləhət görüm. Uğurlar.
alik | 4 Sentyabr 2013 19:42
salam hekim.coox sagolun ki en azinnan insanlarin suallarini cavabsiz qoymursuz.. TESEKKURLER... hekim mendede prablem odur ki demey olar ki 1-3 deqiqe arasinda bosaliram... buna gore yoldasimla arada qirishirix.... bu meni narahat edir.. ne meslehet gorursuz?? COOX SAGOLUN
Dr.Orxan Agabəyov | 5 Sentyabr 2013 05:59
Salam Alik. Erkən boşalma problemi, müalicə olunan problemdir və buna görə konflikt yaşamağa dəyməz. Səbəblərdən asılı olaraq, müalicə kursu təyin edilir və problem həll olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
elxan | 4 Sentyabr 2013 16:32
cox saqolun.daha birsual aptekde satilan mazlar var cinsi elaqeni uzatmaq ucun bu derman istifadesi bu problemin duzelmesine bir defelik tesir edir yoxsa nece
Dr.Orxan Agabəyov | 5 Sentyabr 2013 06:00
Xeyr, bu tip mazla erkən boşalma problemini həll etmir. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
FAKO | 4 Sentyabr 2013 16:08
hekim salam.. sidiye gedib qayidandan sonra hiss edirem ki temiz cixmamisham..kanalda damci sidik qalib..kanal zedelene bilermi? cinsi heyatim mukemmele yaxindi amma...hec bir narazicilg olmadan,ne durmasinda,nede erekciyada problem var..amma 8 ay bundan evvel xestelenmishdim..sagaldim..amma oz sehvimden yene xestelendim..PCR analizi zamani analiz goturulen alet kanali zedeleye bilermi..cunki 4 defe kanala daxil olub..
Dr.Orxan Agabəyov | 5 Sentyabr 2013 06:00
Salam Fako. Sizdə olan əlamət, kanal zədələnməsinin deyil, prostat vəzinin iltihabı(prostatit) əlamətidir. Ola bilər keçirdiyiiniz cinsi infeksiyalar, prostat vəzidə iltihab yaradıb. Uğurlar.