ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Anonim | 8 Sentyabr 2013 09:58
salam hekim...demeli men irgendim elaqede olan zaman.ve bu mende psixoloji problemler yaratdi sonra hekim yanina getdim mene dermanlar yazdi..hevesimi artirdi 1 defe oldum..coxdandirki yene hec kimle elaqede olmuram 1 ildi ve cekinirem..qorxuramki netice bawqa cur olar ve mastrubyasiya ustunluk vermiwem buda menim sehvimdi deyese xaiw ediem meslehet veresiz.
Dr.Orxan Agabəyov | 9 Sentyabr 2013 19:33
Salam Anonim. Cinsi həyata uzun fasilələr vermək, düzgün qərar deyil. Əgər Sizdə inamsızlıq yaranıbsa, müəyyən müalicə kursu keçib, özünə inam hissini və cinsi sağlamlığı bərpa edib, cinsi həyata başlayın. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ramin | 8 Sentyabr 2013 08:12
Salam mənim 14 yaşım var mən əlimlə penisi oynadaraq boşalırdım indi öyrəndim ki, erkən boşalma var məndə mən nə edə bilərəm?
Dr.Orxan Agabəyov | 9 Sentyabr 2013 19:33
Salam Ramin. Erkən boşalma diaqnozu, masturbasiya zamanı deyil, cinsi əlaqə zamanı boşalma tez olursa bu diaqnoz təsdiqlənir. Birdə 14 yaşda bu haqda fikirləşmək hələ çox tezdi. Uğurlar.
men | 7 Sentyabr 2013 22:26
salam Dr men masturbasiya edende orqazm oluram amma erimle olanda yox bu nedendir?
Dr.Orxan Agabəyov | 9 Sentyabr 2013 21:16
Salam Men. Ümumiyyətlə qadının orqazma çatması bir çox faktorlardan asılıdı -psixoloji faktorlardan, cinsi əlaqənin müddətindən (ola bilər ki, partnyorda boşalma tez olur, və müddət qadına orqazma çatmağa kifayət etmir). Bir də ki, bir çox qadınlar vaqinal stimulyasiya zamanı(cinsi əlaqə zamanı) orqazma çata bilmir - onlarda yalnız klitoral (klitorun stimulyasiyası zamanı) orqazm var. Uğurlar.
Aysel | 7 Sentyabr 2013 20:08
salam hekim.men qadinda G noqtesi barede maraqlanmaq isterdim.men nece bilerem ki,bu mende var,ya yox tesekkurler
Dr.Orxan Agabəyov | 9 Sentyabr 2013 21:08
Salam  Aysel. Bunu yalnız Siz özünüz təyin edə bilərsiz. G nöqtəsi, klitorun yanında, uşaqlıq yolunun ön divarında 5-6 sm dərinlikdə olur. Uğurlar.
Rovsen | 7 Sentyabr 2013 13:05
Salam Hekim.Menim bel nahiyemde agrilar var,mucuyum aqriyir,deirler redukulitdir,bunu nece bile bilerem ve mualicesi necedir
Dr.Orxan Agabəyov | 9 Sentyabr 2013 19:19
Salam Rovsen. Əgər ağrılar doğurdanda radikulitlə bağlıdırsa, nevropatoloqa müraciət edin. Uğurlar.
Mehin | 7 Sentyabr 2013 12:37
salam hekim.20yasim var mastrubasiya zamani qadindan sperma gelirmi?eyer gelirse miqdari texmini neqeder olmalidir?mende mastrubasiyadan sonra cox az miqdarda gelir.el vuranda hec bilinmirki sperma var ya yox.bu nedendi?narahat olmaga sebeb var?niwanliyam geleceyde prablem yarana biler?
Dr.Orxan Agabəyov | 9 Sentyabr 2013 19:19
Salam Mehin. Sperma yalnız kişilərdə olur, qadınlarda sperma olmur. Masturbasiyadan sonra ifraz olunan maye, hansısa problemin əlaməti deyil, narahat olmayın. Uğurlar.
Orxan | 7 Sentyabr 2013 12:27
Salam hekim. Evvelceden size minnetdarligimi bildirirem. Spermaqramma analizinin neticelerini size gonderirem. Bununla uwaq dunyaya geler? Eyakulyat-4.3, konsostensiya-0.3, PH-7.6, durulawma-45, spermatazoidlerin 1 ml-de miqdari- 60, eyakulyatda spermatazoidlerin umumi sayi-258, ireli hereketler-33, reqsi hereketler-35, hereketsiz-32, hereketli sprmatozoidlerin sayi-68, morfoloji normal-15, basciq-52, boyuncuq-18, qariwiq-15, canli spermatazoidlerin-75, spermatogenez huceyreler-1, spermaqqlutikasiya- , leykositler.
Dr.Orxan Agabəyov | 9 Sentyabr 2013 19:17
Salam Orxan. Bəli,Sizin göstəriciləriniz normaya uyğundur, narahat olmayın. Uğurlar.
Sadiqli | 7 Sentyabr 2013 06:21
salam hekim .men yeni aile qurmusam yoldasimla munasibetde ola bilmirem.neqeder cehd etsekde alinmir.ayagimda qolumda qicolmalalr olur.hevesden duwurem cox qorxuram ozumu cox sixiram yoldasimda hevesden duwur mende.mene ne meslehet gorursuz? ele bil qizliq perdesi acilmayib ama toy gecesi qan gelib ezabnan olub.evvelceden tewekkur edirem
Dr.Orxan Agabəyov | 9 Sentyabr 2013 18:53
Salam Sadiqli. Sizdə toy gecəsi sindromu deyilən psixoloji səbəbləri olan problemdir. Bu problem müalicə olunmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.
akunamatata | 7 Sentyabr 2013 06:11
salam doktor sizden bir soz sorusum normada heftedenece defe masturbasiya etmek olar, digər sualim men de cinsi elaqeden sonra penisim derhal olur sebebi nedir?p.s menim 24 yasim var
Dr.Orxan Agabəyov | 9 Sentyabr 2013 18:44
Salam Akunamatata. 1. Masturbasiyaya aid hansısa tibbi normavlər mövcud deyil, ən əsas ifrat dərəcədə və vərdiş formasında olmamalıdır. 2. Çox güman ki, ereksiya(sərtlik) keyfiyyətli deyil, yəni ereksiya problemləri var. Uğurlar.
Asif | 6 Sentyabr 2013 21:25
Salam hekim.. Mende cinsi zefilik hiss edirem. bu hiss məndə uzun müddətdirki var. Səhərlər cinsiyyət orqanım bəzən durur bəzən yox. erkən boşalma var. Sərtləşmə problemi var. Mülicəsi necədi asandimi mövcuddumu. Mülicə kursu nəqədər çəkir. Müalicənin təsiri müvəqqətidi yoxsa daimi təsir göstərir.
Dr.Orxan Agabəyov | 9 Sentyabr 2013 18:44
Salam Asif. Bu tip problemlərdə, müalicə kursu adətən 2-3 ay çəkir. Müalicə nəticəsində erkən boşalma problemi birdəfəlik müalicə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.