maykl | 9 Sentyabr 2013 13:53
salam hekim men cox atiram. Cinsi organ zeif durur ve tez bowaliram.menim pensimin damari cixib butun bunlar neden olar?
Dr.Orxan Agabəyov | 10 Sentyabr 2013 07:24
Salam Maykl. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
serdar | 9 Sentyabr 2013 11:31
SaLaM Hekim mende cinsi orqanin basliginda yumuru xal sekilinde civzedi bilmirem ne oxsar seyler var nedendi??? evveler antibotik iyne vurublar mene ozumu yoxladirmisam gobelek cixib ola bilerki spermada problem olsun yeni zeif olsun?? bilmek isterdim isteyirem yoxladim ozumu menden ol biler usaqgin olmamagi umumiyyetle
Dr.Orxan Agabəyov | 10 Sentyabr 2013 07:14
Salam Serdar. Ola bilər Sizdə herpes virusunun əlaməti olsun. Spermanın keyfiyyətini bilməkdən ötrü, spermoqramma analizi vermək lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Namık | 9 Sentyabr 2013 06:43
Hörmetli hakim prezervatifle oral cinsi alaqadan sonra xestelik tutma ehtımalı varmı ve eger varsa bu xestelık özünü neçe gün sonra büruze verır? Çox xahiş edirem cavab verın. Qabaqcadan teşekkür edirem.
Dr.Orxan Agabəyov | 10 Sentyabr 2013 07:10
Salam Namik. Belə bir ehtimal demək olar ki yoxdu, yəni yalnız prezervativin tamlığı pozulubsa, cinsi infeksiya keçə bilər. Uğurlar.
Gunel | 9 Sentyabr 2013 06:27
salam hekim men tsiklin 6ci gunu USMde oldum. usaqliq olculeri 35*27*33 mm
konturlari hamar
miometriy hemcins
endometrium 4mm bosluqda duyun toreme yoxdur
usaqliq boynu hemcins
yumurtaliqlar sag 36*26mm sol 33*25 mm
her 2 yumurtaliq srtuk. diffuz yerlesmis d =6mm qeder follikulyar -multi follokulyar yumurtaliqlar izlenir
duqlas sebest. bu ne demekdir? hamile qalmamaga problem yaradir? cavablandirmaqnizi xahis edirem
Dr.Orxan Agabəyov | 10 Sentyabr 2013 07:10
Salam Gunel. Bu sırf qinekoloji sualdır, mən isə androloqam, yəni kişi cinsi problemləri ilə məşğul oluram. Bu sualı qinekoloqa verməyiniz daha düzgün olar. Uğurlar.
Ferid | 9 Sentyabr 2013 01:41
Salam Hekim men hardasa 2 il bunnan evvel bir qadinla olurdum. maksimum 8-9 defe. esgerliye getdim 2 ay olar gelmiwem bawqa qadin var heyatimda indi 1 defe normal oluram. amma 2-ci defe olanda ereksiya yawayiram tez tez 3-cunu ola bilmirem voobwe. bu neden ola biler?
Dr.Orxan Agabəyov | 10 Sentyabr 2013 07:08
Salam Ferid. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
azik | 8 Sentyabr 2013 23:17
salam hekim bile bileremmi men nie seksual nese edende daha tez bowaliram?
Dr.Orxan Agabəyov | 9 Sentyabr 2013 19:20
Salam Azik. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
anonimka | 8 Sentyabr 2013 20:17
salam hekim men 5 ildiki aileliyem yoldasimla cox gec gec elaqede oluruq men buna basqa sebeb kimi baxirdim sizce bu cinsi zeiflikdi yoxsa?burda hekimler bize трихoмонaды infeksya oldugunu dediler bu cinsi yolla kecir yoxsa kisilerde ozunu gosterir yoxsa gizli gedir eger kiside varsa qadina nece muddetden sonra kecir
Dr.Orxan Agabəyov | 9 Sentyabr 2013 19:20
Salam Anonimka. Əgər cinsi həyatda böyük fasilələr olursa, deməli söhbət cinsi həvəsin azalmasından gedə bilər(yəni libidonun azalması). Trixomonada infeksiyası cinsi yolla keçir, əlamətləri haqqında saytda, trixomoniaz haqqında məqalədən oxuya bilərsiz. Uğurlar.
Hikmet | 8 Sentyabr 2013 17:43
Cox sagolun hekim sualimi cavablandirdixniz ucun bir sualim da var bu yawda seksin ne ziyani ola biler?Birde her gun bowalmaq olar?Tewekkurler.
Dr.Orxan Agabəyov | 9 Sentyabr 2013 19:34
Bu yaşda sekslə məşğul olmaq qərarı insanın özündən asılıdır. Əgər istək varsa -olar, amma cinsi əlaqə zamanı. Uğurlar.
Ramin | 8 Sentyabr 2013 15:37
salam,menim 20 yawim var,dindar oldugum ucun ve helede evlenmediyim ucun gunah olar deye alternativ cinsi elaqede olmamiwam(yeni haram yolla,zina ederek),yalniz masturbasiya ile gunumu kecirirem.bu mene geleceyde hansisa bir ziyan ede biler? indiden tewekkurler
Dr.Orxan Agabəyov | 9 Sentyabr 2013 21:08
Salam Ramin. Ən yaxşısı - tezliklə cinsi həyata başlamağınızdı. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
elnur | 8 Sentyabr 2013 14:39
Salam hekim.menim cinsi orqanim evvelkine nisbeten ele bil yigilib.evvel duran zaman 15-17 arasi olurdu.evveller cinsi elaqede dayanmadan 4 defe olurdum.ama indi cox gec durur cinsiyyet orqanim.bide gorursen cinsiyyetim temiz yigilir olur balaca texminen 2sm xayalarim da girir iceri .sizden xahisim bununla bagli komek etmeyinizdi.bunlar qisa bir muddetde mualice olunasi bir xestelikdise hemen mualiceye baslayaq
Dr.Orxan Agabəyov | 9 Sentyabr 2013 21:08
Salam Elnur. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.