ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Aynura | 11 Sentyabr 2013 06:15
Salam doktor.sualim beledir ki men 6 heftelik hamileyem.bu vaxt erzinde 1 defe yoldasmla yaxnliq etmisem.o vaxtdan beri 1 hefte olar menden sarmtl sanki qanla qarshmis maye gelir.cox narahatam USM e getdm hekimm dedi hele ki bi shey dye bilmirk urey doyntusunu esitmek olmur cok kicikdi.bu mayenin dusuk ehtimali ile ve ya her hansi bir anormalliqla elaqesi varmi sizce?genekoluqa hele getmemisem.cunki 1 hefte sonraya tekrar USM muayinesi yazdi,ondan sonra getmemi soyledi.bi de hamilelik zamani yoldasmla yaxnliq etmek ne derece dogrudu?.mumkunse cavablandrin.
Dr.Orxan Agabəyov | 12 Sentyabr 2013 05:51
Salam Aynura. Sizin sual sırf qinekoloji sualdır, mən isə androloqam, yəni kişi cinsi problemləri ilə məşğul oluram. Sualınız qinekoloqa versəz, daha düzgün olar. Uğurlar.
zakir | 11 Sentyabr 2013 05:27
salam hekiom xahis edrem sualima cavab veresiz men svinka xesteliyinden sonra xayamin biri biraz balacalasib ve toxunanda agrili olur bundan sonra mende eli bil ereksiya zeifleyib isteyim azalib cox narahatam bu nun mualicesi var ne qeder ceker mualicesi ve birdefeliy hell olunur yoxsa her defe mualice alamliyam indiden twk
Dr.Orxan Agabəyov | 12 Sentyabr 2013 05:51
Salam Zakir. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Khayal | 11 Sentyabr 2013 05:06
Salam Hekim. Men 2 hefte bunnan qabaq bir qizla oldum ve bilmirem irgendim nedi men dedilerki tripit tuta bilersen.. ve bilmey istirdim ne kimi hallar baw vermelidirki bilim tutmuwam ya yox??
Dr.Orxan Agabəyov | 11 Sentyabr 2013 07:03
Salam Khayal. Cinsi infeksiya ilə yoluxmanın əlamətləri - sidik kanalından ifrazat, qaşınma və göynəmədir. Amma əlamətlər olmayada bilər. Dəqiqləşdirmək üçün, cinsi infeksiyaları yoxlamaq lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Huseyin | 10 Sentyabr 2013 14:52
hekim salam...prostatiti nece mueyyen etmek olur?ilkin merhelesin nezerde tuturam...yeni ozluyumde meselen
Dr.Orxan Agabəyov | 11 Sentyabr 2013 07:03
Salam Huseyin. Prostatit diaqnozun yalnız laborator və funksional diaqnostikanın köməyi ilə dəqiq təyin etmək olar.  Prostatitin əlamətləri haqqında, saytda prostatit məqaləsindən oxuya bilərsiz. Uğurlar.
Ferid | 10 Sentyabr 2013 11:28
Salam həkim.3 ildir ki, evliyəm. Ancaq uşaq sahibi deyiləm. Dəfələrlə müxtəlif klinikalarda müalicə almışam və heç bir nəticə verməyib. Analizlərimdə hər şey normaldır.Bir tək leykositlərin miqdari həddindən artıq çoxdur. Androloqların dediyinə görə bu soyuqdəymənin nəticəsidir. Hal-hazırda 28 yaşım var. Demək olar ki, bütün ömrüm boyu soyuq su içib, soyuq altında yatıb, soyuqla nəfəs almışam. Bu il ərzində fasilələrlə müəyyən müalicələr aldım. Lakin analizlərin cavabında heç bir dəyişiklik olmur.Leykositlərin miqdarı yenə də azalmır. Bunun hər hansı başqa bir müalicəsi varmı? və ya uşaq olmamasına əsas səbəb bu ola bilərmi? Bəzi androloqların dediyinə görə səbəb ola bilməz.Öncədən təşəkkürlər.
Dr.Orxan Agabəyov | 11 Sentyabr 2013 07:02
Salam Ferid. Leykositlərin olması, cinsiyyət sistemində iltihabın olmasından xəbər verir. Və əgər düzgün müalicə təyin edilsə, tezliklə iltihab aradan qalxıb və leykositlərin miqdarı azalmalıdır. Uşaq olmaq üçün, kişinin spermoqrammadakı əsas göstəriciləri normaya uyğun olmalıdır - yəni yazırsız ki - bütün analizlər normaya uyğun idi - belə bir şey mümkün deyil, leykositlər - irindi və bu irin cinsiyyət sistemindədir. Diaqnoz dəqiq olmadığı üçün, müalicədə nəticə vermir. Uğurlar.
Samir | 10 Sentyabr 2013 07:22
Salam Hekim mende testesteronun seviyyesi 2.73 du ..ve mende errekciya problemleri ozumde yorgunluq ..halsizliq ..libidonun olmamasi...ve bir cox problemler var...Testesteronun seviyyesi qalxdiqdan sonra bunlar yerine duwecek??
Dr.Orxan Agabəyov | 11 Sentyabr 2013 06:08
Salam Samir. Əgər Sizdə olan problemlərin səbəbi yalnız testosteronun səviyyəsinin normadan az olmasıdırsa - bəli, düzələcək. Uğurlar.
Rovshen | 9 Sentyabr 2013 22:19
salam alekum. isteyirem cinsiyyet orqanimi hem qalinlawdirim hemde 5 sm boyudum, bunu nece ede bilerem? twk diqqetinizcun
Dr.Orxan Agabəyov | 11 Sentyabr 2013 06:06
Salam Rovsen. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
Vüsal | 9 Sentyabr 2013 19:51
Salam Aleyküm 17 yaşım olacaq amma cinsi orqanım balacadır. Bu tez boşalmağımada sebeb olur. Cinsiyyet orqanımı emeliyyatsız nece böyüde bilerem ? Xahiş edirem cavablandırasınız.
Dr.Orxan Agabəyov | 11 Sentyabr 2013 06:00
Salam Vüsal. Cinsi orqanının ölçüsü, erkən boşalmaya səbəb olmur. Erkən boşalma probleminin başqa səbəbləri var. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
Anar | 9 Sentyabr 2013 18:55
salam həkim necəsiniz.özüm agır atletikayla məşğul olanam.bilmək istərdim ki, məsq ərəfəsində 4-5 dəfə protein məhsulları olan koktel(super mass gainer) qəbul etmişəm və daha qəbul etmirəm.qebul etdiklərimin gələcək cinsi həyatıma təsiri ola bilərmi?indidən cox sağolun
Dr.Orxan Agabəyov | 10 Sentyabr 2013 07:18
Salam Anar. Proteinlər və qeynerlər idman qidalarına aiddirlər və cinsiyyət sisteminə heç bir ziyan vermirlər. Yəni protein sadəcə zülaldı və zülallar idmançı rasionunda mütləq çox miqdarda olmalıdır. Uğurlar.
anar | 9 Sentyabr 2013 18:18
salam menim cinsi orqanim tez olur sebeb nedir?
Dr.Orxan Agabəyov | 10 Sentyabr 2013 07:18
Salam Anar. Sizdə ereksiya problemləri var.  Səbəblər  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər.  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.