Nizami | 12 Sentyabr 2013 00:35
Salam . Menim 29 yasim var varikaselden emeliyyat olmusam amma 3 ilden Sonra yenede az derecede varikasel yaranib . Birde cinsi elaqe zaman Tez qutariram halsiz oluram 20 saniye ele olur men ne etmeliyem .
Dr.Orxan Agabəyov | 12 Sentyabr 2013 07:20
Salam Nizami. Əgər təkrar varikosele yaranıbsa, spermoqramma verin, əgər göstəricilər normaya uyğundursa - narahat olmayın. Erkən boşalmanın isə səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
samid | 11 Sentyabr 2013 21:05
salam hekim.mənim sağ tərəfimdə xayam şişib.4 gündür.gece yatdım səhər gördüm şişib.ağrı verir.bu nə ilə bağlı ola bilər?
Dr.Orxan Agabəyov | 12 Sentyabr 2013 07:15
Salam Samid. Xaya şişkinliyinin səbəbi, müxtəlif ola bilər - hidrosele, epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı) və s. Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Uğurlar.
Cavid 697 | 11 Sentyabr 2013 20:27
salam hekim bilmek isterdim sonsuzlugun elametleri nece olur
Dr.Orxan Agabəyov | 12 Sentyabr 2013 07:15
Salam Cavid 697. Sonsuzluğun cəmi bir əlaməti var - ailə qurandan sonra övlad olmur. Uğurlar.
Rovsen | 11 Sentyabr 2013 19:18
Salam hekim.Menim 18 yasim var boyum 1.68 dir,uzatmaq ucun ne ede bilerem,mumkunse deyerdin,cox sagolun
Dr.Orxan Agabəyov | 12 Sentyabr 2013 07:12
Salam Rovsen. Mən kişilərin cinsi problemlərini müalicə edirəm, boy artımı problemi ilə məşğul olmuram. Sualınızı bu problemlərlə məşğul olan mütəxəssisə verməyiniz, daha düzgün olar. Uğurlar.
Geray | 11 Sentyabr 2013 19:05
Doktor salam . Internette penisin uzadilmasi ile bagli mesq proqrami haqqinda oxudum. Dermansiz, emeliyyatsiz, yalniz mesqlerle mumkundurmu bele sey? Cavabiniza gore onceden tesekkurumu bildirirem.
Dr.Orxan Agabəyov | 12 Sentyabr 2013 05:53
Salam Geray. Penis əzələ toxumasından ibarət deyil ki, məşqlərə ölçüləri artırmaq olsun. Bu "məşqlər" zamanı penisi yalnız zədələmək olar. Uğurlar.
bahadur | 11 Sentyabr 2013 18:42
salm hekim.men bir ay evvel cinsi elaqede olmuwam.arada axitmalar olmuwdu.hekime getdim dedi gobelekdi.mualice oldum.amma yene xayamda agrilar var.bunun boyuk proplemi olmaz?
Dr.Orxan Agabəyov | 12 Sentyabr 2013 05:53
Salam Bahadur. Yazdığınız əlamətlər göbələk infeksiyasından olmur. Daha dəqiq müayinələrdən keçməlisiz. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
nihan. | 11 Sentyabr 2013 17:28
salam hekim .bilmek isterdim cinsi xestelikler opusle kecermi?birde xroniki veya bakterial prostatit xesteliyi kecicidirmi?
Dr.Orxan Agabəyov | 12 Sentyabr 2013 13:20
Salam Nihan. 1. Viruslarla yoluxma mümkündür(məsələn herpes), amma belə bir ehtimal çox azdı. 2. Xeyr, prostatit iltihabi prosesdir və keçici deyil. Uğurlar.
togrul | 11 Sentyabr 2013 09:04
salam hekim 17 yasim var oglanam ve idmanciyam . manstrubasiya ve cinsi elaqe ile mesqul olmuram hec olmaq da istemirem. cunki nifret edirem ele seylere. lakin geceler yatanda pollusiya oluram lakin sperma cox gelir mende ve bir defelik bosaliram pollusiya olmaq istemirem bunun qarsisini almaq mumkundurse yeni mualicesi varsa xais edirem mene deyin.pollisiyanin olmagini istemirem.
Dr.Orxan Agabəyov | 12 Sentyabr 2013 05:53
Salam Togrul. Cinsi həyata nifrət ilə yanaşmaq düzgün deyil, ona görə ki Siz gələcəkdə ailə həyatı yaşayacaqsız və cinsi münasibətlər ailə həyatında çox vacibdir. Pollusiyaların isə səbəbi, müntəzəm cinsi həyatın(boşalmaların) olmamasıdır. Uğurlar.
Seyid | 11 Sentyabr 2013 08:42
Salam hekim, size sual olarag demek isteyiremki, men 1 ay deyilki evliyem, elagede olandan sonra adet oldu xanim, yani hamile qalmadi, men neyleyim gozleyim ya derhal mualice eletdirim, ya nece? Men narahatam
Dr.Orxan Agabəyov | 12 Sentyabr 2013 06:23
Salam Seyid. Əslində əgər hamiləlik 1 il ailə həyatı ərzində olmursa - sonra problem sayılr. Amma əgər narahtsızsa, spermoqramma analizini verə bilərsiz.. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
murvet | 11 Sentyabr 2013 08:23
Salam hekim menim cinsi organim zeif durur ve 1defe olandan sonra tez olur. Ama texminen 10 il bundan once bele deyildi her wey super idi indise maylesef.
Dr.Orxan Agabəyov | 12 Sentyabr 2013 05:52
Salam Murvet. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.